Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həbquq 1:1—17

MÜNDƏRİCAT

  • Peyğəmbərin imdad diləyi (1—4)

    • «Ey Yehova, nə vaxtadək?» (2)

    • Niyə bu zülm-sitəmi götürürsən? (3)

  • Kəldanilər Allahın hökm alətidir (5—11)

  • Peyğəmbər Allaha yalvarır (12—17)

    • Allahım, Sən ölməzsən (12)

    • Sən pisliyə baxmazsan (13)

1  Həbquq* peyğəmbərə vəhydə nazil olan hökm.   Ey Yehova, nə vaxtadək imdad diləyəcəyəm, Sənsə eşitməyəcəksən?+ Nə vaxtadək zülm əlindən dad edəcəyəm, Sənsə qurtarmayacaqsan?+   Niyə bu zülm-sitəmi götürürsən, Niyə qoyursan gözlərim yamanlıq görsün? Gözüm hey viranəlik, zorakılıq görür. Çəkişmələrin, dava-dalaşın ardı-arası kəsilmir.   Buna görə qanun kəsərini itirib, Haqqa, ədalətə yer qalmayıb. Şər adam salehi təkləyir, Buna görə haqq-ədalət əyilib.+   «Xalqlara baxın, diqqətlə baxın! Heyrətlə baxın, mat qalın. Çünki sizin zəmanədə elə bir şey olacaq ki, Sizə danışsalar, inanmazsınız.+   Mən kəldaniləri, Özgə məskənləri zəbt etmək üçün+ Dünyanın ucqarlarına gedib çıxan O amansız və çılğın xalqı ayağa qaldırıram.+   Onlar qorxuncdur, dəhşətlidir. Onlar öz ədalətini, öz hakimiyyətini* bərqərar edir.+   Onlar gecə ova çıxan canavardan azğındır, Atları bəbirdən çevikdir.+ Döyüş atları dördnala çapır, Atları uzaqlardan gəlir. Onlar şikarın üstünə şığıyan qartaltək uçurlar.+   Hamısı zorakılıq məqsədilə gəlir.+ Birləşib irəli gedir, sanki, şərq küləyidirlər,+ Əsirləri qum kimi toplayırlar. 10  Bu xalq padşahlara lağ edir, Əyan-əşrəfi məsxərəyə qoyur.+ Hər bir qalaya gülür,+ Təpə düzəldib qalanı ələ keçirir. 11  Onlar yel kimi qabağa cumur, ölkəni yarıb keçirlər, Amma təqsirkar çıxacaqlar,+ Çünki deyirlər, gücləri allahlarındandır*».+ 12  Ey Yehova, axı Sən əzəldən varsan,+ Pərvərdigara, ey Müqəddəs Allahım, Sən ölməzsən*!+ Ey Yehova, Sən onları hökmünün icrası üçün ayırdın. Ey Qayam,+ Sən onları cəza verməyə təyin etdin.+ 13  Sənin gözlərin o qədər safdır ki, pisliyə baxmazsan, Sən yamanlığı götürə bilmirsən.+ Bəs niyə xainlərə səbir edirsən?+ Şər adam özündən yaxşısını udanda niyə susursan?+ 14  Niyə insanı dənizdəki balıqlara, Başçısı olmayan sürünənlərə tay edirsən? 15  Düşmən* onları qarmaqla çəkir, Tora salıb çəkir, Balıqçı toruna toplayır, Sevinib-şadlanır.+ 16  Buna görə toruna qurban kəsir, Balıqçı toruna qurban təqdim edir. Çünki bu torların sayəsində ona yağlı, Əla pay düşür. 17  Axı nə vaxtadək torunu doldurub-boşaldacaq*? Nə vaxtadək xalqları amansızcasına qırıb-tökəcək?+

Haşiyələr

Təxmini mənası: hərarətlə qucaqlamaq.
Yaxud şərəfini.
Digər variant: çünki onların gücü allahlarıdır.
Digər variant: biz ölmərik.
Yəni kəldanilər.
Digər variant: qılıncını sıyıracaq.