Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 34:1—33

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Yuşiyyə (1, 2)

  • Yuşiyyənin islahatları (3—13)

  • Tövratın tapılması (14—21)

  • Hüldanın bəla haqda peyğəmbərliyi (22—28)

  • Yuşiyyə kitabı xalqa oxuyur (29—33)

34  Yuşiyyə+ taxta çıxanda səkkiz yaşında idi və otuz bir il Yerusəlimdə hakimiyyət sürdü.+  O, Yehovanın bəyəndiyi işləri görüb əcdadı Davudun yolu ilə getdi, ondan sağa, sola dönmədi.  Hakimiyyətinin səkkizinci ilində, hələ uşaq ikən o, əcdadı Davudun Allahına ibadət etməyə,+ hakimiyyətinin on ikinci ilində Yəhuda və Yerusəlimi səcdəgahlardan+, Aşera bütlərindən, oyma bütlərdən+, tökmə bütlərdən təmizləməyə+ başladı.  Onun nəzarəti altında Baalların qurbangahlarını dağıtdılar. O, qurbangahların üstündə olan buxurdanları kəsdi. Aşera bütlərini, oyma və tökmə bütləri parça-parça edib toza döndərdi, tozunu onlara qurban gətirənlərin qəbirləri üstünə səpdi.+  Öz qurbangahları üstündə kahinlərin sümüklərini yandırdı.+ Beləcə, Yuşiyyə Yəhuda və Yerusəlimi təmizlədi.  Yuşiyyə həmçinin ta Niftalıya qədər Mənəssə, Əfraim,+ Şəmun qəbilələrinin şəhərlərində və onların ətraf xarabalıqlarında  qurbangahları dağıtdı, Aşera bütlərini, oyma bütləri+ əzib toz etdi, bütün İsrail torpağındakı buxur qurbangahlarını kəsdi.+ Sonra Yuşiyyə Yerusəlimə qayıtdı.  Yuşiyyə hakimiyyətinin on səkkizinci ilində, ölkəni və məbədi təmizləyəndən sonra Əzliyah oğlu Şafanı+, şəhər darğası Məseyyəni, salnaməçi Yahəz oğlu Yuahı Allahı Yehovanın məbədini təmir etməyə göndərdi.+  Onlar baş kahin Xilqiyyənin yanına gəlib Allahın evinə gətirilmiş pulu ona verdilər. Bu pulu qapıçı lavililər Mənəssədən, Əfraimdən və qalan israillilərdən,+ o cümlədən Yəhudadan, Binyamindən və Yerusəlim sakinlərindən yığmışdılar. 10  Pulu Yehovanın məbədində görülən işlərə nəzarət edənlərə verdilər. Yehovanın məbədindəki işçilər də həmin pulla məbədi təmir etməyə başladılar. 11  Sənətkarlara və bənnalara pul verildi ki, yonulmuş daşlar, dayaqlar üçün tirlər alsınlar və Yəhuda padşahlarının xaraba qoyduqları evlərin taxtasını dəyişsinlər.+ 12  Bu adamlar işi sədaqətlə görürdülər.+ Lavililər: merarlılardan+ Yahəs və Əbdiya, kəhatlılardan+ Zəkəriyyə və Məşullam onlara nəzarətçi təyin olunmuşdu. Həmçinin hamısı peşəkar musiqiçi olan lavililər+ 13  fəhlələrin və hər cür iş görən işçilərin nəzarətçisi idi. Lavililərdən bəziləri katib, məmur və darvaza keşikçiləri+ idi. 14  Yehovanın evinə gətirilmiş pulu+ məbəddən çıxaranda kahin Xilqiyyə Yehovanın Musa vasitəsilə+ verdiyi Tövratı* tapdı.+ 15  Xilqiyyə katib Şafana dedi: «Yehovanın məbədində Tövrat kitabını tapmışam». Xilqiyyə bunu deyib kitabı Şafana verdi. 16  Şafan kitabı padşahın hüzuruna gətirib dedi: «Qulların onlara tapşırılan işləri görürlər. 17  Onlar Yehovanın məbədindəki sandığı boşaldıb pulları məsul kişilərə və işi görənlərə veriblər». 