Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həbquq 3:1—19

MÜNDƏRİCAT

  • Peyğəmbərin duası (1—19)

    • Allah xalqını xilas edəcək (13)

    • Çətinliklərə rəğmən Yehovadan kam almaq (17, 18)

3  Həbquq peyğəmbərin qəmli nəğmə kimi söylədiyi dua.   Ey Yehova, Sənin barəndə eşitdim. Ey Yehova, gördüyün işlər məni heyrətə salıb. Vədə yetişəndə* onları dirçəlt! Vədə yetişəndə onları bəlli et! Nə olar, müsibət zamanı mərhəmətini xatırla.+   Allah Təhmandan, Müqəddəs Allah Fəran dağından gəldi.+ (Selah)* Göylər Onun əzəmətinə bürünüb,+ Yer Ona ucalan mədhlərlə doludur.   O, şəfəqtək parlayırdı.+ Əlindən qoşa şüa çıxırdı, Gücü də orada gizlənib.   Önündə azar gedirdi,+ Arxasınca şiddətli qızdırma gəlirdi.   O durdu, yeri lərzəyə saldı.+ Baxışı ilə xalqları sarsıtdı.+ Əbədi dağlar dağıldı, Əzəli təpələr diz çökdü.+ Onun yolları ta qədimdən belədir.   Kuşan çadırlarında təlaş gördüm. Mədyən diyarındakı çadırların parçaları titrəyir.+   Ey Yehova, Sən çaylara, Çaylaramı hirslənmisən? Yoxsa dənizə qəzəbin tutub?+ Sən atlarına süvar olub çapdın,+ Cəng arabaların qurtuluş gətirdi.+   Kamanı çıxarıb hazırladın. Çomaqlar* andla təyin olundu*. (Selah) Yer üzünü çaylarla böldün. 10  Səni görəndə dağları sancı tutdu.+ Leysan sular töküldü. Dərinlikdəki sular uğuldadı,+ Əllərini yuxarı qaldırdı. 11  Günəşlə ay uca məskənlərində dayandı.+ Oxların işıq kimi uçurdu.+ Nizən şimşək kimi bərq vururdu. 12  Dünyanı hirslə gəzib-dolaşdın. Xalqları qəzəblə əzib tapdaladın. 13  Sən Öz xalqının xilası üçün, məsh etdiyini qurtarmaq üçün çıxdın. Şərin evində başçını vurdun. Ev təməldən damadək uçdu. (Selah) 14  Məni pərən-pərən etmək üçün tufantək üstümə gələn əsgərlərin başını Öz silahları ilə vurub deşdin. Onlar məzlumu xəlvət yerdə udacaqlarına şadlanırdılar. 15  Sən dənizi, kükrəyən əngin suları Atlarınla yarıb keçdin. 16  Mən bunu eşidəndə canıma vəlvələ düşdü, Dodaqlarım əsdi. Sümüklərim çürüməyə başladı,+ Ayaqlarım titrədi. Lakin mən üstümüzə hücum çəkən xalqın müsibət gününü Sakitcə gözləyəcəyəm.+ 17  Əncir çiçək açmasa da, Meynələrdə bar olmasa da, Zeytun ağacı bəhərsiz qalsa da, Tarlalar məhsul verməsə də, Ağıldan qoyun-quzu yox olsa da, Tövlələrdə mal-qara qalmasa da, 18  Yenə də sevincim Yehova olacaq, Fərəhim məni xilas edən Allah olacaq!+ 19  Külli-İxtiyar Yehova mənim qüvvətimdir,+ Ayaqlarımı maral ayağıtək edər, Məni zirvələrdə gəzdirər.+

Haşiyələr

Digər variant: bizim zəmanədə.
Digər variant: oxlar.
Digər variant: qəbilələrin andı söylənib.