Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 31:1—21

MÜNDƏRİCAT

  • Hizqiyyə ölkədə bütpərəstliyin kökünü kəsir (1)

  • Kahinlərlə lavililərə maddi təminat verilir (2—21)

31  Bayramdan sonra Yerusəlimə toplaşan israillilər Yəhuda şəhərlərinə getdilər. Yəhuda, Binyamin, Əfraim və Mənəssə+ torpaqlarındakı dik daşları+, Aşera bütlərini parça-parça etdilər,+ səcdəgahları və qurbangahları dağıtdılar,+ hamısını məhv etdilər. Sonra bütün israillilər öz şəhərlərinə, hər kəs öz mülkünə qayıtdı.  Hizqiyyə kahinləri və lavililəri, hər birini öz bölüyündə+ öz xidmətinə qoydu.+ Onlar yandırma və ünsiyyət qurbanları təqdim etməli, xidmət etməli və Yehovanın həyətlərinin darvazalarında Allaha həmd-səna etməli idilər.+  Padşah Yehovanın Qanununda yazılana uyğun olaraq, yandırma qurbanları+ — səhər və axşam təqdimələrinin+, şənbə günlərinin+, təzə ay mərasimlərinin+, bayramların+ yandırma qurbanı üçün öz mülkündən pay ayırdı.  O, kahinlərin və lavililərin Yehovanın qanununu cidd-cəhdlə icra etməsi üçün Yerusəlimdə yaşayan camaata əmr etdi ki, onlara düşən payı+ versinlər.  Bu fərman çıxan kimi israillilər taxılın, təzə şərabın, yağın,+ balın və torpağın bütün məhsulunun nübarından+ çoxlu pay gətirdilər. Onlar hər şeyin onda birindən bol-bol verdilər.+  Yəhuda şəhərlərində yaşayan israillilər və yəhudalılar da mal-qaranın, qoyun-quzunun və Allahları Yehova üçün ayrılmış müqəddəs şeylərin onda birini gətirdilər.+ Beləcə, xalq çoxlu pay gətirdi.  Üçüncü ay+ xalqın gətirdiyi payları bir yerə yığmağa başladılar və yeddinci ay+ qurtardılar.  Hizqiyyə və əyanlar gəlib bunları görəndə Yehovaya alqış oxudular və İsrail xalqına xeyir-dua verdilər.  Hizqiyyə kahinlərdən və lavililərdən xalqın gətirdiyi pay barədə soruşdu. 10  Sadıq evindən olan böyük kahin Əzriya dedi: «Xalq Yehovanın evinə pay+ gətirəndən bəri hər kəs doyunca yeyir, hələ artıq da qalır. Yehova xalqına bərəkət verdiyi üçün bu qədər şey artıq qalır».+ 11  Onda Hizqiyyə əmr etdi ki, Yehovanın evində anbar otaqları*+ hazırlansın. Onun əmrilə anbarlar hazırlandı. 12  Payları, ondabirləri+ və müqəddəs şeyləri vicdanla ora gətirirdilər. Bu işə lavili Kənənya nəzarət edirdi. Onun müavini qardaşı Şimay idi. 13  Hizqiyyə padşahın əmrilə Yəhyil, Əzazi, Nəhat, Asail, Ərimut, Yuzabad, Əliil, İsməhya, Mahat və Bənayi Kənənya ilə qardaşı Şimayın köməkçiləri təyin olunmuşdular. Allahın evinin nəzarətçisi Əzriya idi. 14  Şərq tərəfdə darvaza keşikçisi olan lavili+ İmnah oğlu Qorə Allaha gətirilən könüllü təqdimələrə+ görə cavabdeh idi. O, Yehovaya gətirilən payları+ və son dərəcə müqəddəs şeyləri+ bölüşdürürdü. 15  Ədən, Minyamin, Yeşu, Şəmay, Əmariyyə və Səkənya onun başçılığı altında idi. Onlara kahinlər şəhərində+ bölüklərdəki qardaşlarına+, böyüklü-kiçikli hamısına eyni bərabərdə pay ayırmaq həvalə olunmuşdu. 16  Bu pay adı nəsil şəcərəsində qeydə alınan və hər gün Yehovanın evində xidmət etməyə gələn və bölüklərinə görə üzərlərinə düşən işi icra edənlərə verilən paydan əlavə pay idi. (Nəsil şəcərəsində üç yaşında və ondan yuxarı yaşda olanların adı qeydə alınmışdı.) 17  Nəsil şəcərəsində nəsillərinə görə+ kahinlərin və bölüklərindəki+ vəzifələrinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan lavililərin adı qeydə alınmışdı.+ 18  Nəsil şəcərəsində bütün Lavi icmasının — lavililərin, arvadlarının, uşaqlarının, oğullarının, qızlarının adı var idi. Çünki onlara həvalə olunmuş müqəddəs iş üçün özlərini pak saxlayırdılar. 19  Nəsil şəcərəsinə həmçinin şəhər ətrafındakı örüşlərdə+ yaşayan Harun övladları, kahinlər də daxil idi. Kahin nəslindəki bütün kişilərə və lavililərin nəsil şəcərəsinə daxil olan hər kəsə pay vermək üçün bütün şəhərlərdə kişilər təyin olunmuşdu. 20  Hizqiyyə bütün Yəhuda şəhərlərində belə etdi. O, bundan sonra da Allahı Yehovanın önündə saleh və haqq işlər gördü, Ona sadiq qaldı. 21  O, Allahı Yehovaya ibadətdə hər işi — Allahın evindəki xidmətlə+, Qanunla, əmrlə bağlı hər bir işi canla-başla gördü və uğur qazandı.

Haşiyələr

Yaxud yemək otaqları.