Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 1:1—17

MÜNDƏRİCAT

  • Süleyman Allahdan hikmət diləyir (1—12)

  • Süleymanın var-dövləti (13—17)

1  Davud oğlu Süleymanın hakimiyyəti möhkəmləndi. Allahı Yehova onunla idi və onu çox ucaltdı.+  Süleyman İsrailin hər tərəfinə xəbər göndərib minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsrail başçılarını, nəsil başçılarını çağırdı.  Süleyman və bütün icma Gibyondakı səcdəgaha* getdi.+ Çünki Allahın Hüzur çadırı, Yehovanın qulu Musanın səhrada düzəltdiyi çadır orada idi.  Allahın sandığını isə Davud Kiryat-Yarimdən gətirib+ Yerusəlimdə onun üçün qurduğu çadıra qoymuşdu.+  Xur oğlu Urun oğlu Bəsalilin+ düzəltdiyi mis qurbangahı+ Yehovanın çadırının qarşısına qoymuşdular. Süleyman və bütün icma onun qarşısında dua edirdi.  Süleyman Hüzur çadırının qarşısındakı mis qurbangahda, Yehovanın önündə 1000 yandırma qurbanı təqdim etdi.+  Həmin gecə Allah Süleymana görünüb dedi: «Məndən nə istəyirsən dilə, sənə verim».+  Süleyman Allaha dedi: «Sən atam Davuda böyük məhəbbət göstərmisən+ və ondan sonra məni taxta çıxartmısan.+  Ey Yehova Allah, atam Davuda verdiyin vədə əməl et,+ çünki məni sayı qum dənələri qədər olan xalqın üzərində padşah qoymusan.+ 10  Mənə hikmət ver, bilik ver ki,+ bu xalqı idarə edim, axı bu boyda xalqa kim hökm edə bilər?»+ 11  Allah Süleymana dedi: «Madam ki Məndən bunu dilədin, Məndən var-dövlət, şan-şöhrət, düşmənlərinin ölümünü diləmədin, uzun ömür istəmədin, səni üzərində hökmdar qoyduğum xalqıma hökm etmək üçün bilik, hikmət istədin,+ 12  sənə nəinki hikmət və bilik verəcəyəm, üstəlik, var-dövlət, şan-şöhrət də verəcəyəm. Belə var-dövlət, şan-şöhrət nə səndən əvvəlki padşahlarda olub, nə də sonrakı padşahlarda olacaq».+ 13  Süleyman Gibyondakı səcdəgahdan,+ Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsraildə hakimiyyət sürdü. 14  O, çoxlu cəng arabalarına, atlara sahib oldu. Onun 1400 cəng arabası, 12 000 atı* var idi.+ Süleyman onları arabalar üçün ayrılan şəhərlərdə+ və Yerusəlimdə, özünə yaxın yerdə saxlayırdı.+ 15  Padşah Yerusəlimdə qızılı və gümüşü daş qədər,+ sidr ağaclarını Şəfladakı əncir ağacları qədər çoxaltdı.+ 16  Süleymana atları Misirdən gətirirdilər.+ Padşahın tacirləri atları ilxı ilə alırdılar*.+ 17  Misirdən gətirilən bir cəng arabasının qiyməti 600 gümüş, bir atın qiyməti isə 150 gümüş idi. Het və Aram padşahları da onları Süleymanın tacirlərindən alırdı.

Haşiyələr

Hərfən: yüksəkliyə.
Yaxud süvarisi.
Digər variant: Misirdən və Kuvdan alırdılar; padşahın tacirləri atları Kuvdan alırdılar. Ehtimal ki, Kuv Kilikiyadır.