Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 27:1—9

MÜNDƏRİCAT

  •  Yəhuda padşahı Yutəm (1—9)

27  Yutəm+ taxta çıxanda iyirmi beş yaşında idi və on altı il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Sadığın qızı Yərusə idi.+  O, atası Üziyyə kimi, Yehovanın bəyəndiyi işləri görürdü.+ Ancaq o, Yehovanın məbədinə girmədi.+ Xalq isə hələ də mənfur işlər görürdü.  O, Yehovanın evinin yuxarı darvazasını+ tikdi, Ofel+ divarının üzərində çoxlu tikinti işləri gördü.  Yəhuda dağlıq bölgəsində də şəhərlər saldı,+ meşəlik yerlərdə istehkamlar+, qalalar tikdi.+  Yutəm əmunilərin padşahı ilə müharibə etdi+ və əmunilərə üstün gəldi. Əmunilər ona həmin il 100 talant* gümüş, 10 000 kor* buğda və 10 000 kor arpa xərac verdilər. Əmunilər ona ikinci və üçüncü il də bu miqdarda xərac verdilər.+  Yutəm get-gedə daha da güclənirdi, çünki o, Allahı Yehovanın önündə düzgün əməl sahibi idi.  Yutəmin qalan işləri, etdiyi müharibələr və onun əməlləri İsrail və Yəhuda padşahlarının kitabında yazılıb.+  O, iyirmi beş yaşında taxta çıxdı və on altı il Yerusəlimdə hakimiyyət sürdü.+  Yutəm ata-babalarına qovuşdu, onu Davud şəhərində+ dəfn etdilər. Oğlu Əhəz onun yerinə taxta çıxdı.+

Haşiyələr

Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.