Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 16:1—14

MÜNDƏRİCAT

  • Asa Aramla saziş bağlayır (1—6)

  • Hənani Asanı məzəmmət edir (7—10)

  • Asanın ölümü (11—14)

16  Asanın hakimiyyətinin otuz altıncı ilində İsrail padşahı Başa+ Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gedib-gələnlərin qarşısını almaq üçün Ramanı+ möhkəmləndirməyə başladı.+  Onda Asa Yehovanın evindəki və padşahın sarayındakı xəzinədən qızıl-gümüş götürüb+ Dəməşqdə yaşayan Aram padşahı Bənhədada+ göndərdi və dedi:  «Mənimlə sənin, mənim atamla sənin atan arasında saziş var. Mən sənə qızıl və gümüş göndərirəm. Gəl, İsrailin padşahı Başa ilə bağladığın sazişi poz. Qoy o, torpaqlarımdan çəkilsin».  Bənhədad Asa padşahın sözünü qəbul etdi və sərkərdələrini İsrail şəhərlərinin üstünə göndərdi. Onlar İyunu+, Danı+, Abil-Maimi və Niftalı şəhərlərindəki bütün anbarları darmadağın etdilər.+  Başa bunları eşidən kimi Ramadakı tikintini dayandırdı.  Asa padşah bütün Yəhudanı səfərbər etdi. Onlar Başanın tikintidə istifadə etdiyi daşları,+ tirləri Ramadan+ daşıdılar. Asa padşah onlarla Gibanı+ və Mispahı+ möhkəmləndirdi.  Həmin vaxt görücü Hənani+ Yəhuda padşahı Asanın yanına gəlib dedi: «Sən Allahın Yehovaya yox, Aram padşahına arxalandığın üçün Aram padşahının ordusu sənin əlindən qurtuldu.+  Məgər həbəşlərin, liviyalıların qoşunları az idi? Onların o qədər cəng arabaları, süvariləri var idi. Amma Yehova Ona arxalandığın üçün onları sənə təslim etdi.+  Yehova bütün yer üzünü nəzərdən keçirir ki,+ sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin.+ Sən isə axmaqlıq etdin, bundan sonra həmişə müharibə içində olacaqsan».+ 10  Bu sözlər Asaya toxundu. O, bərk qəzəbləndi və görücünü zindana saldı. O vaxt Asa başqalarına da zülm etməyə başladı. 11  Asanın ilk işlərindən son işlərinə qədər hamısı Yəhuda və İsrail padşahlarının kitabında yazılıb.+ 12  Hakimiyyətinin otuz doqquzuncu ilində Asanın ayaqları xəstəliyə tutuldu. Get-gedə xəstəliyi şiddətləndi. Hətta xəstə halında da o, Yehovaya yox, təbiblərə üz tutdu. 13  Asa hakimiyyətinin qırx birinci ilində ölüb ata-babalarına qovuşdu.+ 14  Onu Davud şəhərində+ özü üçün düzəltdiyi möhtəşəm qəbirdə dəfn etdilər. Onu balzamla, müxtəlif yağlardan xüsusi hazırlanmış ətirlə dolu yatağa qoydular.+ Həmçinin onun şərəfinə misli görünməmiş miqdarda buxur yandırdılar.

Haşiyələr