Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Dənyal 12:1—13

MÜNDƏRİCAT

  • Axırzaman; Dənyalın mükafatı (1—13)

    • Mikayıl ayağa qalxacaq (1)

    • Ağıllı adamlar parlayacaq (3)

    • Həqiqi bilik çoxalacaq (4)

    • Dənyal qalxacaq (13)

12  O vaxt xalqının himayəsində duran böyük əmir+ Mikayıl+ ayağa qalxacaq. Onda xalqlar* yaranandan bəri görünməmiş ağır bir zəmanə gələcək. O vaxt sənin xalqın, adı kitabda yazılmış hər kəs qurtulacaq.+  Torpaqda yatanlardan çoxu ayılacaq: kimisi əbədi həyat üçün, kimisi isə rüsvayçılıq və əbədi həqarət üçün.  Ağıllı adamlar göy qübbəsitək, çoxlarını salehliyə çatdıranlar ulduzlartək əbədiyyən, sonsuzadək parlayacaq.  Sən, ey Dənyal, bu sözləri sirr olaraq saxla və kitabı axırzamana qədər möhürlə.+ Çoxları özünü ora-bura vuracaq* və həqiqi elm çoxalacaq».+  Mən Dənyal baxıb gördüm ki, orada başqa iki nəfər durur. Biri çayın bu tayında, o birisi çayın o tayında.+  Sonra onlardan biri çayın suları üzərində olan, kətan geymiş adama+ dedi: «Bu heyrətamiz hadisələrin sonuna nə qədər qalıb?»  Onda mən çayın suları üzərində olan, kətan geymiş adamın sağ və sol əlini göyə açıb Əbədi Var Olanın+ adına and içdiyini gördüm: «Dövr, dövrlər və yarım dövr*. Müqəddəs xalqın gücü tam qırılanda+ bütün bunlar tamam olacaq».  Mən eşitdim, lakin anlamadım,+ ona görə soruşdum: «Ey ağam, bu şeylərin axırı necə olacaq?»  O dedi: «Get, ey Dənyal, çünki bu sözlər axırzamanadək sirr olaraq saxlanıb möhürlü qalmalıdır.+ 10  Çoxları paklanıb təmizlənəcək, saflaşacaq.+ Pis adamlar pislik edəcək. Pislərin heç biri bu sözləri anlamayacaq, ağıllı adamlarsa dərk edəcək.+ 11  Daimi qurbanlığın+ dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu+ vaxtdan 1290 gün keçəcək. 12  Səbr edib 1335 günün sonunadək gözləyən bəxtiyardır! 13  Sən isə yolunu axıradək get. Sən dincələcəksən, dövrün tamamında isə sənə düşən payı almaq üçün qalxacaqsan».+

Haşiyələr

Hərfən: xalq.
Yaxud çoxları onu (kitabı) dərindən araşdıracaq.
Yəni üç dövr yarım.