Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 3:1—17

MÜNDƏRİCAT

  • Süleyman məbədin tikintisinə başlayır (1—7)

  • Ən müqəddəs yer (8—14)

  • İki mis sütun (15—17)

 3  Süleyman Yerusəlimdə, Yehovanın Davuda göründüyü Muriyyə dağında+ Yehova üçün məbəd tikməyə başladı.+ Atası Davud burada, yəbusi Ornanın xırmanında yer hazırlamışdı.+  O, hakimiyyətinin dördüncü ilində, ikinci ayın ikinci günü tikinti işinə başladı.  Süleyman qədim ölçü vahidilə 60 qulac* uzunluğunda, 20 qulac enində+ Allahın evinin təməlini qoydu.  Evin qarşısındakı eyvanın uzunluğu evin eninə müvafiq olaraq, 20 qulac, hündürlüyü 120* idi. Onun içini xalis qızılla örtdü.+  Əsas otağı ardıc ağacı ilə örtüb üstünə xalis qızıl çəkdi,+ üzərini xurma ağacı+ və zəncir təsvirləri ilə bəzədi.+  Sonra məbədi gözəl, qiymətli daşlarla bəzədi.+ İşlətdiyi qızıl+ Pərvayimdən gətirilmişdi.  O, məbədi, tirləri, kandarı, divarları və qapıları qızılla örtdü,+ divarların üstündə kərrub təsvirləri oydu.+  O, Ən müqəddəs yeri düzəltdi.+ Onun uzunluğu evin eninə müvafiq olaraq, 20 qulac, eni 20 qulac idi. Oranı 600 talant* xalis qızılla örtdü.+  Mıxlar üçün ayrılmış qızılın çəkisi 50 şekel* idi. Üst otaqları da qızılla örtdü. 10  Sonra o, Ən müqəddəs yerdə iki kərrub düzəltdi və üstlərini qızılla örtdü.+ 11  Kərrubların qanadlarının+ ümumi uzunluğu 20 qulac idi. Birinci kərrubun bir qanadı 5 qulac idi və divara dəyirdi. O biri qanadı da 5 qulac idi və o biri kərrubun qanadına dəyirdi. 12  İkinci kərrubun bir qanadı 5 qulac idi və o biri divara dəyirdi. O biri qanadı da 5 qulac idi və birinci kərrubun qanadına dəyirdi. 13  Kərrubların qanadları 20 qulac uzunluğunda açılmışdı. Onlar ayaq üstə idi və üzləri Müqəddəs yerə baxırdı. 14  O həmçinin tünd-qırmızı və göy iplikdən, bənövşəyi yundan, zərif parçadan pərdə+ tikdi və üzərində kərrub təsvirləri işlədi.+ 15  Daha sonra məbədin qabağında iki sütun düzəltdi.+ Sütunların hündürlüyü 35 qulac, üstlərindəki sütun başlıqlarının hər biri 5 qulac idi.+ 16  O, boyunbağıya bənzər zəncirlər düzəldib sütun başlıqlarına qoydu, həmçinin 100 nar düzəldib zəncirlərə bərkitdi. 17  Sütunları məbədin qarşısına, birini sağ tərəfə, o birini sol tərəfə qoydu. Sağdakına Yakin*, soldakına Buəz* adını verdi.

Haşiyələr

Standart qulac 44,5 sm-dir. Lakin bəzilərinin fikrincə, qədim ölçü vahidi deyilərkən, uzunluğu 51,8 sm olan uzun qulac nəzərdə tutulur. B14 əlavəsinə bax.
Ölçü vahidi məlum deyil.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Mənası: qoy O (Yehova) möhkəmləndirsin.
Təxmini mənası: qüdrətlə.