Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Butrus 1:1—21

MÜNDƏRİCAT

  • Salamlar (1)

  • Aldığınız dəvətə layiq yaşamaq üçün var-gücünüzlə çalışın (2—15)

    • İmanı tamamlayan keyfiyyətlər (5—9)

  • Peyǧəmbərlik sözünün doǧruluǧuna daha da əmin olmuşuq (16—21)

1  İsa Məsihin qulu və həvarisi Şimon Butrusdan Allahımızın və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə eyni dəyərli imanı qazanmışlara:  Qoy sizə bağışlanmış lütf və sülh Allahımızı və Ağamız İsanı tanıdıqca daha da artsın.+  Çünki bizi Öz əzəmət və kəraməti ilə çağıranın ilahi qüdrəti Onu tanımağımız vasitəsi ilə mömin həyat sürmək üçün lazım olan hər şeyi bizə bəxş etdi.+  O, bunlar vasitəsilə bizə dəyərli və möhtəşəm vədlər verib+ ki, siz onların sayəsində şəhvətin baş alıb getdiyi pozğun dünyadan qurtulub ilahi təbiətə qovuşasınız.+  Buna görə siz də var gücünüzlə çalışaraq,+ imanınızı alicənablıqla,+ alicənablığı elmlə,+  elmi təmkinlə, təmkini+ dözümlə, dözümü möminliklə,+  möminliyi qardaşlıq sevgisi ilə, qardaşlıq sevgisini məhəbbətlə tamamlayın.+  Əgər bütün bunlar sizdə varsa və daha da artırsa, siz Ağamız İsa Məsihi tanımaqda fəaliyyətsiz və bəhrəsiz qalmayacaqsınız.+  Əgər kimdəsə bunlar yoxdursa, o, kordur, gözünü nura bağlayıb*+ və keçmiş günahlarından təmizləndiyini unudub.+ 10  Qardaşlar, buna görə də aldığınız dəvəti+ və Allah tərəfindən seçildiyinizi doğrultmaq üçün var qüvvənizlə çalışın. Bunu etsəniz, heç vaxt yıxılmayacaqsınız.+ 11  Onda Ağamız və Xilaskarımız İsa Məsihin+ əbədi Padşahlığının qapısı üzünüzə geniş açılacaq.+ 12  Bu səbəbdən mən bunları sizə daima xatırlatmaq niyyətindəyəm. Hərçənd siz bunları yaxşı bilirsiniz və sizdə olan həqiqətdə möhkəm durmusunuz. 13  Yenə də, nə qədər ki bu cisimdəyəm*,+ belə hesab edirəm ki, bunları sizə dönə-dönə xatırlatmaq+ doğru olardı. 14  Axı Ağamız İsa Məsihin mənə bildirdiyi kimi, artıq bu bədəndə yaşamağıma çox az qalıb.+ 15  Buna görə də indi əlimdən gələni edirəm ki, mən gedəndən sonra siz bunları həmişə özünüzə xatırladasınız. 16  Biz sizə Ağamız İsa Məsihin qüdrəti və hüzuru* haqqında danışarkən məharətlə uydurulmuş rəvayətlərə əsaslanmırdıq. Biz onun ehtişamının şəxsən şahidi olmuşuq.+ 17  Möhtəşəm calal ona: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam»,+ — sözlərini çatdırandan sonra o, Atası Allahdan şərəf və şöhrət aldı. 18  Bəli, biz onunla birlikdə müqəddəs dağda olarkən göydən nazil olan bu sözləri eşitmişdik. 19  Beləliklə, biz peyğəmbərlik sözünün doğruluğuna daha da əmin olmuşuq və siz düz edirsiniz ki, səhər açılıb dan ulduzu+ çıxanadək qaranlıqda, yəni ürəyinizdə çıraq+ kimi işıq saçan bu sözə diqqət yetirirsiniz. 20  Axı siz yaxşı bilirsiniz ki, Müqəddəs Yazılardakı heç bir peyğəmbərlik kiminsə şəxsi fikirlərindən doğmayıb. 21  Çünki peyğəmbərlik heç vaxt insan istəyi ilə meydana gəlməyib,+ insanlar müqəddəs ruh tərəfindən yönəldilərək Allahdan gələn sözləri danışıblar.+

Haşiyələr

Digər variant: kordur, gözləri zəifdir.
Hərfən: çadırdayam.
Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.