Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Dənyal 5:1—31

MÜNDƏRİCAT

  • Padşah Bəlşəzzarın ziyafəti (1—4)

  • Divarda yazı (5—12)

  • Dənyaldan yazını yozmağı xahiş edirlər (13—25)

  • Yozum: Babilin süqutu (26—31)

5  Padşah Bəlşəzzar+ min əyanı üçün böyük ziyafət qurdu və bu min nəfərin qarşısında şərab içdi.+  Bəlşəzzar şərabdan keflənəndə buyruq verdi ki, atası Navuxodonosorun Yerusəlimdəki məbəddən götürdüyü qızıl, gümüş qabları gətirsinlər+ və padşah, əyanları, cariyələri, kiçik hərəmləri onlarda içki içsin.  Onda Yerusəlimdən, Allahın evi olan məbəddən götürülmüş qızıl qabları gətirdilər. Padşah, əyanları, cariyələri, kiçik hərəmləri onlarda içki içdilər.  Onlar şərab içib qızıl, gümüş, mis, dəmir, taxta, daş allahlara alqış dedilər.  Bu dəm insan əli peyda oldu və padşah sarayının divarının suvağı üzərində, çıraqdanın qarşısında yazmağa başladı. Padşah yazı yazan əlin arxasını görürdü.  Padşahın rəngi qaçdı, ağlından keçənlər onu dəhşətə saldı, beli boşaldı+ və dizləri bir-birinə dəyməyə başladı.  Padşah qışqırıb ruhçağıranları, kəldaniləri və münəccimləri çağırdı.+ Padşah Babil müdriklərinə dedi: «Kim bu yazını oxuyub yoza bilsə, o adama bənövşəyi libas geyindiriləcək, boynuna qızıl boyunbağı taxılacaq+ və səltənətdə üçüncü adam olacaq».+  Padşahın bütün müdrikləri gəldilər, amma nə yazını oxuya bildilər, nə mənasını padşaha aça bildilər.+  Bu səbəbdən padşah Bəlşəzzar bərk qorxdu, rəngi-rufu qaçdı, əyanları isə çaşbaş qalmışdılar.+ 10  Məlikə padşahla əyanların sözlərini eşidəndə ziyafət otağına daxil oldu. Məlikə dedi: «Padşah sağ olsun! Qoy fikirlərin səni qorxuya salmasın, bənizin ağarmasın. 11  Məmləkətində içində müqəddəs allahların ruhu olan bir adam var. Sənin atanın dövründə onun elm, idrak və allahların hikmətinə bənzər hikmət sahibi olduğu məlum olmuşdu.+ Atan, padşah Navuxodonosor onu kahinlər, ruhçağıranlar, kəldanilər və münəccimlər üzərində başçı qoymuşdu.+ Bunu sənin atan etmişdi, ey padşah. 12  Çünki padşahın Bəltişəzzar adlandırdığı Dənyal+ xüsusi bir istedada*, elmə, yuxuyozma, sirləri, müşkülləri* açma qabiliyyətinə malik idi.+ Qoy Dənyal çağırılsın, o, sənə bunun mənasını açar». 13  Dənyal padşahın hüzuruna gətirildi. Padşah Dənyaldan soruşdu: «Atamın Yəhudadan gətirdiyi yəhudalı əsirlərdən+ olan Dənyal sənsən? 14  Mən sənin barəndə eşitmişəm ki, səndə allahların ruhu var,+ üstəlik, sənin elm, idrak və xüsusi hikmət sahibi olduğun məlum olub.+ 15  Hüzuruma müdriklər və ruhçağıranlar gətirilmişdi ki, bu yazını oxuyub mənasını mənə açsınlar, lakin onlar bu xəbərin mənasını aça bilmədilər.+ 16  Sənin barəndə eşitmişəm ki, sən əlamətləri yoza+, müşkülləri aça bilirsən. Əgər indi bu yazını oxuyub yoza bilsən, əyninə bənövşəyi libas geyindiriləcək, boynuna qızıl boyunbağı taxılacaq və səltənətdə üçüncü adam olacaqsan».+ 17  Dənyal padşaha cavab verib dedi: «Bəxşişlərini özünə saxla, hədiyyələrini başqalarına ver. Yazını isə mən padşaha oxuyaram, mənasını da ona açaram. 18  Ey padşah, Allah-Taala atan Navuxodonosora padşahlıq, əzəmət, şan-şöhrət, həşəmət bəxş etmişdi.+ 19  Allahın ona bəxş etdiyi əzəmətə görə bütün ümmətlər və xalqlar, bütün dillərə mənsub olanlar onun qarşısında titrəyirdi.+ O, kimi istəyir öldürür, kimi istəyir sağ buraxırdı, kimi istəyir yüksəldir, kimi istəyir alçaldırdı.+ 20  Ancaq ürəyi qürurlanıb inadkar olanda azğınlaşdı.+ Onda o, taxtdan salındı, şanı əlindən alındı. 21  O, insanlar arasından qovuldu. Ona heyvan ürəyi verildi, çöl eşşəkləri arasında yaşadı, öküz kimi ot yedi, bədəni göylərin şehi ilə islandı, ta o vaxta qədər ki, bəşər səltənəti üzərində Allah-Taalanın hökmran olduğunu, onu istədiyi kəsə verdiyini başa düşdü.+ 22  Sən, onun oğlu Bəlşəzzar isə bunları bilə-bilə təvazö etmədin. 23  Özünü göylərin Rəbbindən uca tutdun,+ Onun evinin qablarını gətizdirdin.+ Sən, əyanların, cariyələrin, kiçik hərəmlərin onlarda şərab içdiniz. Gümüş, qızıl, mis, dəmir, taxta, daş allahlara, heç nə görməyən, heç nə eşitməyən, heç nə bilməyən allahlara alqış dediniz.+ Amma sənin nəfəsini,+ sənin bütün yollarını əlində saxlayan Allahı şərəfləndirmədin. 24  Buna görə də Onun tərəfindən əl gəldi və bu yazını yazdı.+ 25  Yazılan sözlər bunlardır: MENE, MENE, TEGEL, PARSİN. 26  Sözlərin mənası budur: MENE — Allah padşahlığının günlərini hesablayıb ona son qoydu.+ 27  TEGEL — sən tərəzidə çəkildin və yüngül gəldin. 28  PERES — səltənətin bölünüb madalılarla farslara verildi».+ 29  Bəlşəzzar buyruq verdi, Dənyalın əyninə bənövşəyi libas geyindirildi, boynuna qızıl boyunbağı taxıldı və hər yanda car çəkildi ki, o, səltənətdə üçüncü adamdır.+ 30  Həmin gecə Kəldan padşahı Bəlşəzzar öldürüldü.+ 31  Padşahlıq madalı Daraya+ keçdi. O, təxminən altmış iki yaşında idi.

Haşiyələr

Hərfən: ruha.
Hərfən: düyünləri.