Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 4:1—44

MÜNDƏRİCAT

  • Əlyəsənin yağ möcüzəsi (1—7)

  • Şunamlı qadının qonaqpərvərliyi (8—16)

  • Allah qadına oğul nəsib edir; uşaq ölür (17—31)

  • Əlyəsə uşağı dirildir (32—37)

  • Əlyəsə xörəyi yeməli edir (38—41)

  • Əlyəsənin çörək möcüzəsi (42—44)

4  Peyğəmbər oğullarından+ birinin arvadı Əlyəsəyə fəryad edib dedi: «Sənin qulun, mənim ərim ölüb. Sənə məlumdur ki, qulun həmişə Yehovadan qorxub.+ İndi borc aldığımız adam uşaqlarımın ikisini də aparıb qul etmək istəyir».  Əlyəsə dedi: «Sənin üçün nə edə bilərəm? De görüm evdə nəyin var?» Qadın cavab verdi: «Qarabaşının evində bir küp yağdan başqa heç nə yoxdur».+  Əlyəsə dedi: «Get, bütün qonşularından boş qablar istə. Nə qədər çox olsa, o qədər yaxşıdır.  Sonra oğullarınla birlikdə evə gir, qapını içəridən bağla. Qabları bir-bir yağla doldurub qırağa qoy».  Qadın getdi. Oğulları ilə evə girib qapını içəridən bağladı. Oğulları qabları ona ötürürdü, o da yağla doldururdu.+  Qabların hamısı doldu. O, oğluna «qab ver»+ deyəndə uşaq «daha qab qalmayıb» dedi. Onda yağ kəsildi.+  Qadın gəlib bunu Allah adamına söylədi. O dedi: «Get, yağı sat, borclarını qaytar. Əlində qalanla da özünüz dolanın».  Bir gün Əlyəsə Şunama+ getdi. Orada bir kübar qadın yaşayırdı. Qadın onu dilə tutub çörək yeməyə çağırdı.+ Hər dəfə Əlyəsənin yolu Şunamdan keçəndə orada ayaq saxlayıb çörək yeyirdi.  Bir dəfə qadın ərinə dedi: «Mən bilirəm ki, hər dəfə buradan keçən adam Allahın müqəddəs bəndəsidir. 10  Gəl onun üçün damda balaca otaq düzəldək,+ ora çarpayı, masa, kətil, çıraq qoyaq. Bizə gələndə orada qalsın».+ 11  Bir gün Əlyəsə onlara gəldi. O, yuxarı otağa keçib uzandı. 12  Sonra nökəri Qihaziyə+ dedi: «Şunamlı+ qadını bura çağır». Qihazi qadını çağırdı, qadın gəlib onun qarşısında durdu. 13  Əlyəsə Qihaziyə buyurdu: «Qadına de: “Bizim üçün bu qədər əziyyət çəkirsən.+ Söylə, sənin üçün nə edim?+ Bəlkə, barəndə padşahla, yaxud ordu başçısı ilə danışım?”»+ Qadın dedi: «Yox, hər şey yaxşıdır. Mən öz xalqımın arasında yaşayıram». 14  Əlyəsə dedi: «Bəs onda onun üçün nə edim?» Qihazi dedi: «Onun oğlu yoxdur,+ əri isə qocadır». 15  Əlyəsə dedi: «Çağır onu». Qihazi qadını çağırdı, qadın gəlib qapının ağzında durdu. 16  Əlyəsə dedi: «Gələn il bu vaxt, qucağında oğul tutacaqsan».+ Qadın dedi: «Yox, ağam. Sən Allah adamısan, bu qarabaşını aldatma». 17  Əlyəsənin dediyi kimi, qadın hamilə qaldı, növbəti il həmin vaxt oğul dünyaya gətirdi. 18  Uşaq böyüdü. Bir gün o, sahədə biçinçilərlə olan atasının yanına gəlib: 19  «Başım, başım ağrıyır», — deyərək zarıdı. Atası nökərə dedi: «Apar onu anasının yanına». 20  Nökər uşağı anasının yanına apardı. Uşaq günortaya qədər anasının qucağında oturdu, sonra öldü.+ 21  Qadın qalxıb onu Allah adamının çarpayısına uzatdı,+ qapını bağlayıb getdi. 22  O, ərini çağırıb dedi: «Nökərlərdən birinə ulaq verib yanıma göndər. Tez Allah adamının yanına gedib gəlirəm». 