Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 33:1—25

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Mənəssə (1—9)

  • Mənəssə tövbə edir (10—17)

  • Mənəssənin ölümü (18—20)

  • Yəhuda padşahı Amun (21—25)

33  Mənəssə+ taxta çıxanda on iki yaşında idi və əlli beş il Yerusəlimdə hakimiyyət sürdü.+  Mənəssə Yehovanın bəyənmədiyi pis işlər gördü, Yehovanın İsrail xalqının önündən qovduğu xalqların iyrənc işlərini təkrar etdi.+  O, atası Hizqiyyənin dağıtdığı səcdəgahları+ bərpa etdi, Baallar üçün qurbangahlar tikdi, Aşera bütləri düzəltdi, səma ordusuna səcdə qılıb qulluq etdi.+  Yehovanın «adım Yerusəlimdə əbədiyyən olacaq»+ dediyi yerdə, Yehovanın məbədində qurbangahlar tikdi.+  O, Yehovanın məbədinin iki həyətində+ bütün səma ordusuna qurbangahlar tikdi.  Oğullarını Bəni-Hinnom vadisində odda yandırdı,+ sehrbazlıq+, rəmmallıq və cadugərlik etdi, cindarlar, baxıcılar təyin etdi.+ Yehovanın bəyənmədiyi mənfur işlər görüb Onu təhqir etdi.  Mənəssə düzəltdiyi oyma bütü məbədə qoydu.+ O məbədə ki onun haqqında Allah Davuda və oğlu Süleymana demişdi: «Bu məbəd və İsrail qəbilələrinin şəhərləri arasından seçdiyim Yerusəlim həmişəlik adımı daşıyacaq.+  Əgər israillilər Musa vasitəsilə verilən qanunlara, qaydalara, hökmlərə, əmr etdiyim hər şeyə dəqiqliklə əməl etsələr, bir də onları əcdadlarına verdiyim ölkədən didərgin salmayacağam».  Mənəssə Yəhudanı və Yerusəlim əhlini yoldan çıxardı, onları Yehovanın israillilərin önündən yox etdiyi xalqlardan da betər işlərə sürüklədi.+ 10  Yehova Mənəssə ilə, onun xalqı ilə dəfələrlə danışdı, onlar isə veclərinə almadılar.+ 11  Onda Yehova Aşşur padşahının sərkərdələrini onların üstünə göndərdi. Aşşurlular Mənəssəni tutdular, onu qarmaqlayıb* mis qandalla qandalladılar və Babilə apardılar. 12  Bəlaya düşəndə o, Allahı Yehovaya yalvarıb rəhm dilədi, ata-babalarının Allahı qarşısında özünü çox alçaltdı. 13  Mənəssə durmadan Allaha yalvarıb-yaxardı. Allah onun yalvarışlarını qəbul etdi, lütf dualarını eşitdi və onu Yerusəlimə, taxtına qaytardı.+ Onda Mənəssə anladı ki, Yehova tək olan Allahdır.+ 14  Bundan sonra o, Davud şəhəri+ üçün vadidəki Gihondan qərbə,+ Balıq darvazasına+ qədər bayır divarı tikdi. Divar çox hündür idi və Balıq darvazasından başlayıb şəhəri əhatə edir, Ofelə+ çatırdı. Mənəssə həmçinin Yəhudanın bütün qala-şəhərlərində sərkərdələr qoydu. 15  O, Yehovanın evindən yad allahları və oyma bütü çıxardı,+ Yehovanın evinin yerləşdiyi dağda və Yerusəlimdə tikdiyi qurbangahları götürdü+ və hamısını şəhərdən kənara atdı. 16  Bundan əlavə, Mənəssə Yehovanın qurbangahını hazırladı+ və onun üstündə ünsiyyət və şükran qurbanları+ gətirməyə başladı. Yəhudaya İsrailin Allahı Yehovaya ibadət etməyi buyurdu. 17  Xalq isə hələ də səcdəgahlarda qurban gətirirdi. Amma bu qurbanları Allahları Yehovaya gətirirdilər. 18  Mənəssənin qalan işləri, Allahına etdiyi dua, onunla İsrailin Allahı Yehovanın adından danışan görücülərin sözləri İsrail padşahlarının tarixi kitabında yazılıb. 19  Həmçinin onun duası+, yalvarışına aldığı cavab, günahları, sədaqətsizliyi,+ tövbə etməzdən qabaq səcdəgahlar tikdiyi yerlərin, oyma bütlər və Aşera bütləri+ qoyduğu yerlərin adı onun görücülərinin yazılarında qeydə alınıb. 20  Mənəssə ata-babalarına qovuşdu, onu evinin yanında dəfn etdilər. Oğlu Amun onun yerinə taxta çıxdı.+ 21  Amun+ taxta çıxanda iyirmi iki yaşında idi və iki il Yerusəlimdə hakimiyyət sürdü.+ 22  Atası Mənəssə kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü.+ Amun atası Mənəssənin düzəltdiyi bütün oyma bütlərə+ qurban gətirib, onlara sitayiş etdi. 23  Amma atası Mənəssədən fərqli olaraq, Yehovanın önündə qürurunu sındırmadı.+ Əksinə, Amun günahlarının üstünə günah gətirdi. 24  Axırda əyanları sui-qəsd qurub+ onu öz evində öldürdülər. 25  Amma xalq Amun padşaha sui-qəsd quranların hamısını öldürdü+ və oğlu Yuşiyyəni onun yerinə taxta çıxardı.+

Haşiyələr

Digər variant: Mənəssəni oyuqda tapıb.