Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 32:1—33

MÜNDƏRİCAT

  • Sinaxerib Yerusəlimi hədələyir (1—8)

  • Sinaxerib Yehovaya meydan oxuyur (9—19)

  • Mələk Aşşur ordusunu məhv edir (20—23)

  • Hizqiyyənin xəstəliyi və qürrələnməsi (24—26)

  • Hizqiyyənin nailiyyətləri və ölümü (27—33)

32  Bütün bunlardan və Hizqiyyənin sədaqətli işlərindən+ sonra Aşşur padşahı Sinaxerib yürüş edib Yəhudaya soxuldu. O, qala-şəhərləri mühasirəyə aldı ki, divarlarını uçurub şəhərləri istila etsin.+  Hizqiyyə Sinaxeribin Yerusəlimə qarşı müharibə etməyə gəldiyini görəndə  əmirləri, igidləri ilə məsləhətləşib qərara gəldi ki, şəhərdən kənardakı bulaqların gözünü tutsun.+ Onlar bu işdə Hizqiyyəyə dəstək oldular.  Xeyli adam yığıldı. Xalq: «Nə üçün Aşşur padşahları gəlib bu qədər su tapsın», — deyib bulaqların, ölkədən axan çayın qabağını kəsdi.  Bundan əlavə, Hizqiyyə cəsarətini toplayıb uçmuş divarı bərpa etdi, üstündə bürclər ucaltdı və bayır tərəfdə ikinci divar da tikdi. Həmçinin Davud şəhərindəki Təpəni*+ bərpa etdi, xeyli silah və qalxan düzəltdi.  Xalqın üzərində sərkərdələr qoydu. Onları şəhər darvazasının yanındakı meydana toplayıb ürəkləndirdi:  «Cəsur olun, möhkəm olun! Aşşur padşahından+, onun böyük qoşunundan qorxub dəhşətə gəlməyin! Bizimlə olanlar onunla olanlardan çoxdur.+  O, insan gücünə arxalanır, bizim isə arxamızda Allahımız Yehova durub. O, bizim döyüşlərimizi aparacaq».+ Xalq Yəhuda padşahı Hizqiyyənin bu sözlərindən ürəkləndi.+  Bundan sonra ordusu ilə birlikdə Lahişdə+ olan Aşşur padşahı Sinaxerib adamlarını Yerusəlimə+, Yəhuda padşahı Hizqiyyənin və yəhudalıların yanına göndərib dedi: 10  «Aşşur padşahı Sinaxerib belə deyir: “Siz kimə güvənirsiniz+ ki, mühasirədə ola-ola Yerusəlimdə belə rahat oturmusunuz? 11  Hizqiyyə “Allahımız Yehova bizi Aşşur padşahının əlindən qurtaracaq” deməklə sizi aldadır.+ O, sizi aclıqdan, susuzluqdan öldürəcək. 12  Bu, həmin o Hizqiyyə deyil, Allahınızın səcdəgahlarını, qurbangahlarını dağıdıb+ Yəhuda və Yerusəlimə: “Yalnız bir qurbangahın qabağında səcdə qılın, onun üstündə qurbanlar yandırın”, — demişdi?+ 13  Məgər mənim, ata-babalarımın xalqlara nə etdiyindən sizin xəbəriniz yoxdur?+ Məgər o xalqların allahları onların torpaqlarını mənim əlimdən qurtara bildi?+ 14  Ata-babalarımın məhv etdiyi xalqların allahlarından hansı biri xalqını mənim əlimdən xilas edə bildi ki, sizin də Allahınız sizi mənim əlimdən qurtarsın?+ 15  Qoymayın ki, Hizqiyyə sizi aldatsın, sizi belə azdırsın!+ Ona inanmayın, çünki heç bir xalqın, heç bir səltənətin allahı xalqını mənim, ata-babalarımın əlindən qurtara bilməyib, o ki qaldı sizin Allahınız!”»+ 16  Sinaxeribin adamları Yehova Allahın və Onun qulu Hizqiyyənin əleyhinə başqa sözlər də dedilər. 