Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 17:1—19

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Yəhuşafat (1—6)

  • Yəhuşafat əmirləri təlim verməyə göndərir (7—9)

  • Yəhuşafatın hərbi qüvvəsi (10—19)

17  Asanın yerinə oğlu Yəhuşafat taxta çıxdı.+ O, İsraildə taxtını möhkəmləndirdi.  Yəhudanın bütün qala-şəhərlərinə qoşun yerləşdirdi. Yəhuda məmləkətinə və atası Asanın işğal etdiyi Əfraim şəhərlərinə+ keşikçi dəstələri qoydu.  Yehova Yəhuşafata yar olurdu. Çünki o, özündən qabaq yaşayan ulu babası Davudun yolları ilə gedir,+ Baallara səcdə etmirdi.  Atasının Allahına ibadət edir,+ Onun əmrlərinə tabe olurdu, İsrail padşahlarının yolu ilə getmirdi.+  Yehova da hakimiyyəti onun əlində möhkəmləndirdi.+ Bütün Yəhuda Yəhuşafata bəxşiş verirdi. Onun zəngin sərvəti, böyük şöhrəti var idi.+  Yəhuşafat Yehovanın yolunda cəsarətləndi. O, hətta Yəhuda torpağını səcdəgahlardan, Aşera bütlərindən təmizlədi.+  Yəhuşafat hakimiyyətinin üçüncü ilində Yəhuda şəhərlərində xalqa təlim vermək üçün əmirləri — Bənaili, Əbdiyanı, Zəkəriyyəni, Nəsnaili və Mikayı çağırdı.  Lavililərdən Şəmay, Nəsəniyyə, Zəbədya, Asail, Şamirmut, Yəhunatan, Əduniyyə, Tubyah, Tubaduniyyə, kahinlərdən+ Əlşama və Yəhuram da onlarla idi.  Onlar özləri ilə Yehovanın verdiyi Qanun kitabını+ götürüb Yəhudada təlim verməyə başladılar. Bütün Yəhuda şəhərlərini gəzib xalqa təlim verirdilər. 10  Yəhuda ilə qonşu olan bütün məmləkətləri Yehovanın xofu basmışdı. Onlar Yəhuşafatla müharibə etmirdilər. 11  Filiştlilər Yəhuşafata bəxşişlər və xərac verirdilər. Ərəblər ona öz sürülərindən 7700 qoç, 7700 keçi gətirirdilər. 12  Yəhuşafat getdikcə güclənirdi.+ O, Yəhudada qalalar+ və anbar şəhərlər+ tikirdi. 13  O, Yəhuda şəhərlərində böyük işlər gördü. Yerusəlimdə onun əsgərləri və igid döyüşçüləri var idi. 14  Nəsillərinə görə onların siyahısı budur: Yəhudadan olan minbaşılar, başçı Adnah, onunla 300 000 igid döyüşçü.+ 15  Onun başçılığı altında başçı Yəhukənan, onunla birlikdə 280 000 döyüşçü. 16  Həmçinin Adnahın başçılığı altında Yehovaya can-dildən xidmət edən Zəkri oğlu Amasya, onunla 200 000 igid döyüşçü. 17  Binyamindən+ igid döyüşçü Əlyada, onunla birgə ox-kaman və qalxanla silahlanmış 200 000 nəfər.+ 18  Onun başçılığı altında Yəhuzabad, onunla birlikdə döyüşə hazır 180 000 nəfər. 19  Bunlar padşahın bütün Yəhudadakı qala-şəhərlərə+ qoyduğu döyüşçülərdən əlavə ona xidmət edən döyüşçülər idi.

Haşiyələr