18  Ardınca dedi: «Kahin Xilqiyyə mənə bir kitab verdi».+ Şafan kitabı padşahın hüzurunda oxumağa başladı.+ 19  Padşah Tövratda yazılanları eşidəndə yaxasını cırdı.+ 20  Xilqiyyəyə, Şafan oğlu Əxiqəmə+, Mikə oğlu Əbduna, katib Şafana və öz qulluqçusu Əsyaha buyurdu: 21  «Gedin mənim üçün, İsraildə və Yəhudada qalanlar üçün Yehovaya müraciət edin, öyrənin görün tapılmış bu kitabda yazılan sözlər nə deməkdir. Ata-babalarımız bu kitabdakı sözlərə itaət etməyiblər, Yehovanın sözünü yerinə yetirməyiblər, buna görə Yehova üstümüzə böyük qəzəbini yağdıracaq».+ 22  Xilqiyyə, padşahın onunla göndərdiyi adamlarla birgə qadın peyğəmbər+ Hüldanın yanına getdi. O, Xarxas oğlu Tiqvanın oğlunun, paltarlara baxan Səllumun arvadı idi və Yerusəlimin ikinci məhəlləsində yaşayırdı. Onlar orada onunla danışdılar.+ 23  Qadın dedi: «İsrailin Allahı Yehova deyir: “Sizi Mənə müraciət etməyə göndərən adama söyləyin ki, 24  Yehova belə deyir: “Mən bu yerin, onun sakinlərinin başına bəla gətirəcəyəm.+ Yəhuda padşahının hüzurunda oxuduqları kitabda yazılan bütün lənətlər+ onların başına gələcək. 25  Çünki onlar Məni tərk ediblər.+ Başqa allahlar üçün qurbanlar yandırır, əllərinin işi ilə Məni təhqir edirlər.+ Bu yerə qarşı qəzəbimi yağdıracağam, qəzəbim sönməyəcək”.+ 26  Lakin sizi Yehovaya müraciət etməyə göndərən Yəhuda padşahına deyin ki, eşitdiyi sözlərə+ gəlincə, İsrailin Allahı Yehova belə deyir: 27  “Sən ki bu yerlə sakinləri barədə dediyim sözü eşidəndə ürəyin sızladı, özünü önümdə aşağı tutdun, alçaltdın, yaxanı cırıb hüzurumda ağladın, Mən də səni eşitdim.+ Mən Yehova belə bəyan edirəm. 28  Buna görə də səni öz əcdadlarına qovuşduracağam*, sülh içində qəbrə gedəcəksən, bu yerin və sakinlərinin üstünə gətirəcəyim bəlanı gözlərin görməyəcək”».+ Onlar gəlib bu cavabı padşaha bildirdilər. 29  Padşah xəbər göndərib Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırdı.+ 30  Padşah, onunla birgə bütün yəhudalılar, Yerusəlim sakinləri, kahinlər, lavililər, bir sözlə, kiçikdən tutmuş böyüyə qədər hamı Yehovanın məbədinə getdi. O, Yehovanın məbədində tapılan əhd kitabında yazılanları onlar üçün oxudu.+ 31  Padşah öz yerində durub Yehovanın önündə əhd bağladı+ ki, Yehovanın yolu ilə gedəcək, kitabda yazılmış+ əhdin sözlərini yerinə yetirəcək, Onun əmrlərinə, öyüdlərinə, qayda-qanunlarına sidqi-ürəkdən, can-dildən+ tabe olacaq. 32  Həmçinin o, Yerusəlim sakinlərinə, binyaminlilərə bu əhdi qəbul etməyi buyurdu və Yerusəlim sakinləri ata-babalarının Allahının əhdinə uyğun yaşamağa başladı.+ 33  Sonra Yuşiyyə israillilərin torpaqlarından bütün iyrənc şeyləri* yox etdi+ və əmr etdi ki, İsraildə hər kəs Allahı Yehovaya qulluq etsin. Onun dövründə heç kim ata-babalarının Allahı Yehovanın yolundan çıxmadı.

Haşiyələr

İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.
Yaxud bütləri.