Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 8:1—29

MÜNDƏRİCAT

  • Şunamlı qadının torpağı qaytarılır (1—6)

  • Əlyəsə, Bənhədad və Həzail (7—15)

  • Yəhuda padşahı Yəhuram (16—24)

  • Yəhuda padşahı Əhəzya (25—29)

8  Əlyəsə oğlunu həyata qaytardığı qadına+ dedi: «Dur ailəni də götür, hansı məmləkətə gedə bilirsən get, bir müddət orada yaşa. Yehova deyib ki, aclıq olacaq.+ Aclıq düz yeddi ilə çəkəcək».  Qadın Allah adamının dediyi kimi etdi, ailəsi ilə birlikdə gedib yeddi il filiştlilərin*+ diyarında qaldı.   Yeddi ilin sonunda qadın filiştlilərin ölkəsindən qayıtdı. Evini, torpağını almaq üçün padşahın hüzuruna gəldi.  Padşah Allah adamının nökəri Qihazi ilə söhbət edirdi. O, Əlyəsənin etdiyi bütün böyük işləri+ danışmağı buyurmuşdu.  Nökər padşaha Əlyəsənin ölünü həyata qaytarmasından+ danışan zaman uşağı həyata qayıtmış qadın gəlib evi və torpağı üçün padşaha yalvarmağa başladı.+ Qihazi dedi: «Hökmdar, bu, həmin qadındır. Yanındakı da Əlyəsənin həyata qaytardığı oğludur».  Padşah qadından xahiş elədi, o da həmin əhvalatı danışdı. Padşah onun üçün bir saray məmuru ayırdı və məmura tapşırdı: «Onun bütün mülkünü, ölkədən getdiyi gündən indiyədək torpağının verdiyi bütün məhsulu ona qaytar».  Əlyəsə Dəməşqə+ getdi. Aram padşahı Bənhədad+ xəstə idi. Ona xəbər gətirdilər ki, Allah adamı+ ora gəlib.  Padşah Həzailə+ dedi: «Özünlə bəxşiş götür, Allah adamının yanına get.+ Qoy o, Yehovadan soruşsun, mən bu xəstəliyimdən sağalacağam, ya yox».  Həzail Dəməşqin bütün naz-nemətindən qırx dəvəyə hədiyyələr yükləyib Əlyəsənin yanına getdi. Gəlib onun qarşısında durdu və dedi: «Sənin oğlun, Aram padşahı Bənhədad məni sənin yanına göndərib, xəstəliyindən sağalıb-sağalmayacağını soruşur». 10  Əlyəsə ona dedi: «Get ona de ki, sağalacaq. Lakin Yehova mənə onun öləcəyini əyan edib».+ 11  Əlyəsə gözünü Həzailə elə zillədi ki, o utandı. Sonra Allah adamı ağlamağa başladı. 12  Həzail dedi: «Ağa, niyə ağlayırsan?» O dedi: «Çünki bilirəm, sən israillilərə nə divan tutacaqsan.+ Onların istehkamlarına od vuracaqsan, igidlərini qılıncdan keçirəcəksən, körpələrini parça-parça edəcəksən, hamilə qadınların qarnını yırtacaqsan».+ 13  Həzail dedi: «Ağa, mənim kimi adi bir köpək belə şeyi necə edə bilər?» Əlyəsə dedi: «Yehova mənə əyan edib ki, sən Aramın padşahı olacaqsan».+ 14  Həzail Əlyəsənin yanından çıxıb hökmdarının yanına qayıtdı. Bənhədad soruşdu: «Əlyəsə nə dedi?» O cavab verdi: «Dedi ki, sağalacaqsan».+ 15  Səhəri gün Həzail örtük götürüb suda islatdı və onunla Bənhədadın üzünü qapayıb onu öldürdü.+ Həzail onun yerinə taxta çıxdı.+ 16  İsrail padşahı Əhəb oğlu Yəhuramın hakimiyyətinin beşinci ilində,+ Yəhuşafat Yəhuda padşahı olanda+ Yəhuşafat padşahın oğlu Yəhuram taxta çıxdı. 17  Yəhuram padşah olanda otuz iki yaşında idi və səkkiz il Yerusəlimdə hakimiyyət sürdü. 18  O, Əhəb evindən olanlar kimi,+ İsrail padşahlarının yolu ilə getdi,+ çünki onun arvadı Əhəbin qızı idi.+ Yəhuram Yehovanın bəyənmədiyi pis işlər görürdü.+ 19  Amma Yehova qulu Davudun xatirinə Yəhudanı məhv etmək istəmədi,+ çünki O, Davuda söz vermişdi ki, onun və oğullarının çırağı heç vaxt sönməyəcək.+ 20  Onun dövründə ədumilər Yəhudaya qarşı üsyan qaldırıb+ üzərlərinə padşah qoydular.+ 21  Yəhuram cəng arabaları ilə Zairə keçdi. O, gecə ikən qalxıb onu və araba başçılarını mühasirəyə alan ədumiləri məğlub etdi. Ədumilər öz çadırlarına qaçdılar. 22  Lakin Ədum bu günə qədər Yəhudaya tabe olmur. Həmin vaxt Libna+ da üsyan etdi. 23  Yəhuramın qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 24  Yəhuram ata-babalarına qovuşdu. Onu Davud şəhərində ata-babalarının yanında dəfn etdilər.+ Oğlu Əhəzya+ onun yerinə taxta çıxdı. 25  İsrail padşahı Əhəb oğlu Yəhuramın hakimiyyətinin on ikinci ilində Yəhuda padşahı Yəhuramın oğlu Əhəzya taxta çıxdı.+ 26  Əhəzya taxta çıxanda iyirmi iki yaşında idi və bir il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası İsrail padşahı Omrinin+ nəvəsi Ətəlya+ idi. 27  O, Əhəb evinin yolu ilə getdi,+ Əhəb evi kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü, çünki Əhəb evi ilə qohum olmuşdu.+ 28  Beləcə, o, Əhəb oğlu Yəhuramla birlikdə Aram padşahı Həzaillə vuruşmaq üçün Ramut-Gilada+ getdi. Aramilər Yəhuramı yaraladılar.+ 29  Yəhuram Ramada* Aram padşahı Həzaillə döyüşdə aramilərdən aldığı yaralardan sağalmaq üçün Yizrailə+ qayıtdı.+ Yəhuda padşahı Yəhuram oğlu Əhəzya Əhəb oğlu Yəhuramı görmək üçün Yizrailə getdi, çünki o yaralanmışdı*.

Haşiyələr

Bəzi mənbələrə əsasən, filistimlilər.
Ramut-Giladın qısa adı.
Yaxud xəstə idi.