Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 15:1—19

MÜNDƏRİCAT

  • Asanın islahatları (1—19)

15  Odid oğlu Əzriyanın üzərinə Allahın ruhu endi.  O, Asanın qarşısına çıxıb dedi: «Ey Asa, yəhudalılar və binyaminlilər, məni dinləyin! Nə qədər ki siz Yehova iləsiniz, O da sizinlədir.+ Onu axtarsanız, tapacaqsınız,+ yox əgər Onu tərk etsəniz, O da sizi tərk edəcək.+  İsrail uzun müddət Allahdan, kahin nəsihətindən, qanundan uzaq olub.+  Ancaq onlar dar gündə İsrailin Allahı Yehovaya üz tutub Onu axtaranda O, Özünü onlara aşkar etmişdi.+  O vaxtlar yola çıxmaq qorxulu idi, çünki ölkədə hərc-mərclik hökm sürürdü.  Bir qövm o biri qövmü, bir şəhər o biri şəhəri məhv edirdi, çünki Allah onların başına cürbəcür bəla gətirib,+ onları çaşqınlığa salmışdı.  Ancaq siz möhkəm olun, ruhdan düşməyin.+ Zəhmətinizə görə mükafat alacaqsınız».  Asa Əzriyanın sözlərini və Odid peyğəmbərin söylədiyi peyğəmbərliyi eşidəndə cəsarətləndi, bütün Yəhuda və Binyamin torpağından, Əfraim dağlıq bölgəsində ələ keçirdiyi şəhərlərdən iyrənc bütləri yox etdi.+ O, Yehovanın məbədinin qarşısındakı eyvanın önündə yerləşən Yehovanın qurbangahını bərpa etdi.+  Bütün Yəhuda və Binyamin sakinlərini, Əfraim, Mənəssə, Şəmun torpağından gələn yadelliləri topladı.+ Yehovanın Asa ilə olduğunu görən çoxlu sayda adam İsraildən onun yanına gəlmişdi. 10  Beləliklə, onlar Asanın hakimiyyətinin on beşinci ilinin üçüncü ayında Yerusəlimə toplaşdılar. 11  Həmin gün gətirdikləri qənimətdən Yehovaya 700 qaramal, 7000 qoyun qurban verdilər. 12  Həmçinin əhd etdilər ki, ata-babalarının Allahı Yehovaya bütün qəlbləri, bütün varlıqları ilə ibadət edəcəklər,+ 13  kim İsrailin Allahı Yehovaya ibadət etməsə, böyük, kiçik, qadın, kişi, fərqi yoxdur, hər kəs öldürüləcək.+ 14  Beləliklə, onlar kərənay, şeypur sədaları altında sevinc harayları ilə, uca səslə Yehovaya and içdilər. 15  Bütün Yəhuda bu anda görə sevinirdi. Çünki onlar ürəkdən and içmişdilər, Ona can-dildən üz tutmuşdular, O da Özünü onlara aşkar etmişdi.+ Yehova bundan sonra da onlara hər tərəfdən dinclik verirdi.+ 16  Asa padşah nənəsi Məkahı+ məlikəlikdən məhrum etdi, çünki o, Aşeraya ibadət üçün iyrənc büt düzəltmişdi.+ Asa onun iyrənc bütünü kəsib parça-parça etdi və Qidron vadisində yandırdı.+ 17  Səcdəgahlar isə İsraildən yox edilmədi.+ Bununla belə, Asanın ürəyi ömrü boyu bütünlüklə Allaha bağlı qaldı.+ 18  O, özünün və atasının Allah üçün ayırdığı şeyləri — qızılı, gümüşü, cürbəcür əşyaları Allahın evinə gətirdi.+ 19  Asanın hakimiyyətinin otuz beşinci ilinədək müharibə olmadı.+

Haşiyələr