Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

3 Yəhya 1:1—14

MÜNDƏRİCAT

  • Salamlar; dua (1—4)

  • Yəhya Qayı tərifləyir (5—8)

  • Şöhrətpərəst Diotref (9, 10)

  • Demetri haqda xoş sözlər (11, 12)

  • Yəhya Qayı görmək istəyir; salam-dua (13, 14)

 Mən ağsaqqaldan ürəkdən sevdiyim əziz qardaşım Qaya məktub.  Əziz qardaşım, sənə Allahdan can sağlığı diləyirəm, həm də dua edirəm ki, işlərin həmişəki kimi hər cəhətdən avand olsun.  Bura gələn qardaşlar sənin həqiqətə sadiq qaldığını danışanda mən çox sevindim. Şadam ki, sən daima həqiqət yolunda yeriyirsən.+  Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik* ola bilməz.+  Əziz qardaşım, hətta tanımadığın qardaşlar üçün hər bir işi sədaqətlə görürsən.+  Onlar yığıncaq qarşısında sənin məhəbbətindən danışdılar. Xahiş edirəm onları Allahımıza layiq tərzdə yola salasan.+  Çünki onlar Onun adı naminə yola çıxıb başqa xalqların adamlarından heç bir şey götürmədilər.+  Belə qardaşları qonaqpərvərliklə qəbul etmək bizim borcumuzdur+ ki, həqiqət yolunda əməkdaş olaq.+  Yığıncağa bəzi şeylər yazmışdım, amma aralarında başçılıq etməyi sevən+ Diotref bizdən heç nəyi hörmətlə qəbul etmir.+ 10  Buna görə də, əgər gəlsəm, onun işlərinin, bizi pislədiyinin üstünü açacağam.+ Bu azmış kimi, o, həm özü qardaşları hörmətlə qəbul etmir,+ həm də onları qəbul etmək istəyənlərə əngəl törədib onları yığıncaqdan qovmağa çalışır. 11  Əziz qardaşım, pisdən yox, yaxşıdan nümunə götür.+ Yaxşılıq edən Allahdandır.+ Pislik edən isə Allahı görməmişdir.+ 12  Demetri haqqında isə hamı yaxşı danışır və onun həqiqət yolunda yeriməsi bunu təsdiq edir. Biz də bu deyilənləri təsdiqləyirik və sən sözümüzün doğru olduğunu bilirsən. 13  Sənə deyiləsi hələ çox sözüm var, lakin bunları mürəkkəb və qələmlə yazmaq istəmirəm. 14  Ümid edirəm ki, tezliklə səni görəcəyəm, onda üz-üzə danışarıq. Salamat qal! Buradakı dostlar sənə salam göndərirlər. Mənim salamımı bir-bir oradakı dostlara çatdır.

Haşiyələr

Digər variant: bilməkdən daha çox şükranlıq üçün səbəb ola bilməz.