Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salonikililərə 3:1—18

MÜNDƏRİCAT

  • Daima dua edin (1—5)

  • Nizam-intizamı pozmaq barədə xəbərdarlıq (6—15)

  • Salam-dua (16—18)

3  Nəhayət, qardaşlar, bizim üçün daima dua edin+ ki, Yehovanın sözü sürətlə yayılsın+ və sizdə olduğu kimi, hər yerdə hörmətlə qarşılansın.  Həmçinin diləyin ki, O, bizi pis və yaramaz adamların+ əlindən qurtarsın, axı hamı iman sahibi deyil.+  Ancaq Ağa vəfalıdır. O, sizi möhkəmləndirəcək və Şərirdən qoruyacaq.  Bundan əlavə, Ağanın davamçıları olan bizlər əminik ki, göstərişlərimizə əməl edirsiniz və gələcəkdə də belə edəcəksiniz.  Qoy Ağa bundan sonra da ürəyinizi yönəltsin ki, siz Allahı sevəsiniz+ və Məsihin izləri ilə getmək üçün dözümlü olasınız.+  Qardaşlar, sizə Ağamız İsa Məsihin adı ilə əmr edirik ki, nizam-intizamı pozan+ və bizdən aldığınız* göstərişlərə əsasən davranmayan qardaşlardan uzaq gəzəsiniz.+  Siz yaxşı bilirsiniz ki, bizdən necə nümunə götürməlisiniz,+ çünki biz sizinlə olarkən nizam-intizamı pozmamışıq.  Heç kəsin çörəyini havayı yeməmişik.+ Əksinə, gecə-gündüz tər töküb zəhmət çəkmişik ki, heç birinizin boynunda ağır yük olmayaq.+  Elə bilməyin ki, buna haqqımız yoxdur,+ xeyr, biz sizə örnək olmaq istəyirdik.+ 10  Sizin yanınızda olanda belə göstəriş vermişdik: «İşləmək istəməyən yemək də yeməsin».+ 11  Bizə xəbər çatıb ki, aranızda bəziləri nizam-intizamı pozur,+ işləmək istəmir, onlara aid olmayan işlərə qarışır.+ 12  Belələrinə Ağamız İsa Məsihin adı ilə əmr edib tövsiyə edirik ki, başlarını aşağı salıb öz işləri ilə məşğul olsunlar və öz zəhmətləri ilə qazandıqlarını yesinlər.+ 13  Qardaşlar, siz isə düzgün iş görməkdən yorulmayın. 14  Lakin kimsə bu məktubda dediklərimizə itaət etmirsə, onu nəzərdə saxlayın və onunla yoldaşlıq etməyin.+ Qoy o, hərəkətinə görə xəcalət çəksin. 15  Bununla belə, onu düşmən yox, qardaş sayıb öyüd-nəsihət verin.+ 16  Qoy sülh mənbəyi olan Ağa daima sizə hər sahədə sülh versin.+ Qoy Ağa sizinlə olsun. 17  Mən Bulus salamımı öz əlimlə yazıram.+ Bu, bütün məktubumlarımda bir nişanədir. Bu, mənim xəttimdir. 18  Ağamız İsa Məsihin lütfü hamınıza yar olsun!

Haşiyələr

Digər variant: aldıqları.