17  O, namə yazıb+ İsrailin Allahı Yehovanı təhqir etdi+ və Ona qarşı belə dedi: «Necə ki başqa xalqların allahları öz xalqlarını mənim əlimdən qurtara bilməyib,+ Hizqiyyənin Allahı da öz xalqını mənim əlimdən qurtara bilməyəcək». 18  Onlar ucadan yəhudi dilində danışırdılar ki, şəhər divarının üstündə olan Yerusəlim əhlini qorxudub dəhşətə salsınlar və şəhəri zəbt etsinlər.+ 19  Onlar başqa xalqların əllə düzəldilən allahlarının əleyhinə dedikləri sözləri Yerusəlimin Allahı üçün də dedilər. 20  Amma Hizqiyyə padşah və Amuz oğlu Əşiya peyğəmbər+ bu barədə durmadan dua edir, göylərə əl açıb imdad diləyirdilər.+ 21  Onda Yehova mələk göndərib Aşşur padşahının ordugahındakı bütün döyüşçüləri, sərkərdələri, başçıları məhv etdi.+ Beləliklə, padşah rüsvayçılıq içində ölkəsinə qayıtdı. Bir gün öz allahının məbədində olanda doğma oğulları onu qılıncla öldürdü.+ 22  Beləcə, Yehova Hizqiyyəni və Yerusəlim sakinlərini Aşşur padşahı Sinaxeribin və başqa düşmənlərinin əlindən qurtarıb onlara hər tərəfdən dinclik verdi. 23  Çoxları Yerusəlimə Yehovaya bəxşişlər, Yəhuda padşahı Hizqiyyəyə gözəl sovqatlar gətirdi.+ Bundan sonra Hizqiyyə bütün xalqların gözündə böyük hörmət qazandı. 24  O vaxt Hizqiyyə xəstələnib ölüm yatağına düşdü. O, Yehovaya dua etdi.+ Allah Hizqiyyənin duasını qəbul edib ona əlamət verdi.+ 25  Hizqiyyə isə ona edilən yaxşılığın qarşısında naşükürlük etdi. O qürurlandı, həm özünü, həm də Yəhuda ilə Yerusəlimi Allahın qəzəbinə düçar etdi. 26  Lakin Hizqiyyə qürurunu sındırdı,+ bəli, o və Yerusəlim əhli Allaha boyun əydi. Ona görə də Hizqiyyənin dövründə Yehovanın qəzəbi onların üzərinə gəlmədi.+ 27  Hizqiyyə çoxlu var-dövlət, şöhrət qazandı.+ O, qızıl, gümüş, daş-qaş, balzam, qalxan və qiymətli əşyalar yığmaq üçün anbarlar+ tikdi. 28  Taxıl, təzə şərab, yağ anbarları, eləcə də qoyun-keçi üçün ağıllar, başqa heyvanlar üçün tövlələr tikdi. 29  Özü üçün şəhərlər inşa etdi, çoxlu qoyun-keçi, mal-qara sahibi oldu. Allah ona çoxlu var-dövlət verdi. 30  Hizqiyyə Gihon+ sularının yuxarı mənbəyini bağlayıb+ onları qərbə, Davud şəhərinə+ tərəf yönəltdi. O gördüyü hər işdə uğur qazandı. 31  Amma Babil əyanları ondan ölkədə baş vermiş əlamət+ barədə soruşmaq üçün elçilərini göndərəndə Allah onu tək buraxdı ki, onu sınağa çəksin+ və ürəyindəkiləri üzə çıxarsın.+ 32  Hizqiyyənin qalan işləri, xeyirxah əməlləri+ Amuz oğlu Əşiya peyğəmbərin aldığı vəhydə+, Yəhuda və İsrail padşahlarının kitabında yazılıb.+ 33  Hizqiyyə ata-babalarına qovuşdu, onu Davud oğullarının qəbiristanlığına qalxan yoxuşda dəfn etdilər.+ Bütün Yerusəlim əhli və Yəhuda onu hörmətlə dəfn etdi. Oğlu Mənəssə onun yerinə taxta çıxdı.

Haşiyələr

İbr. Milloh. Ehtimal ki, qalayabənzər tikili.