Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Efeslilərə 5:1—33

MÜNDƏRİCAT

  • Təmiz danışıq və rəftar (1—5)

  • Nur övladları kimi yaşayın (6—14)

  • Ruhla dolun (15—20)

    • Vaxtın qədrini bilin (16)

  • Ərlərə və arvadlara məsləhətlər (21—33)

5  Beləliklə, Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın,+  məhəbbət yolunda yeriyin,+ necə ki Məsih bizi* sevdi+ və öz canını bizim yolumuzda* Allaha xoş ətirli təqdimə və qurban kimi verdi.+  Əxlaqsızlığın, hər cür natəmizliyin, acgözlüyün adını belə, çəkməyin,+ axı bunlar müqəddəslərə yaraşmır.+  Həmçinin aranızda abırsız hərəkətlərə, axmaq söhbətlərə və ədəbsiz zarafatlara yer verməyin+ (bunlar nalayiq şeylərdir), əksinə, Allaha şükür edin.+  Axı siz yaxşı bilirsiniz və başa düşürsünüz ki, nə əxlaqsız+, nə natəmiz, nə də acgöz adamın,+ başqa sözlə, bütpərəstin Məsihin və Allahın Padşahlığında payı yoxdur.+  Qoy heç kəs sizi puç sözlərlə aldatmasın, çünki itaətsiz adamlar sadaladığım bu şeylərə görə Allahın qəzəbinə düçar olacaqlar.  Buna görə də onlarla alıb-verəcəyiniz olmasın.  Çünki siz bir vaxtlar zülmət idiniz, amma indi Ağaya məxsus+ olduğunuz üçün nursunuz,+ nur övladları kimi də yaşayın.  Nurun bəhrəsi isə hər cür yaxşılıq, salehlik və həqiqətdir.+ 10  Rəbbə nəyin məqbul+ olduğuna daima əmin olun, 11  zülmətin yararsız işlərində əliniz olmasın,+ əksinə, onları ifşa edin, 12  çünki onların xəlvətdə gördüyü işləri adam dilə gətirməyə belə, utanır. 13  İfşa ediləsi hər bir şeyi nur üzə çıxarır və beləcə, üzə çıxan hər şey nur olur. 14  Buna görə də yazılıb: «Ey yatan, oyan, ölülər arasından qalx+ ki, Məsih sənin üzərinə nur saçsın».+ 15  Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin və 16  pis vaxtda yaşadığımızı nəzərə alaraq, vaxtınızın qədrini bilin.+ 17  Buna görə də ağılsız davranmayın, Yehovanın iradəsini daima qavrayın.+ 18  Habelə, şərabdan sərxoş olanacan içməyin,+ bu, insanı adamlıqdan çıxarır, əksinə, müqəddəs ruhla dolun, 19  bir-birinizlə* danışanda məzmurlar, Allaha mədhlər, ruhani nəğmələr söyləyin.+ Ürəyinizdə Yehovaya mədh nəğmələri oxuyun.+ 20  Ağamız İsa Məsihin adı ilə+ həmişə, hər şey üçün Atamız Allaha şükür edin.+ 21  Məsihə bəslədiyiniz ehtiramdan irəli gələrək bir-birinizə tabe olun.+ 22  Qoy arvadlar Ağaya tabe olur kimi ərlərinə tabe olsunlar,+ 23  çünki Məsih yığıncağın başı,+ bu bədənin xilaskarı olduğu kimi, ər də arvadının başıdır.+ 24  Bəli, yığıncaq Məsihə tabe olduğu kimi, arvadlar da hər şeydə ərlərinə tabe olmalıdırlar. 25  Ərlər, arvadlarınızı həmişə sevin,+ necə ki Məsih də yığıncağı sevdi və özünü onun yolunda fəda etdi+ ki, 26  onu su ilə, yəni Allahın sözü ilə yuyub təmizləsin və pak etsin,+ 27  yığıncağı bütün gözəlliyi ilə, ləkəsiz, qırışsız və sairəsiz,+ müqəddəs və eyibsiz şəkildə öz hüzuruna çıxarsın.+ 28  Bunun kimi ər də arvadını öz bədənini sevdiyi kimi sevməlidir. Arvadını sevən özünü sevir, 29  axı elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir. Məsih də yığıncaqla belə rəftar edir, 30  çünki biz onun bədəninin üzvləriyik.+ 31  «Buna görə də kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq».+ 32  Bu müqəddəs sirr+ böyükdür. Mən burada Məsihi və yığıncağı nəzərdə tuturam.+ 33  Bununla belə, hər kəs arvadını özünü sevdiyi kimi sevsin,+ arvad da ərinə dərin hörmət bəsləsin.+

Haşiyələr

Digər variant: sizi.
Digər variant: sizin yolunuzda.
Digər variant: özünüzlə.