Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Efeslilərə 3:1—21

MÜNDƏRİCAT

  • Müqəddəs sirrə digər xalqlardan olanlar da daxildir (1—13)

    • Digər xalqlardan olanlar Məsihlə həmvaris olacaqlar (6)

    • Allahın əbədi niyyəti (11)

  •  Efeslilərin Məsihin məhəbbətini dərk etmələri üçün dua (14—21)

3  Bu səbəbdən mən Bulus sizə görə, yəni digər xalqlara görə Məsih İsa uğrunda məhbusam.+  Siz, şübhəsiz, eşitmisiniz ki, mənə Allahın lütfündən yararlanmağınız üçün sizə kömək etmək tapşırılıb.+  Sizə bir az əvvəl qısaca yazdığım kimi, müqəddəs sirr mənə vəhy vasitəsilə açılıb.  Beləliklə, siz bu sözləri oxuyarkən mənim Məsih haqqındakı müqəddəs sirri+ başa düşdüyümü anlayacaqsınız.  Bu sirr keçmiş nəsillərdə bəşər övladlarına açılmamışdı, yalnız indi ruh vasitəsilə onun müqəddəs həvarilərinə və peyğəmbərlərinə bildirilib.+  Müqəddəs sirr ondan ibarətdir ki, Məsih İsa ilə vəhdətdə olan digər xalqlara mənsub adamlar onunla birlikdə varis və bir bədənin üzvləri olsunlar.+ Onlar da müjdə sayəsində Allahın bizə vəd etdiyi şeyləri alacaqlar.  Mən Allahın lütfü sayəsində bu sirrin xidmətçisi oldum. Bu ənam mənə Allahın gücünün fəaliyyəti ilə verildi.+  Bu lütf mənə, müqəddəslər arasında kiçiklərin ən kiçiyinə verilmişdir+ ki, mən Məsihin ağlasığmaz sərvəti barəsindəki müjdəni xalqlara bəyan edim,  hər şeyi yaradan Allahın qədim zamanlardan bəri gizli saxladığı müqəddəs sirri+ necə idarə etdiyini insanlara göstərim. 10  Bu, ona görə idi ki, indi Allahın böyük və çoxcəhətli hikməti yığıncaq vasitəsilə+ səmavi aləmdəki hökumət və hakimiyyətlərə açılsın.+ 11  Bu, Onun əbədi niyyətinə, Ağamız Məsih+ İsa ilə əlaqədar qərarlaşdırdığı niyyətə müvafiqdir. 12  Onun sayəsində biz belə cəsarətlə danışır,+ ona olan imanımız vasitəsilə Allaha maneəsiz yaxınlaşırıq. 13  Buna görə də xahiş edirəm: sizin uğrunuzda çəkdiyim əziyyətlərə görə ruhdan düşməyin, çünki bunlar sizin şərəfinizdir.+ 14  Bu səbəbdən mən Atanın qarşısında diz çökürəm, 15  kimə ki, göydə və yerdə olan hər ailə öz adına görə borcludur. 16  O böyük calal sahibinə yalvarıram ki, ruhunun verdiyi qüvvətlə daxili varlığınızı möhkəmləndirsin+ 17  və Məsih imanınız vasitəsilə məhəbbətlə+ bərabər qəlbinizdə məskən salsın.+ Diləyim budur ki, siz möhkəm olasınız, iman təməli üzərində mətin durasınız.+ 18  Beləcə, bütün müqəddəslərlə birlikdə həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini tam qavraya biləsiniz, 19  Məsihin bilikdən üstün olan məhəbbətini+ dərk edəsiniz ki, Allahın verdiyi tam dolğunluqla dolasınız. 20  Bəli, bizdə fəaliyyət göstərən gücü vasitəsilə+ xahiş etdiyimiz, düşündüyümüz hər bir şeydən qat-qat artığını+ etməyə qadir olan Allaha 21  nəsildən-nəslə, əbədiyyət boyu yığıncaq və Məsih İsa vasitəsilə alqış olsun. Amin!

Haşiyələr