Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həbquq 2:1—20

MÜNDƏRİCAT

  • «Görüm O, dilimlə nə deyəcək» (1)

  • Yehovanın peyğəmbərə cavabı (2—20)

    • Gözlə, vəhy gerçəkləşəcək (3)

    • Saleh sədaqəti sayəsində yaşayacaq (4)

    • «Vay o kəsin halına ki» (6—20)

      • Dünya Yehova barədə biliklə dolacaq (14)

2  Keşik çəkdiyim yerdə duracağam,+ Səddin üstündə yerimi tutacağam. Durub baxacağam, görüm O, mənim dilimlə nə deyəcək, Məni tənbeh edəndə nə cavab verim.   Yehova mənə belə dedi: «Bu vəhyi yaz, lövhələr üzərində aydın həkk et ki,+ Oxuyan rahat oxuya bilsin.+   Çünki vaxtı çatanda bu vəhy gerçəkləşəcək, O, icrasına tələsir, yalan çıxmayacaq. Gecikən kimi görünsə belə, onu gözlə,+ Çünki mütləq gerçəkləşəcək. Gecikməyəcək!   Məğrura bax, Onun qəlbi nadürüstdür. Saleh isə sədaqəti* sayəsində yaşayacaq.+   Şərab namərd olduğundan Qürurlu adam məqsədinə yetməyəcək. O, Məzar* kimi acgözdür, Ölüm kimi doymaq bilmir. O, bütün xalqları toplayır, Bütün ümmətləri yanına yığır.+   Amma onların hamısı ona məsəllər qoşacaq, eyhamla, atmacayla danışacaq.+ Deyəcəklər: “Vay o kəsin halına ki, özgə malını mənimsəyib yığır, O, ancaq borcunu çoxaldır! Nə vaxtadək?   Elə bilirsən, borclu qaldığın kəslər qəfil üstünə qalxmayacaq? Onlar oyanıb səni möhkəm silkələyəcəklər, Sən onlar üçün qənimət olacaqsan.+   Sən çox xalqları soyduğun üçün Qalan xalqlar da səni soyacaq.+ Çünki qan tökdün, Torpağa, Şəhərlərə və sakinlərinə zülm etdin.+   Vay o kəsin halına ki, fəlakətdən qurtulmaq üçün, Yuvasını yüksək yerdə qurmaq üçün Evinə haram qazanc gətirir! 10  Sən qəsd qurub öz evini rüsvay etdin, Çox xalqların kökünü kəsməklə özünü günaha batırdın.+ 11  Divar daşı nalə çəkəcək, Ağac tir ona hay verəcək. 12  Vay o kəsin halına ki, şəhəri qan üstündə tikir, Kəndin bünövrəsini haqsızlıq üstündə qoyur! 13  Xalqlar od-alovdan ötrü zəhmət çəkəcək, ümmətlər özlərini boş-boşuna yoracaq.+ Bu, ordular Allahı Yehovadan olacaq. 14  Sular dənizi doldurduğu kimi,+ Dünya başdan-başa Yehovanın əzəməti barədə biliklə dolacaq. 15  Vay o kəsin halına ki, Yoldaşlarının eyib yerinə baxmaq üçün onları içirdib sərxoş edir, Qəzəb və hiddətini də buna qatır. 16  Sən şərəf əvəzinə rüsvayçılıqla dolacaqsan. Özün də iç, sünnətsiz olduğunu aç göstər*. Yehovanın sağ əlindəki cam gəlib sənə də çatacaq,+ Rəzalətin şöhrətini üstələyəcək. 17  Livana etdiyin zülm, Heyvanları dəhşətə salan qırğın sənin öz başına gələcək, Çünki qan tökdün, Torpağa, Şəhərlərə və sakinlərinə zülm etdin.+ 18  İnsan əlinin düzəltdiyi oyma bütün, Tökmə bütün, Yalan öyrədən müəllimin nə xeyri? Bu faydasız allahları düzəldən onlara necə güvənə bilər? Onlar ki dilsiz-ağızsızdır.+ 19  Vay o kəsin halına ki, odun parçasına: “Oyan!” Dilsiz daşa: “Oyan! Bizə yol göstər!” — deyir! Onlar çöldən qızıl-gümüşlə örtülüb,+ Lakin içlərində nəfəs yoxdur.+ 20  Yehova isə müqəddəs məbədindədir.+ Ey dünya, Onun önündə sükut et!”»+

Haşiyələr

Digər variant: imanı.
İbr. şeol. Lüğətə bax.
Digər variant: özün iç, səndirlə.