Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Dənyal 10:1—21

MÜNDƏRİCAT

  • Allah elçisi Dənyalın yanında (1—21)

    • Mikayıl mələyin köməyinə gəlir (13)

10  Fars şahı Kuruşun+ hakimiyyətinin üçüncü ilində Bəltişəzzar adlanan Dənyala+ bir vəhy nazil oldu. Bu xəbər həqiqət idi və böyük müharibə haqda idi. Dənyal xəbəri anladı; vəhydə gördüklərinin mənası ona açıqlandı.  Mən Dənyal üç həftə idi ki, yas tutmuşdum+.  Ləziz yemək yeməmişdim, dilimə nə ət, nə şərab dəyməmişdi. Düz üç həftə bədənimə yağ sürtməmişdim.  Birinci ayın iyirmi dördüncü günü mən böyük çayın, Dəclə çayının+ qırağında idim.  Başımı qaldırıb kətan paltar+ geyinmiş bir nəfər gördüm. O, belinə Üfəz qızılından qurşaq bağlamışdı.  Bədəni, sanki, xrizolitdən+ idi, üzü şimşəyə bənzəyirdi, gözləri yanar məşəl kimi, qolları və ayaqları cilalanmış mis+ kimi idi. Səsi izdiham səsi kimi gur idi.  Bu görüntünü təkcə mən Dənyal gördüm,+ yanımda olanlar görmədi. Amma onların canına qorxu düşdü və qaçıb gizləndilər.  Mən tək qaldım. Bu möhtəşəm görüntünü görəndə taqətdən düşdüm, rəngim qaçdı, süst oldum.+  Sonra onun danışdığını eşitdim. Lakin onun danışdığını eşidəndə başımı yerə qoyub üzüstə dərin yuxuya getdim.+ 10  Sonra bir əl mənə toxunub+ silkələdi və mən əllərimlə dizlərim üstündə durdum. 11  O, mənə dedi: «Ey Dənyal, ey istəkli bəndə.+ Sənə deyəcəyim sözləri diqqətlə dinlə. Ayağa dur, mən sənin yanına göndərilmişəm». O, bunları deyəndə mən titrəyə-titrəyə ayağa qalxdım. 12  O, mənə dedi: «Qorxma+, ey Dənyal, sən bu şeyləri anlamağa can atdığın, özünü Allahının önündə aşağı tutduğun ilk gündən sözlərin eşidildi və mən sənin bu sözlərinə görə gəlmişəm.+ 13  Fars səltənətinin əmiri+ düz iyirmi bir gün mənə müqavimət göstərdi. Lakin baş əmirlərdən biri Mikayıl*+ köməyimə yetişdi, bütün bu vaxt ərzində mən Fars şahlarının yanında qalmışdım. 14  Mən gəldim sənə açım, zamanın sonunda+ sənin xalqınla nələr olacaq, çünki bu vəhy gələcək zamana aiddir».+ 15  O, bu sözləri mənə deyəndə mən başımı aşağı salmışdım və dilim tutulmuşdu. 16  Sonra bəşər övladına bənzəyən bir nəfər dodaqlarıma toxundu+ və dilim açıldı. Mən qarşımda durana bu sözləri dedim: «Ağam, bu vəhyə görə qorxudan əsirəm, taqətim kəsilib.+ 17  Mən qulun sən ağamla necə danışım?+ Axı heyim qalmayıb, nəfəsim kəsildi».+ 18  Bəşər övladına bənzəyən o kəs yenə mənə toxundu və mənə qüvvət verdi.+ 19  O dedi: «Ey istəkli bəndə+, qorxma+. Günün xoş olsun!+ Möhkəm ol, möhkəm ol!» O, mənimlə danışanda mənə güc gəldi. Dedim: «Danış ağam, çünki sən mənə qüvvət verdin». 20  O dedi: «Bilirsən, sənin yanına nə üçün gəlmişəm? İndi mən geri qayıdıb Fars əmiri+ ilə vuruşacağam. Mən gedəndə Yunanıstan əmiri gələcək. 21  Ancaq mən sənə həqiqət kitabında yazılanları danışacağam. Bu işdə sənin əmirin+ Mikayıldan+ savayı mənə dayaq olan yoxdur.

Haşiyələr

Mənası: Allaha tay kimdir?