Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Timutiyə 3:1—17

MÜNDƏRİCAT

  • Son dərəcə çətin bir vaxt (1—7)

  • Bulusun nümunəsini izləmək (8—13)

  • Öyrəndiyin şeylərə bağlı qal (14—17)

    • Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır (16)

3  Bunu bil ki, axırzamanda+ son dərəcə çətin bir vaxt gələcək.  Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan*, valideynlərinə itaət etməyən, nankor, vəfasız,  doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni,  xain, tərs, təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər.  Onlar üzdən özlərini mömin göstərəcək, əslində isə Allahın yolu ilə getməyəcəklər.+ Belələrindən uzaq gəz.  Belə adamların arasından hiylə ilə evlərə girib zəif iradəli, günaha qərq olmuş, nəfsinin qulu olan,  daima öyrənən, amma həqiqəti heç cür dərk edə bilməyən qadınları əsir alan adamlar çıxırlar.  Yannis və Yambris Musaya qarşı çıxdıqları kimi, bu adamlar da həqiqətə qarşı çıxırlar. Onların əqli tamamilə pozğunlaşıb. Onlar iman yolunda yeriməyə yararlı deyillər.  Onlar bundan artıq irəliləyə bilməyəcəklər, çünki o iki nəfərin ağılsızlığı əvvəl-axır üzə çıxdığı kimi, bunların da ağılsızlığı hamıya bəlli olacaq.+ 10  Sən isə mənim təlimimi, həyat yolumu,+ amalımı, imanımı, səbrimi, məhəbbətimi, dözümümü izləyirsən. 11  Antakyada+, Konyada+ və Listrada+ necə təqiblərlə qarşılaşdığımı, əzab çəkdiyimi bilirsən. Bəli, mən bu əzablara qatlaşdım və Ağa* bütün bunlardan məni qurtardı.+ 12  Əslində, Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq.+ 13  Pis adamlar və fırıldaqçılar isə aldadıb aldanaraq get-gedə daha betər işlər görəcəklər.+ 14  Sən isə öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə bağlı qal,+ axı sən bunları kimlərdən öyrəndiyini yaxşı bilirsən. 15  Bundan başqa, sənə hikmət verməyə qadir olan Müqəddəs Yazıları körpəlikdən+ bilirsən.+ Bu hikmət Məsih İsaya gətirdiyin iman vasitəsilə səni xilasa çatdıracaq.+ 16  Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır*+ və təlim,+ tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır.+ 17  Bunun sayəsində Allah bəndəsi tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər.

Haşiyələr

Yaxud söyüşkən.
Yaxud Rəbb.
Yaxud Allahın ruhunun ilhamı ilə yazılmışdır.