Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Timutiyə 1:1—18

MÜNDƏRİCAT

  • Salamlar (1, 2)

  • Bulus Timutinin imanına görə şükür edir (3—5)

  • Allahdan aldığın ənamı alovlandır (6—11)

  • Sağlam sözlər nümunəsi (12—14)

  • Bulusun dostları və düşmənləri (15—18)

1  Məsih İsa+ vasitəsilə verilən həyat vədinə uyğun olaraq, Allahın iradəsilə Məsih İsanın həvarisi olan Bulusdan  əziz balam Timutiyə+ məktub. Atamız Allahdan və Ağamız Məsih İsadan gələn lütf, mərhəmət və sülh sənə yar olsun.  Təmiz vicdanla və dədə-babalarım kimi qulluq etdiyim Allaha şükürlər olsun. Səni durmadan, gecə-gündüz dualarımda yad edirəm,  göz yaşlarını yadıma saldıqca səni görüb sevinəcəyim vaxtı səbirsizliklə gözləyirəm.  Çünki səndəki riyasız imanı+ xatırlayıram. Əvvəlcədən nənən Loisdə və anan Evnikidə yaşayan bu iman, əminəm ki, səndə də yaşayır.  Buna görə də əllərimi sənin üzərinə qoyduğum zaman Allahdan aldığın ənamı alovlandırmağı unutma.+  Axı Allah bizə qorxaqlıq ruhu yox,+ güc,+ məhəbbət və sağlam düşüncə ruhu verib.  Buna görə də Ağamız haqqında şahidlik etməkdən utanma+ və onun uğrunda məhbus olan mənə görə xəcalət çəkmə.+ Allahın verdiyi gücə+ güvənərək müjdədən ötrü payına düşən əziyyətlərdən qaçma.  O, bizi xilas etdi və əməllərimizə görə yox, Öz niyyətinə və lütfünə görə+ bizi müqəddəs olmağa çağırdı.+ Bu lütf bizə əzəldən bəri Məsih İsa vasitəsilə göstərilmişdir, 10  ancaq indi Xilaskarımız Məsih İsanın+ zühuru ilə aşkara çıxmışdır. O, ölümü aradan qaldırdı,+ müjdə vasitəsilə+ həyat+ və çürüməzlik üzərinə işıq saçdı.+ 11  Mən də bu müjdənin müjdəçisi, həvarisi və müəllimi təyin edilmişəm.+ 12  Məhz buna görə mən bu əziyyətləri çəkirəm+ və bundan utanmıram.+ Çünki inandığım Kəsi tanıyıram və əminəm ki, O, həmin günə kimi əmanətimi qorumağa qadirdir.+ 13  Sən isə Məsih İsa ilə vəhdətin doğurduğu iman və məhəbbəti göstərməklə yanaşı, məndən eşitdiyin sağlam sözlər+ nümunəsindən də ayrılma. 14  Daxilimizdə yaşayan müqəddəs ruhun köməyi ilə bu gözəl əmanəti qoruyub saxla.+ 15  Bildiyin kimi, Asiya əyalətində+ hamı, o cümlədən Figel və Hermogen də məndən üz döndərib. 16  Qoy Rəbb Onisiforun ailəsinə+ mərhəmət göstərsin, çünki o, tez-tez məni ruhlandırırdı, həbsdə olduğumdan utanmırdı. 17  Əksinə, Romada olanda məni axtarıb tapmışdı. 18  Qoy Rəbb Yehova həmin gündə ona rəhm etsin. Onun Efesdə necə xidmət etdiyini sən də yaxşı bilirsən.

Haşiyələr