Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Efeslilərə 2:1—22

MÜNDƏRİCAT

  • Məsihlə birlikdə həyata qaytardı (1—10)

  • Aradakı divar dağıdıldı (11—22)

2  Siz təqsir və günah ucbatından ölü idiniz, Allah isə sizi həyata qaytardı.+  Bir zamanlar təqsir və günahlarınız içində bu zəmanəyə uyğun yaşayırdınız,+ hal-hazırda itaətsiz adamlarda fəaliyyət göstərən havanın+, ruhun+ hakimiyyətinin hökmdarına uymuşdunuz.  Bəli, bir vaxtlar hamımız onların arasında cismani istəklərə uyğun yaşamış,+ cismimizin və zehnimizin arzularının+ dalınca düşərək başqaları kimi anadangəlmə Allahın qəzəbinə layiq idik*.+  Ancaq mərhəməti bol olan+ Allah bizə duyduğu böyük məhəbbətinə görə+  biz hələ təqsirlərimizdə ölü ikən, bizi Məsihlə birlikdə həyata qaytardı.+ (Bəli, siz lütf sayəsində xilas oldunuz.)  Üstəlik, Məsih İsa ilə vəhdətdə olan bizləri+ onunla birlikdə diriltdi və göylərdə oturtdu ki,  gələcəkdə lütfünün misilsiz zənginliyini Məsih İsa ilə vəhdətdə olan bizlərə səxavətlə nümayiş etdirsin.  Siz bu lütf sayəsində iman vasitəsilə+ xilas olmusunuz, amma buna özünüz nail olmamısınız, bu, Allahın ənamıdır.  Bəli, heç kəsin öyünməyə səbəbi olmasın deyə, bu xilas əməllərin nəticəsi deyil.+ 10  Biz Allahın əlinin işiyik və Məsih İsa ilə vəhdətdə+ olduğumuza görə yaradılmışıq+ ki, Allahın bizim üçün qabaqcadan qərarlaşdırdığı yaxşı işləri görək. 11  Buna görə də unutmayın ki, cismən digər xalqlardan olan sizləri insan əli ilə sünnət edilmişlər bir vaxtlar sünnətsiz adlandırırdı. 12  O vaxt siz Məsihsiz idiniz, İsrail cəmiyyətindən kənarda qalıb vəd əsasında bağlanmış əhdlərə yad idiniz.+ Bu dünyada ümidsiz və Allahsız yaşayırdınız.+ 13  Bir vaxtlar Allahdan uzaq olan sizlər indi Məsih İsa ilə vəhdətdəsiniz, onun qanı sayəsində Allaha yaxınlaşmısınız. 14  Çünki Məsih bizə sülh gətirdi,+ iki tərəfi bir-birindən ayıran+ divarı dağıtdı və bu iki tərəfi birləşdirdi.+ 15  O, öz bədəni ilə düşmənçiliyi aradan qaldırdı, yəni hökmlərdən və əmrlərdən ibarət Qanunu ləğv etdi ki, özü ilə vəhdətdə olan iki tərəfdən yeni bir insan yaratsın,+ sülhü bərqərar etsin və 16  işgəncə dirəyi*+ vasitəsilə iki xalqdan bir bədən təşkil edib onu Allahla tam barışdırsın. O, öz bədəni ilə düşmənçiliyi aradan qaldırdı.+ 17  O gəlib sülh haqqındakı müjdəni həm uzaqda olan sizlərə, həm yaxında olanlara bəyan etdi, 18  çünki onun sayəsində bizim, yəni hər iki xalqın bir ruh vasitəsilə Allaha maneəsiz yaxınlaşmaq imkanı var. 19  Buna görə də siz artıq yadelli və qərib deyilsiniz,+ siz müqəddəslərin soydaşı+ və Allahın ailəsinin üzvlərisiniz.+ 20  Siz həvarilərdən və peyğəmbərlərdən+ ibarət təməlin üzərində tikilmisiniz, bu təməlin guşə daşı isə Məsih İsadır.+ 21  Onunla vəhdətdə olan və bütün hissələri həmahəng şəkildə birləşən+ bütün bina ucala-ucala Yehova üçün müqəddəs məbəd olur.+ 22  Beləliklə, Allahın Öz ruhu ilə məskən salması üçün onunla vəhdətdə olan sizlərdən bir məkan ucaldılır.+

Haşiyələr

Hərfən: qəzəbin övladları idik.