Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 5:1—27

MÜNDƏRİCAT

  • Neman cüzamdan sağalır (1—19)

  • Qihazi cüzama tutulur (20—27)

5  Aram padşahının ordu başçısı Neman ağasının rəğbətini qazanmış hörmətli-izzətli bir adam idi, çünki Yehova onun əlilə Arama qələbə qazandırmışdı. O, igid döyüşçü idi, ancaq cüzama tutulmuşdu.  Yürüşlərin birində aramilər İsraildən balaca bir qızı əsir götürmüşdülər. Qız Nemanın arvadının qulluqçusu idi.  Bir gün o, xanımına dedi: «Kaş ağam Səməriyyədəki peyğəmbərin+ yanına gedəydi! O, ağamı cüzamdan sağaldardı».+  O*, israilli qızın dediklərini padşaha çatdırdı.  Aram padşahı dedi: «Elə indi dur get! Mən İsrail padşahına məktub yazaram». Neman on talant* gümüş, altı min qızıl və on dəst paltar götürüb yola çıxdı.  Məktubu gətirib İsrail padşahına verdi. Məktubda deyilirdi: «Məktubla birlikdə sənin yanına qulum Nemanı da göndərirəm ki, onu cüzamdan sağaldasan».  İsrail padşahı məktubu oxuyanda yaxasını cırıb dedi: «Məgər mən Allaham ki, öldürüm, ya da həyat verim?+ O, bu adamı mənim yanıma göndərib deyir ki, onu cüzamdan sağaldım. Görürsünüz, mənimlə dalaşmağa bəhanə axtarır».  Allah adamı Əlyəsə İsrail padşahının yaxasını cırdığını eşidəndə ona xəbər göndərdi: «Nə üçün yaxanı cırırsan? Onu yanıma göndər. Qoy bilsin ki, İsraildə peyğəmbər var!»+  Neman atları və cəng arabaları ilə gəlib Əlyəsənin evinin qabağında durdu. 10  Əlyəsə adam göndərib ona dedi: «Get, yeddi dəfə+ İordana baş vur.+ Bədənin sağalıb təmizlənəcək». 11  Neman hirslənib dedi: «Mən elə bilirdim ki, o, qabağıma çıxacaq, burada durub Allahı Yehovanın adını çağıracaq. Əlini cüzamımın üstündə gəzdirib məni sağaldacaq. 12  Dəməşqin+ Abana və Parpar çayları İsrail çaylarından nə ilə əskikdir? Məgər onlarda çimib təmizlənə bilməzdim?» O, bunları deyəndən sonra qəzəbli-qəzəbli çevrilib getdi. 13  Xidmətçiləri ona yaxınlaşıb dedilər: «Atam, əgər peyğəmbər sənə qeyri-adi şey buyursaydı, etməyəcəkdin? İndi sənə sadəcə “get çim, təmizlən” deyir. Burada çətin nə var ki?» 14  Onda Neman gedib Allah adamının dediyi kimi, yeddi dəfə İordana baş vurdu.+ Bədəni təmizlənib+ uşaq bədəni kimi oldu.+ 15  Neman məiyyəti ilə Allah adamının yanına qayıdıb+ onun qarşısında durdu və dedi: «İndi bildim ki, yer üzündə İsraildən başqa heç yerdə Allah yoxdur.+ Xahiş edirəm, qulundan bu hədiyyəni qəbul et». 16  Əlyəsə isə dedi: «Qulluq etdiyim Yehovaya and olsun ki, götürməyəcəyəm».+ Neman nə qədər təkid etsə də, Əlyəsə razılaşmadı. 17  Axırda Neman dedi: «Yaxşı, ağa, qoy mənə bu məmləkətdən iki qatır yükü torpaq versinlər. Çünki bu qulun Yehovadan başqa daha heç bir allaha nə yandırma qurbanı, nə başqa bir qurban gətirməyəcək. 18  Amma qoy bir şeyə görə Yehova qulunu bağışlasın. Hökmdarım Rimmunun məbədinə gedib səcdə qılanda qoluma söykənir, ona görə mən də Rimmunun məbədində əyilməli oluram. Mən Rimmun məbədində əyiləndə, qoy Yehova buna görə bu qulunu bağışlasın». 19  Əlyəsə dedi: «Salamat get». Neman yola düşdü. Bir qədər gedəndən sonra 20  Allah adamı+ Əlyəsənin nökəri Qihazi+ öz-özünə dedi: «Ağam arami Nemanın+ gətirdiyi hədiyyələri götürməyib onu buraxdı. Yehovaya and olsun, dalınca qaçıb ondan bir şey alacağam». 21  Qihazi Nemanın dalınca qaçdı. Neman dalınca kiminsə qaçdığını görəndə arabadan düşüb soruşdu: «Xeyirdir?» 22  O dedi: «Xeyirdir. Ağam məni göndərib dedi ki, elə indicə Əfraim dağlıq bölgəsindən peyğəmbər oğullarından iki gənc yanıma gəldi. Onlara bir talant* gümüş və iki dəst paltar ver».+ 23  Neman: «Lap iki talant götür», — dedi. O təkid edib+ iki talant gümüşlə iki dəst paltarı iki kisəyə qoydu və bunları iki nökərinə verdi. Onlar da Qihazinin qabağınca gedib bunları daşıdılar. 24  Qihazi Ofelə* çatanda şeyləri nökərlərin əlindən alıb evə apardı, nökərləri də geri göndərdi. Onlar gedəndən sonra 25  içəri girib ağasının yanında durdu. Əlyəsə soruşdu: «Qihazi, haradan gəlirsən?» Qihazi cavab verdi: «Mən heç yerə getməmişdim, ağa».+ 26  Əlyəsə dedi: «Elə bilirsən, o adam arabadan düşüb səni qarşılayanda ürəyim hiss eləmədi? Məgər indi gümüş, pal-paltar, zeytunluq, üzümlük, qoyunlar, mal-qara, qul-qarabaş sahibi olmaq vaxtıdır?+ 27  Buna görə də Nemanın cüzamı+ həmişəlik sənə və nəslinə keçəcək». Qihazi cüzama tutuldu və qar kimi ağappaq+ halda onun yanından çıxdı.

Haşiyələr

Ehtimal ki, Neman.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Ofel Səməriyyədə yerləşirdi. Ehtimal ki, təpə, yaxud qala idi.