Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 14:1—15

MÜNDƏRİCAT

  • Əbiyyanın ölümü (1)

  • Yəhuda padşahı Asa (2—8)

  • Asa bir milyonluq həbəş ordusunu məğlub edir (9—15)

14  Əbiyya ata-babalarına qovuşdu, onu Davud şəhərində+ dəfn etdilər. Onun yerinə oğlu Asa taxta çıxdı. Asanın hakimiyyəti dövründə on il ölkədə əmin-amanlıq oldu.  Asa Allahı Yehovanın gözündə yaxşı, məqbul işlər görürdü.  O, yad allahların qurbangahlarını+, səcdəgahları ölkədən yox etdi, dik daşları* parça-parça etdi,+ Aşera bütlərini* kəsdi.+  Yəhudalılara ata-babalarının Allahı Yehovaya ibadət etməyi, Onun Qanununa, əmrlərinə əməl etməyi buyurdu.  O, Yəhudanın bütün şəhərlərindən səcdəgahları, buxur qurbangahlarını yox etdi.+ Onun hakimiyyəti zamanı səltənətdə əmin-amanlıq hökm sürürdü.  Asa Yəhudada qala-şəhərlər tikdi,+ çünki o illərdə ölkədə əmin-amanlıq idi. Yehova ona dinclik verdiyi üçün heç kim onunla müharibə etmirdi.+  Asa yəhudalılara dedi: «Gəlin bu şəhərləri inşa edək, ətrafına divar çəkək, bürclər+ tikək, cəftəli darvazalar qoyaq. Hazırda ölkə bizimdir, çünki biz Allahımız Yehovaya ibadət edirik. Biz Ona ibadət etdiyimiz üçün O, hər tərəfdən bizə dinclik verib». Beləcə, onlar uğurla şəhərləri inşa etdilər.+  Asanın ordusunda yəhudalılardan böyük qalxan və nizə ilə silahlanmış 300 000 döyüşçü, binyaminlilərdən kiçik qalxan və ox-kamanla silahlanmış 280 000 igid döyüşçü var idi.+  Sonralar həbəş Zarah 1 000 000 nəfərlik ordu və 300 cəng arabası ilə onlara qarşı yürüş etdi.+ O, Məraşa+ çatanda 10  Asa onun qarşısına çıxdı və qoşununu Məraşda yerləşən Zefat vadisində düzdü. 11  Asa Allahı Yehovanı çağırıb+ dedi: «Yehova, Sənin üçün fərq etməz, Sən güclünün də, gücsüzün də dadına çatırsan.+ Yetiş dadımıza, ey Allahımız Yehova! Biz Sənə arxalanırıq+, bu izdihamın qabağına Sənin adınla çıxmışıq.+ Yehova, Sənsən bizim Allahımız! Qoyma fani insan Sənə üstün gəlsin».+ 12  Yehova həbəşləri Asanın və yəhudalıların önündə məğlub etdi. Həbəşlər döyüş meydanından qaçdılar.+ 13  Asanın ordusu Qəraradək+ onları təqib etdi. Həbəşlərin hamısı qırıldı, bir nəfər də sağ qalmadı. Yehovanın köməyilə Asanın ordusu həbəşləri qırıb-çatdı. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər. 14  Həmçinin onlar Qərar ətrafındakı bütün şəhərləri darmadağın etdilər. Çünki oranın camaatını Yehovanın vəhmi basmışdı. Yəhudalılar bu şəhərləri talan etdilər. Orada çoxlu qənimət var idi. 15  Onlar çobanların çadırlarına da hücum etdilər və çoxlu sayda qoyun-quzu, dəvə ələ keçirdilər. Sonra Yerusəlimə qayıtdılar.

Haşiyələr

Bu daşlar bütpərəstlikdə sitayiş məqsədilə istifadə olunurdu.