Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Efeslilərə 6:1—24

MÜNDƏRİCAT

  • Uşaqlara və valideynlərə məsləhətlər (1—4)

  • Qullara və ağalara məsləhətlər (5—9)

  • Allahın verdiyi bütün yaraqlar (10—20)

  • Salam-dualar (21—24)

6  Uşaqlar, Rəbbin iradəsinə uyğun olaraq valideynlərinizin sözünə qulaq asın,+ çünki bu, Allahın gözündə düzgündür.  «Atana və anana hörmət et».+ Bu, ilk əmrdir ki, vədlə bərabər verilib:  «Beləcə, güzəranın xoş, yer üzündə ömrün uzun olacaq».  Siz isə, atalar, uşaqlarınızı qəzəbləndirməyin,+ onları Yehovanın tərbiyəsi+ və öyüd-nəsihətilə böyüdün.+  Ey qullar, yerdəki ağalarınıza+ Məsihə itaət edir kimi, dərin ehtiram və səmimiyyətlə itaət edin.  Bunu insanları razı salmaq üçün+ onlar sizi görəndə yox, Məsihin qulları kimi Allahın iradəsini sidqi-ürəkdən yerinə yetirmək üçün edin.+  Qullar, canla-başla xidmət edin, sanki, insanlara yox, Yehovaya xidmət edirsiniz.+  Siz bilirsiniz ki, istər qul, istər azad insan etdiyi yaxşılığa görə Yehovadan mükafatını alacaq.+  Siz də, ağalar, qullarınızla bu cür davranın, hərbə-zorbanı qırağa qoyun, axı siz bilirsiniz ki, onların da, sizin də Sahibiniz göylərdədir+ və O, ayrı-seçkiliyi sevmir. 10  Xülasə, Rəbdən və Onun gücünün əzəmətindən qüvvət alın.+ 11  İblisin hiylələrinə sinə gərmək üçün Allahın verdiyi bütün yaraqları əyninizə geyinin.+ 12  Çünki biz ətə və qana qarşı yox, hökumətlərə, hakimiyyətlərə, bu zülməti idarə edən dünya hökmdarlarına, səmavi aləmdəki şər ruhi qüvvələrə+ qarşı mübarizə aparırıq.+ 13  Buna görə də Allahın verdiyi bütün yaraqları götürün+ ki, ağır gündə müqavimət göstərə biləsiniz. Beləcə, hər şeyi yerinə yetirəndən sonra möhkəm duracaqsınız. 14  Beləliklə, həqiqət qurşağını belinizə bağlayıb,+ salehlik zirehini döşünüzə taxıb,+ 15  sülh müjdəsini təbliğ etmək hazırlığını ayağınıza geyinib dəyanətlə dayanın.+ 16  Bunlardan başqa böyük iman qalxanını götürün,+ onunla siz Şəririn* bütün alovlu oxlarını söndürəcəksiniz.+ 17  Həmçinin xilas dəbilqəsini+ və ruhun qılıncını, yəni Allahın sözünü götürün.+ 18  Eyni zamanda hər an ruhun təsirilə hər cür dilək və yalvarışla dua edin.+ Buna görə də oyaq qalın, daima müqəddəslər üçün yalvarın. 19  Məndən ötrü də dua edin ki, danışmağa başlayanda nə demək lazımdırsa, mənə bildirilsin və mən müjdənin müqəddəs sirrini cəsarətlə bəyan edim.+ 20  Çünki mən məhbus halımda bu müjdənin səfiri kimi+ xidmət edirəm. Dua edin ki, onun haqqında cəsarətlə danışa bilim. Bu, mənim borcumdur. 21  Ağaya sədaqətlə xidmət edən sevimli qardaşım Tixik+ hal-əhvalım barədə hər şeyi sizə çatdıracaq.+ 22  Onu bu məqsədlə yanınıza göndərirəm ki, sizə hal-əhvalımızdan xəbər gətirsin və təsəlli versin. 23  Atamız Allahdan və Ağamız İsa Məsihdən qardaşlara sülh, məhəbbət və iman diləyirəm. 24  Ağamız İsa Məsihi tükənməz məhəbbətlə sevən hər kəsə lütf yar olsun!

Haşiyələr

Yəni Şeytanın.