Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 7:1—22

MÜNDƏRİCAT

  • Yehovanın calalı məbədi doldurur (1—3)

  • Məbədin açılış mərasimi (4—10)

  • Yehova Süleymana görünür (11—22)

7  Süleyman duasını qurtaran kimi+ göydən alov enib+ yandırma qurbanını və digər qurbanları uddu. Yehovanın calalı bütün evi doldurdu.+  Yehovanın evi Yehovanın calalı ilə doldu. Buna görə kahinlər Yehovanın evinə girə bilmədi.+  Xalq göydən alovun endiyini və Yehovanın calalının evin üstündə durduğunu görəndə səkidə üzüstə yerə döşəndi və Yehovaya həmd edib: «O, kəramətlidir, məhəbbəti əbədidir», — dedi.  Süleyman padşah və bütün xalq Yehovanın hüzurunda qurbanlar gətirdi.+  Padşah 22 000 qaramal və 120 000 qoyun qurban gətirdi. Beləliklə, o və bütün xalq Allahın evinin açılışını etdi.+  Kahinlər öz yerlərində durmuşdular. Lavililər də Yehovaya məzmur oxunarkən çalınan alətləri əllərində tutub durmuşdular.+ (Bu alətləri Davud padşah «Onun məhəbbəti əbədidir» şükranını oxumaq üçün düzəltmişdi. O, onlarla* Yehovaya həmd edirdi.) Kahinlər onların qarşısında ucadan kərənay çalırdılar.+ İsraillilər isə bu vaxt ayaq üstə durmuşdular.  Sonra Süleyman Yehovanın evinin qarşısındakı həyətin ortasını pak etdi ki, yandırma qurbanlarını, ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki yandırma qurbanları+, taxıl təqdimələri+ və piy Süleymanın düzəltdiyi mis qurbangaha+ yerləşmirdi.+  Həmin vaxt Süleyman bütün İsraillə, Ləbu-Həməsdən tutmuş Misir vadisinədək+ ölkənin hər yerindən gələn böyük icma ilə yeddi gün bayram keçirdi.+  Səkkizinci gün* təntənəli toplantı keçirdilər.+ Belə ki, yeddi gün qurbangahın açılış mərasimini, yeddi gün də bayram mərasimi keçirmişdilər. 10  Yeddinci ayın iyirmi üçüncü günü Süleyman xalqı evinə yola saldı. Yehovanın Davuda, Süleymana və xalqı İsrailə göstərdiyi kəramətə görə hamı sevinib-şadlanırdı.+ 11  Süleyman Yehovanın evini, padşah sarayını inşa edib qurtardı.+ O həmçinin Yehovanın evi və öz evi ilə bağlı istədiyi bütün işləri yekunlaşdırdı.+ 12  Yehova gecə Süleymana görünüb dedi:+ «Mən sənin duanı eşitdim. Bu evi seçdim ki, burada Mənə qurban gətirsinlər.+ 13  Mən göyləri bağlayıb yerə yağış göndərməyəndə, çəyirtkə sürüsünə ölkəni viran qoymağı buyuranda, xalqımın arasına xəstəlik yollayanda 14  adımı daşıyan xalqım+ qürurunu sındırarsa+, dua edib Məni axtararsa, pis yollarından dönərsə,+ onda Mən göylərdən eşidəcəyəm, onların günahını bağışlayacağam, torpaqlarına şəfa verəcəyəm.+ 15  Bu yerdə edilən dualara nəzər salacağam, onları eşidəcəyəm.+ 16  Bu evi seçib müqəddəs etdim ki, həmişə adımı daşısın.+ Qəlbim, nəzərim həmişə orada olacaq.+ 17  Əgər sən atan Davud kimi, önümdə yerisən, əmrlərimi yerinə yetirsən, qayda-qanunlarıma, hökmlərimə tabe olsan,+ 18  onda “İsrailə rəhbərlik edən həmişə sənin sülalən olacaq”+ deyərək atan Davudla əhd bağladığım kimi,+ taxtını bərqərar edəcəyəm.+ 19  Lakin siz Mənim yolumdan dönsəniz, sizə verdiyim qanunlara, əmrlərə əməl etməsəniz, başqa allahlara qulluq edib səcdə qılsanız,+ 20  İsraili ona verdiyim diyardan yox edəcəyəm,+ adım üçün müqəddəs etdiyim evi rədd edəcəyəm, elə edəcəyəm ki, ona həqarət etsinlər, xalqlar arasında məsxərəyə qoysunlar.+ 21  Bu ev xarabazara dönəcək. Yoldan ötənlər mat-mat baxıb+ deyəcək: “Nəyə görə Yehova bu ölkəni, bu evi bu günə qoyub?”+ 22  Ardınca deyəcəklər: “Çünki onlar ata-babalarını Misirdən çıxaran+ Allahları Yehovanı atıb+ başqa allahlardan yapışdılar, onlara səcdə qılıb qulluq etdilər.+ Buna görə də O, onların başına bu müsibəti gətirdi”».+

Haşiyələr

Ehtimal ki, lavililərlə.
Bayramdan sonrakı gün, yəni on beşinci gün.