Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 4:1—22

MÜNDƏRİCAT

  • Qurbangah, çən və teştlər (1—6)

  • Çıraqdanlar, masalar və həyətlər (7—11a)

  • Məbədin bütün avadanlığı hazırlanır (11b—22)

4  Sonra Süleyman 20 qulac uzunluğunda, 20 qulac enində və 10 qulac hündürlüyündə mis qurbangah düzəltdi.+  O, dairəvi tökmə çən düzəltdi.+ Onun hündürlüyü 5 qulac, çevrəsi ölçü ipi ilə 30 qulac idi. Bir qırağından o biri qırağına qədər məsafə 10 qulac idi.+  Aşağıda, hər qulacda on dənə olmaqla, iki sıra dövrələmə balqabaq naxışları+ var idi. Onlar çənlə bir tökülmüşdü.  Çən 12 buğanın+ üstündə dururdu. Buğalardan üçünün üzü şimala, üçününkü qərbə, üçününkü cənuba, üçününkü şərqə baxırdı. Çən onların üstündə idi. Onların sağrısı mərkəzə doğru idi.  Çənin qalınlığı dörd barmaq* idi, ağzı kasa ağzı kimi düzəldilmişdi və zanbaqvarı idi. Çən 3000 bat* su tuturdu.  Sonra o, 10 teşt düzəldib, beşini sağa, beşini sola qoydu.+ Teştlərdəki su ilə yandırma qurbanları+ üçün işlədilən şeyləri yuyurdular. Çəndəki su ilə isə kahinlər əl-ayağını yuyurdu.+  O, müəyyən edildiyi kimi+ 10 qızıl çıraqdan düzəldib,+ beşini sağ tərəfə, beşini sol tərəfə qoydu.+  Həmçinin 10 masa düzəldib onları məbədə — beşini sağ tərəfə, beşini sol tərəfə qoydu.+ Sonra 100 qızıl kasa düzəltdi.  Kahinlər həyətini,+ böyük həyəti+ və onların qapılarını düzəltdi. Qapıların üstünü mislə örtdü. 10  Çəni sağ tərəfdə, cənub-şərq tərəfdə qoydu.+ 11  Hiram həmçinin kül qabları, kürəklər və ləyənlər düzəltdi.+ Beləcə, o, Allahın evi ilə bağlı Süleyman padşahın tapşırdığı işləri görüb qurtardı. O, bunları düzəltdi:+ 12  2 sütun,+ sütunların üstündə 2 kasavarı başlıq, sütunların üstündəki iki kasavarı başlığı örtmək üçün 2 tor,+ 13  sütunların üstündəki iki kasavarı başlığı örtən torlar üçün, hər tora iki sıra olmaqla, 400 nar,+ 14  10 araba və arabaların üstü üçün 10 teşt,+ 15  çən və onun altı üçün 12 buğa,+ 16  kül qabları, kürəklər, yabalar+ və başqa əşyalar. Hiramabib+ Yehovanın evi üçün bütün bu şeyləri Süleyman padşahın əmri ilə pardaqlanmış misdən düzəltdi. 17  Padşah onları İordan bölgəsində, Suqqutla+ Zərda arasında gil qəliblərə tökdü. 18  Süleyman bütün bu şeylərdən çoxlu sayda düzəltdi. Misin çəkisi hesaba alınmadı.+ 19  Süleyman Allahın evi üçün bütün əşyaları,+ qızıl qurbangah,+ hüzur çörəyi qoyulan masalar,+ 20  qaydaya görə, iç otağın qabağında yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları,+ 21  ən saf qızıldan qönçələr, çıraqlar və maşalar, 22  xalis qızıldan fitil maqqaşları, ləyənlər, camlar, xəkəndazlar, həmçinin qızıldan məbədin girişlərini, Ən müqəddəs yerin içəri qapılarını+ və məbədin qapılarını düzəltdi.+

Haşiyələr

Təx. 7,4 sm. B14 əlavəsinə bax.
Təx. 66 000 l. 1 bat 22 l-ə bərabərdir. B14 əlavəsinə bax.