Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 24:1—20

MÜNDƏRİCAT

  • Yəhyakimin üsyanı və ölümü (1—7)

  • Yəhuda padşahı Yəhyakin (8, 9)

  • Babilə sürgün (10—17)

  • Yəhuda padşahı Sidqiyyənin qiyamı (18—20)

24  Yəhyakimin dövründə Babil padşahı Navuxodonosor+ Yəhudaya yürüş etdi. Yəhyakim üç il ona qulluq etdi, amma sonra üsyan etdi.  Yehova onun üstünə kəldanilərin+, aramilərin, muabilərin, əmunilərin basqınçı dəstələrini göndərdi. Yehova peyğəmbərləri vasitəsilə dediyi kimi, Yəhudanı darmadağın etmək üçün onları göndərirdi.+  Bütün bunlar Yəhudanın başına Yehovanın əmri ilə gəlirdi. Allah onları önündən yox etmək istəyirdi,+ çünki Mənəssə çoxlu günah etmişdi,+  o qədər günahsız qan tökmüşdü+ ki, Yerusəlimi qana qərq etmişdi. Yehova bunu bağışlamaq istəmədi.+  Yəhyakimin qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır.+  Yəhyakim ata-babalarına qovuşdu.+ Oğlu Yəhyakin onun yerinə taxta çıxdı.  Misir padşahı bir də öz ölkəsindən çıxmadı, çünki Babil padşahı Misir vadisindən+ Fərat çayına+ qədər Misir padşahının bütün torpaqlarını tutmuşdu.+  Yəhyakin+ taxta çıxanda on səkkiz yaşında idi və üç ay Yerusəlimdə hakimiyyət sürdü.+ Onun anası yerusəlimli Əlnətanın qızı Nəhuşta idi.  Yəhyakin atası kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü. 10  Həmin vaxt Babil padşahı Navuxodonosorun adamları Yerusəlimə qarşı yürüş edib şəhəri mühasirəyə aldılar.+ 11  Şəhər mühasirədə ikən Babil padşahı Navuxodonosor ora gəldi. 12  Yəhuda padşahı Yəhyakin anası, əyanları, əmirləri, saray məmurları+ ilə birlikdə Babil padşahının qarşısına çıxdı.+ Babil padşahı öz hakimiyyətinin səkkizinci ilində onu əsir apardı.+ 13  O, Yehovanın məbədinin xəzinəsini və saray xəzinəsini götürdü.+ Yehovanın dediyi kimi, İsrail padşahı Süleymanın Yehovanın məbədi üçün düzəltdiyi bütün qızıl əşyaları parça-parça etdi.+ 14  Bütün Yerusəlim əhlini, əmirləri+, igid adamları, sənətkarları, dəmirçiləri* əsir apardı.+ Ümumilikdə 10 000 nəfər əsir getdi. Fağır-füqəradan başqa ölkədə heç kim qalmadı.+ 15  Beləcə, o, Yəhyakini Babilə əsir apardı.+ Həmçinin padşahın anasını, arvadlarını, saray məmurlarını və ölkənin ən nüfuzlu adamlarını Yerusəlimdən Babilə sürgün elədi. 16  Babil padşahı 7000 döyüşçünün hamısını, 1000 sənətkar və dəmirçini* Babilə apardı. Onların hamısı döyüş təlimi almış igidlər idi. 17  Babil padşahı Yəhyakinin yerinə onun əmisi Mətənyahı+ taxta çıxardı və adını dəyişib Sidqiyyə qoydu.+ 18  Sidqiyyə taxta çıxanda iyirmi bir yaşında idi və on bir il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası libnalı Ərəmyanın qızı Xamutal idi.+ 19  O da Yəhyakim kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü.+ 20  Yehova qəzəbləndiyi üçün Yerusəlim və Yəhudanın başına bu işlər gəlirdi. Axırda Allah onları önündən rədd etdi.+ Sidqiyyə Babil padşahına üsyan etdi.+

Haşiyələr

Digər variant: istehkam tikənləri.
Digər variant: istehkam tikəni.