Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 36:1—23

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Yəhəz (1—3)

  • Yəhuda padşahı Yəhyakim (4—8)

  • Yəhuda padşahı Yəhyakin (9, 10)

  • Yəhuda padşahı Sidqiyyə (11—14)

  • Yerusəlim dağılır (15—21)

  • Kuruş məbədin bərpası haqda fərman verir (22, 23)

36  Sonra ölkə sakinləri Yuşiyyənin oğlu Yəhəzi+ atasının yerinə Yerusəlimdə taxta çıxardı.+  Yəhəz taxta çıxanda iyirmi üç yaşında idi və üç ay Yerusəlimdə hakimiyyət sürdü.  Misir hökmdarı onu Yerusəlimdə taxtdan saldı. Ölkənin üstünə 100 talant* gümüş və bir talant qızıl xərac qoydu.+  Misir hökmdarı Neho+ Yəhəzin yerinə qardaşı Əlyakimi Yəhuda və Yerusəlimin padşahı etdi və adını dəyişib Yəhyakim qoydu. Yəhəzi isə Misirə apardı.+  Yəhyakim+ taxta çıxanda iyirmi beş yaşında idi və on bir il Yerusəlimdə hakimiyyət sürdü. O, Allahı Yehovanın bəyənmədiyi pis işlər gördü.+  Babil padşahı Navuxodonosor+ onun üstünə yürüş etdi ki, onu mis qandalla qandallayıb Babilə aparsın.+  Navuxodonosor Yehovanın məbədindən bəzi əşyaları götürüb Babilə apardı və onları Babildəki sarayına qoydu.+  Yəhyakimin qalan işləri, mənfur əməlləri, üzə çıxan təqsirləri İsrail və Yəhuda padşahlarının kitabında yazılıb. Oğlu Yəhyakin onun yerinə taxta çıxdı.+  Yəhyakin+ taxta çıxanda on səkkiz yaşında idi və üç ay on gün Yerusəlimdə hakimiyyət sürdü. Yəhyakin Yehovanın bəyənmədiyi pis işlər gördü.+ 10  İlin əvvəlində* Navuxodonosor padşah adam göndərib onu Yehovanın məbədindəki qiymətli əşyalarla birgə Babilə gətirtdi.+ Onun əmisi Sidqiyyəni Yəhuda və Yerusəlimin padşahı etdi.+ 11  Sidqiyyə+ taxta çıxanda iyirmi bir yaşında idi və on bir il Yerusəlimdə hakimiyyət sürdü.+ 12  O, Yehovanın bəyənmədiyi pis işlər gördü. Yehovanın əmri ilə danışan Ərəmya peyğəmbərin qarşısında qürurunu sındırmadı.+ 13  Üstəlik, onu Allaha and verdirən Navuxodonosor padşaha qarşı qiyam etdi.+ O, tərsliyindən, inadından əl çəkmədi, İsrailin Allahı Yehovaya dönmədi. 14  Kahinlərin rəhbərlərinin, eləcə də xalqın xəyanəti həddi aşmışdı, onlar xalqların bütün iyrənc əməllərini təkrarlayır, Yehovanın Yerusəlimdə müqəddəs etdiyi məbədi murdarlayırdılar.+ 15  Ata-babalarının Allahı Yehova elçilərini göndərib dönə-dönə onlara xəbərdarlıq etdi, çünki xalqına, məskəninə yazığı gəlirdi. 16  Onlarsa Allahın elçilərini lağa qoyur,+ Onun sözlərinə xor baxır,+ peyğəmbərlərini ələ salırdılar+. Axırda başqa çarə qalmadı, Yehova xalqının üstünə qəzəbini yağdırdı.+ 17  Allah kəldanilərin padşahını onların üstünə göndərdi.+ O, onların cavanlarını müqəddəs məkanda qılıncdan keçirtdi,+ nə oğlana, nə qıza, nə qocaya, nə də xəstəyə rəhm etmədi.+ Allah hər şeyi onun əlinə verdi.+ 18  O, Allahın evindəki balaca, böyük, bütün əşyaları, Yehovanın evindəki xəzinəni, padşahın və əyanlarının xəzinələrini — hər şeyi Babilə apardı.+ 19  Allahın məbədini yandırdı,+ Yerusəlimin divarlarını yerlə yeksan etdi,+ qalalarına od vurdu, şəhərdə dəyərli nə var idisə, hamısını məhv etdi.+ 20  Qılıncdan qurtulanları Babilə əsir apardı,+ onlar Fars şahlarının hakimiyyətinə qədər+ ona və oğullarına qul oldular.+ 21  Bununla da Yehovanın Ərəmya vasitəsilə dediyi söz yerinə yetdi,+ torpaq itirdiyi şənbələrini qaytardı.+ Torpaq viranə qaldığı vaxt ərzində, yetmiş il tamam olanadək+ şənbəni qeyd etdi. 22  Ərəmya vasitəsilə Yehovanın dediyi söz+ həyata keçsin deyə, Fars şahı Kuruşun*+ hakimiyyətinin birinci ilində Yehova Kuruşun ürəyində istək oyatdı. Şah fərman yazıb bütün səltənətində car çəkdirdi:+ 23  «Fars şahı Kuruş belə deyir: “Göylərin Allahı Yehova dünyanın bütün səltənətlərini mənə verib+ və mənə Yəhudada, Yerusəlimdə Ona ev tikməyi buyurub.+ Aranızda Onun xalqına mənsub olan hər kəsə Allahı Yehova yar olsun! Qoy o adam Yerusəlimə getsin”».+

Haşiyələr

Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Ehtimal ki, yazda.
Kir.