Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 29:1—36

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Hizqiyyə (1, 2)

  • Hizqiyyənin islahatları (3—11)

  • Məbəd təmizlənir (12—19)

  • Məbəd xidməti bərpa edilir (20—36)

29  Hizqiyyə+ taxta çıxanda iyirmi beş yaşında idi və iyirmi doqquz il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Zəkəriyyənin qızı Əbiyya idi.+  O, əcdadı Davud kimi, Yehovanın bəyəndiyi işləri görürdü.+  Hizqiyyə hakimiyyətinin birinci ilinin birinci ayında Yehovanın evinin qapılarını açdı və onları təmir etdi.+  Sonra kahinləri və lavililəri çağırıb şərqdəki meydançaya topladı.  Hizqiyyə onlara dedi: «Qulaq asın, lavililər. İndi özünüz də paklanın,+ ata-babalarınızın Allahı Yehovanın da evini paklayın. Müqəddəs məkandan murdar şeyləri çıxarın.+  Atalarımız xəyanət etdilər, Allahımız Yehovanın bəyənmədiyi pis işlər gördülər.+ Onlar Allahı tərk etdilər, Yehovanın çadırına arxa çevirdilər, Allahdan üz döndərdilər.+  Onlar eyvanın qapılarını bağladılar,+ çıraqları söndürdülər+. Müqəddəs yerdə İsrailin Allahı üçün buxur yandırmadılar,+ yandırma qurbanı gətirmədilər+.  Ona görə də Yehovanın Yəhuda və Yerusəlimə qəzəbi tutdu.+ Onları dəhşət rəmzinə çevirdi, xalqlar onların başına gələnləri görüb mat qaldı, onları məsxərəyə qoydu. Özünüz də bunun şahidisiniz.+  Buna görə ata-babalarımız qılıncdan keçirildi,+ arvadlarımız, oğul-qızlarımız əsir aparıldı.+ 10  İndi İsrailin Allahı Yehova ilə əhd kəsmək+ istəyirəm ki, Onun bizə kükrəyən qəzəbi yatsın. 11  Övladlarım, indi boş durmaq vaxtı deyil. Yehova sizi seçib ki, Onun hüzurunda durub Ona xidmət edəsiniz,+ qurban tüstüsü təqdim edəsiniz».+ 12  Onda lavililərdən olan bu adamlar işə başladılar: kəhatlılardan+ Əməsay oğlu Mahat və Əzriya oğlu Yuil, merarlılardan+ Əbdə oğlu Kiş və Yəhalil oğlu Əzriya, hirsənlilərdən+ Zimmah oğlu Yuah və Yuah oğlu Ədən, 13  Əlsəfan övladlarından Şimri və Yəil, Asəf övladlarından+ Zəkəriyyə və Mətənyah, 14  Himan övladlarından+ Yəhyil və Şimay, Yaditun övladlarından+ Şəmay və Üzziil. 15  Onlar qardaşlarını bir yerə topladılar, paklandılar və Yehovanın sözünə əsasən padşahın əmr etdiyi kimi, Yehovanın evini təmizləməyə getdilər.+ 16  Kahinlər Yehovanın evini təmizləmək üçün içəri girdilər, Yehovanın məbədindəki bütün murdar şeyləri çıxarıb Yehovanın evinin həyətinə+ qoydular. Sonra lavililər onları Qidron vadisinə+ daşıdılar. 17  Beləliklə, birinci ayın birinci günü məbədi təmizləməyə başladılar, ayın səkkizinci günü Yehovanın məbədinin eyvanına+ çatdılar. Səkkiz gün Yehovanın evini təmizlədilər və birinci ayın on altıncı günü işi qurtardılar. 18  Bundan sonra Hizqiyyə padşahın hüzuruna gəlib dedilər: «Yehovanın evini təmizləyib qurtardıq. Yandırma qurbanları üçün olan qurbangahı+ və onun bütün əşyalarını+, hüzur çörəyi qoyulan masanı+ və onun bütün əşyalarını təmizlədik. 19  Həmçinin hakimiyyət sürdüyü vaxt Əhəz padşahın xəyanətkarcasına+ qırağa tulladığı əşyaları hazır edib pakladıq.