23  Əri dedi: «Niyə bu gün onun yanına gedirsən? Bu gün ki nə təzə aydır,+ nə də şənbədir». Qadın dedi: «Narahat olma, hər şey yaxşıdır». 24  Qadın eşşəyi palanlayıb nökərə dedi: «Tez get. Mən deməyincə dayanma». 25  Qadın Karmel dağına Allah adamının yanına getdi. Allah adamı uzaqdan onu görəndə nökəri Qihaziyə dedi: «Şunamlı qadın gəlir. 26  Get onu qarşıla. Soruş gör hər şey yaxşıdır, özünə, ərinə, uşağına heç nə olmayıb?» Qadın Qihaziyə dedi: «Salamatçılıqdır». 27  Amma dağa, Allah adamının yanına gəlib çatanda onun ayaqlarına sarıldı.+ Qihazi gəlib onu qırağa çəkmək istədi. Allah adamı dedi: «İşin yoxdur, onun dərdi var. Yehova da məndən gizlədib, mənə heç nə bildirməyib». 28  Qadın dedi: «Ağa, məgər mən səndən oğul istəmişdim? Sənə deməmişdim, məni boş yerə ümidləndirmə?»+ 29  Əlyəsə dərhal Qihaziyə dedi: «Ətəyini belinə dola,+ əsamı götür get. Heç kimə salam vermə, heç kimin salamını alma. Apar, əsamı uşağın üzünə qoy». 30  Uşağın anası dedi: «Yehovaya and olsun, sənin canın üçün, sənsiz gedən deyiləm».+ Əlyəsə qalxıb onunla getdi. 31  Qihazi onlardan qabaq gedib əsanı uşağın üzünə qoydu. Amma uşaqdan səs çıxmadı.+ O geri qayıdıb Əlyəsəyə dedi: «Uşaq ayılmadı». 32  Əlyəsə evə girdi. Ölü uşağı onun yatağına uzatmışdılar.+ 33  O, içəri girib qapını bağladı və Yehovaya dua eləməyə başladı.+ 34  Sonra yatağa çıxdı, əyilərək ağzını uşağın ağzına, gözünü gözünə, ovcunu ovcuna qoydu və onun üstündə uzanıqlı qaldı. Uşağın bədəni isinməyə başladı.+ 35  Əlyəsə qalxıb evdə var-gəl etdi. Yenə yatağa çıxıb uşağın üstünə əyildi. Uşaq yeddi dəfə asqırıb gözlərini açdı.+ 36  Əlyəsə Qihazini çağırıb dedi: «Şunamlı qadını bura çağır». O, qadını çağırdı, qadın gəldi. Əlyəsə dedi: «Oğlunu al».+ 37  Qadın içəri girib Əlyəsənin ayaqlarına düşdü, ona təzim etdi. Sonra oğlunu götürüb çıxdı. 38  Əlyəsə Gilqala qayıtdı. Məmləkətdə aclıq idi.+ Peyğəmbər oğulları+ onun qarşısında oturmuşdular. Əlyəsə nökərinə+ dedi: «İri qazanı ocağa qoy, peyğəmbər oğulları üçün şorba bişir». 39  Onlardan biri əməköməci yığmağa getdi. Çöldə bir meynə tapdı, üstündəki yabanı balqabaqları dərib ətəyini doldurdu və geri qayıtdı. Onların nə olduğunu bilməyə-bilməyə doğrayıb qazana tökdü. 40  Hamı üçün xörək çəkdilər. Şorbadan ağızlarına qoyanda qışqırdılar: «Ey Allah adamı, qazanın içindəki zəhərdir». Daha şorbadan yeyə bilmədilər. 41  Əlyəsə dedi: «Un gətirin». Unu qazana töküb dedi: «Hamıya çək, yesinlər». Qazandakı xörək yeməli oldu.+ 42  Baal-Şalişadan+ bir nəfər gəlib Allah adamına nübardan bişirilmiş iyirmi arpa çörəyi+ və bir səbət təzə taxıl gətirdi.+ Əlyəsə nökərinə dedi: «Hamıya payla, yesinlər». 43  Ancaq nökər dedi: «Bunu yüz nəfərin qabağına necə qoyum?»+ Əlyəsə cavab verdi: «Sən payla, qoy yesinlər. Yehova belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”».+ 44  Onda nökər çörəyi onların qabağına qoydu, hamı yedi, üstəlik, Yehovanın dediyi kimi, artıq da qaldı.+

Haşiyələr