Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 22:1—12

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Əhəzya (1—9)

  • Ətəlya taxt-tacı ələ keçirir (10—12)

22  Yerusəlim əhli Yəhuramın yerinə onun kiçik oğlu Əhəzyanı taxta çıxardı. Çünki basqınçılar ərəblərlə birgə gəlib onun böyük qardaşlarını öldürmüşdülər.+ Beləcə, Yəhuram oğlu Əhəzya Yəhudada hakimiyyət sürməyə başladı.+  O taxta çıxanda iyirmi iki yaşında idi və bir il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Omrinin+ nəvəsi Ətəlya+ idi.  Əhəzya da Əhəb evinin yolu ilə getdi,+ çünki anası onu pis yola yönəldirdi.  O, Əhəb evi kimi, Yehovanın bəyənmədiyi pis işlər görürdü, çünki atasının ölümündən sonra Əhəb evinin sözü ilə oturub-dururdu. Bu, onun məhvinə gətirib çıxardı.  Əhəzya onların sözü ilə İsrail padşahı Əhəb oğlu Yəhuramla birlikdə Aram padşahı Həzaillə+ vuruşmaq üçün Ramut-Gilada+ getdi. Orada oxatanlar Yəhuramı yaraladı.  O, Ramada Aram padşahı Həzaillə döyüşdə aldığı yaralardan sağalmaq üçün Yizrailə+ qayıtdı.+ Yəhuda padşahı Yəhuram+ oğlu Əhəzya* Əhəb oğlu Yəhuramı+ görmək üçün Yizrailə getdi, çünki o yaralanmışdı*.+  Əhəzyanın Yəhurama baş çəkməsi onun məhvinə səbəb oldu. Bu iş Allahdan idi. Əhəzya orada olanda Yəhuramla birgə Nimşinin nəvəsi Yəhunun+ qarşısına çıxdı. Yehova Yəhunu Əhəb evini yox etmək üçün+ məsh etmişdi.  Yəhu Əhəb nəslinə kəsilən hökmü icra etməyə başladı. O, Yəhuda əmirlərini və Əhəzyaya xidmət edən qardaşları oğullarını görüb onları öldürdü.+  Sonra Əhəzyanı axtardı. Onu Səməriyyədə gizləndiyi yerdə tapdılar və Yəhunun yanına gətirib öldürdülər. «O, Yehovaya sidqi-ürəkdən ibadət etmiş Yəhuşafatın nəvəsidir»+ deyib onu dəfn etdilər.+ Bununla da Əhəzyanın evində padşahlıq etməyə qabil bir kimsə qalmadı. 10  Əhəzyanın anası Ətəlya+ oğlunun öldüyünü görəndə qalxıb bütün Yəhuda evinin şah nəslini qırdı.+ 11  Ancaq Yəhuram+ padşahın qızı Yəhusəbat ölüm hökmü verilmiş şahzadələrin içindən Əhəzyanın oğlu Yuəsi+ xəlvətcə qaçırtdı və onu dayəsi ilə birgə içəridəki yataq otağına apardı. Padşahın qızı Yəhusəbat (o, kahin Yəhyadayın+ arvadı, Əhəzyanın bacısı idi) Yuəsi Ətəlyadan gizlədə bildi. Ətəlya onu öldürmədi.+ 12  Yuəs altı il onların yanında Allahın məbədində gizləndi. Bütün bu vaxt ərzində Ətəlya ölkədə hökmranlıq edirdi.

Haşiyələr

Bəzi ibrani əlyazmalarında Əzriya.
Yaxud xəstə idi.