Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 7:1—20

MÜNDƏRİCAT

  • Əlyəsə quraqlığın bitəcəyini xəbər verir (1, 2)

  • Aramilərin boş qalmış düşərgəsi (3—15)

  • Əlyəsənin sözü gerçəkləşir (16—20)

7  Əlyəsə dedi: «Yehovanın sözünü eşidin. Yehova belə deyir: “Sabah bu vaxt Səməriyyənin darvazası ağzında bir sea narın unun* qiyməti bir şekel*, iki sea arpanın* qiyməti bir şekel olacaq”».+  Padşahın etibar etdiyi yavəri Allah adamına dedi: «Hətta Yehova göyün bəndlərini açsa da, belə şey ola bilməz».+ Onda Əlyəsə dedi: «Bunu gözlərinlə görəcəksən,+ amma yeməyəcəksən».+  Şəhər darvazasının ağzında dörd cüzamlı oturmuşdu.+ Onlar bir-birinə dedilər: «Biz nə üçün burada oturub ölümümüzü gözləyirik?  Əgər şəhərə girsək, şəhərdə aclıqdır,+ orada öləcəyik. Burda otursaq, burada öləcəyik. Gəlin aramilərin ordugahına gedək. Rəhm edərlər, sağ qalarıq, öldürərlər, ölərik».  Onlar durub axşam qaranlığında aramilərin düşərgəsinə yollandılar. Ora çatanda gördülər ki, bir ins-cins yoxdur.  Yehova elə etmişdi ki, arami qoşunlarının qulağına cəng arabalarının, atların, böyük ordunun gurultusu gəlmişdi.+ Onlar bir-birinə demişdilər: «İsrail padşahı bizimlə döyüşmək üçün het padşahlarını və Misir padşahlarını çağırıb!»  Onlar çadırlarını, atlarını, eşşəklərini, bütün düşərgəni necə var elə qoyub axşam qaranlığında canlarını götürüb qaçmışdılar.  Cüzamlılar düşərgəyə çatanda çadırlardan birinə girdilər və yeyib-içdilər. Oradan qızıl-gümüş, pal-paltar götürdülər, aparıb gizlətdilər. Sonra qayıdıb başqa çadıra girdilər, oradakı şeyləri də aparıb gizlətdilər.  Axırda bir-birinə dedilər: «Biz düz eləmirik. Bu gün müjdə günüdür! Əgər ləngiyib günəş çıxanadək gözləsək, cəzalanacağıq. Gəlin gedək saraya xəbər verək». 10  Onlar gedib şəhərin darvaza keşikçilərinə xəbər verdilər: «Biz aramilərin düşərgəsinə getmişdik. Orada heç kim yox idi, adam səsi gəlmirdi. Təkcə bağlı atlar, ulaqlar var idi. Çadırlar da olduğu kimi qalmışdı». 11  Darvaza keşikçiləri qışqırıb xəbəri saraya çatdırdılar. 12  Padşah gecə ikən qalxıb əyanlarına dedi: «İndi sizə deyəcəyəm aramilər bizə nə etmək istəyir. Onlar bilirlər ki, biz acıq.+ Ona görə də düşərgədən çıxıb çöldə gizləniblər. Onlar deyirlər: “Şəhərdən çıxarlar, biz də onları diri-diri tutarıq və şəhərə girərik”».+ 13  Əyanlardan biri dedi: «Gəlin adam seçək, şəhərdə qalan beş atı da onlara verib ora göndərək, gedib baxsınlar. Onsuz da onların aqibəti burada qalan israillilərinki kimi olacaq. Onlar da bütün camaat kimi öləcəklər». 14  Onlar atlara qoşulmuş iki cəng arabası götürdülər. Padşah: «Gedin baxın», — deyib onları aramilərin ordugahına yolladı. 15  Onlar İordana qədər aramilərin izi ilə getdilər. Bütün yol hövlnak durub qaçmış aramilərin atdığı pal-paltar və əşyalarla dolu idi. Qasidlər qayıdıb padşaha xəbər gətirdilər. 16  Xalq şəhərdən çıxıb aramilərin ordugahını qarət etdi. Beləcə, Yehovanın dediyi kimi, bir sea narın unun qiyməti bir şekel, iki sea arpanın qiyməti bir şekel oldu.+ 17  Padşah etibar etdiyi yavərini darvazanın ağzında qoymuşdu. O, gəlib-gedənlərin tapdağı altında qalıb öldü. Padşah Allah adamının yanına gedəndə Allah adamı necə demişdisə, elə də oldu. 18  Bəli, Allah adamının padşaha dedikləri yerinə yetdi. O demişdi: «Sabah bu vaxt Səməriyyə darvazası ağzında bir sea narın unun qiyməti bir şekel, iki sea arpanın qiyməti bir şekel olacaq».+ 19  Amma padşahın yavəri demişdi: «Hətta Yehova göyün bəndlərini açsa da, belə şey ola bilməz». Əlyəsə də demişdi: «Bunu gözlərinlə görəcəksən, amma yeməyəcəksən». 20  Belə də oldu. O, darvazanın ağzında gəlib-gedənlərin tapdağı altında qalıb öldü.

Haşiyələr

Təx. 4 kq. Sea 7,33 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Təx. 10 kq.