+ Onlar Yehovanın qurbangahı qarşısındadırlar». 20  Hizqiyyə səhər tezdən qalxıb şəhərin böyük adamlarını topladı və Yehovanın evinə getdi. 21  Onlar səltənət üçün, müqəddəs məskən üçün və Yəhuda üçün günah qurbanı olaraq 7 buğa, 7 qoç, 7 toğlu və 7 təkə gətirdilər.+ Padşah Harun övladları olan kahinlərə bu heyvanları Yehovanın qurbangahında təqdim etməyi buyurdu. 22  Buğaları kəsdilər.+ Kahinlər qandan götürüb qurbangahın üstünə çilədi.+ Sonra qoçları kəsib qanını qurbangahın üstünə çilədilər. Ardınca toğluları kəsib qanını qurbangahın üstünə çilədilər. 23  Axırda günah qurbanı olan təkələri padşahın və icmanın qarşısına gətirdilər və əllərini təkələrin başına qoydular. 24  Kahinlər onları kəsdilər və onların qanını qurbangahın üstündə günah qurbanı kimi təqdim etdilər, bütün İsrail üçün kəffarə gətirdilər. Çünki padşah əmr etmişdi ki, bütün İsrail üçün yandırma qurbanı və günah qurbanı təqdim olunsun. 25  Padşah bu vaxt ərzində Davudun+, görücü Cadın+ və Natan+ peyğəmbərin əmr etdiyi kimi, lavililəri əllərində sinc, telli alətlər və çəng Yehovanın evində qoymuşdu.+ Bu əmri Yehova peyğəmbərləri vasitəsilə vermişdi. 26  Beləcə, lavililər əllərində Davudun alətləri, kahinlər əllərində kərənay orada durmuşdu.+ 27  Hizqiyyə əmr etdi ki, qurbangahda yandırma qurbanları təqdim etsinlər.+ Yandırma qurbanlarını təqdim etməyə başlayanda Yehovaya məzmur oxumağa və İsrail padşahı Davudun alətlərinin sədası altında kərənay çalmağa başladılar. 28  Məzmur oxunan və kərənay çalınan vaxt bütün icma təzim edirdi. Bu, yandırma qurbanları təqdim olunub qurtaranadək davam etdi. 29  Yandırma qurbanını təqdim edib qurtaran kimi padşah və onun yanında olanlar baş əyib səcdə qıldılar. 30  Hizqiyyə padşah və başçılar lavililərə Davudun və görücü Asəfin məzmurları+ ilə Yehovanı mədh etməyi buyurdular. Lavililər sevinclə Allahı mədh etdilər, baş əyib səcdə qıldılar. 31  Sonra Hizqiyyə dedi: «İndi ki Yehovaya xidmət etmək üçün paklanmısınız, gəlin Yehovanın evində qurbanlar və şükran qurbanları təqdim edin». İcma qurbanlar və şükran qurbanları gətirməyə başladı. Həmçinin ürəyi istəyən hər kəs yandırma qurbanları da gətirdi.+ 32  İcma yandırma qurbanı olaraq 70 qaramal, 100 qoç, 200 erkək toğlu (bunlar Yehovaya təqdim olunan yandırma qurbanları idi),+ 33  müqəddəs təqdimələr olaraq 600 qaramal, 3000 qoyun gətirdi. 34  Amma yandırma qurbanları kimi gətirilən heyvanları soymaq üçün kifayət qədər kahin yox idi. İş qurtarana və kahinlər paklanana qədər+ qardaşları lavililər onlara kömək etdilər.+ Çünki lavililər paklanmaq məsələsinə kahinlərdən ciddi yanaşırdılar. 35  Həm də yandırma qurbanları+, ünsiyyət qurbanlarının piyi+, yandırma qurbanı ilə gətirilən şərab təqdimələri+ çox idi. Beləcə, Yehovanın evində xidmət yenidən icra olunmağa başladı. 36  Hizqiyyə və bütün xalq Allahın xalq üçün etdiyi işlərə görə sevindi.+ Çünki bütün bunlar çox tez bir zamanda baş verdi.

Haşiyələr