Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 23:1—37

MÜNDƏRİCAT

  • Yuşiyyənin apardığı islahatlar (1—20)

  • Pasxa bayramı qeyd olunur (21—23)

  • Yuşiyyənin digər islahatları (24—27)

  • Yuşiyyənin ölümü (28—30)

  • Yəhuda padşahı Yəhəz (31—33)

  • Yəhuda padşahı Yəhyakim (34—37)

23  Sonra padşah xəbər göndərib Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırdı.+  Padşah, onunla birgə bütün yəhudalılar, Yerusəlim sakinləri, kahinlər, peyğəmbərlər, bir sözlə, kiçikdən tutmuş böyüyə qədər hamı Yehovanın məbədinə getdi. O, Yehovanın məbədindən tapılan əhd+ kitabında+ yazılanları onlar üçün oxudu.+  Padşah sütunun yanında durub Yehovanın önündə əhd bağladı ki,+ Yehovanın yolu ilə gedəcək, kitabda yazılmış əhdin sözlərini yerinə yetirəcək, Onun əmrlərinə, öyüdlərinə, qanunlarına sidqi-ürəkdən, can-dildən tabe olacaq. Bütün xalq bu əhdi qəbul etdi.+  Padşah baş kahin Xilqiyyəyə+, köməkçi kahinlərə və qapı keşikçilərinə Yehovanın məbədindən Baal, Aşera bütü+ və bütün səma ordusu üçün düzəldilmiş əşyaları çıxarmağı əmr etdi. Onları Yerusəlimdən kənarda, Qidron ətəklərində yandırdı, külünü Beytelə+ apardı.  O, Yəhuda padşahlarının Yəhuda şəhərlərində və Yerusəlimin ətrafındakı səcdəgahlarda qurban tüstüsü təqdim etmək üçün qoyduğu yad allahların kahinlərini, həmçinin Baala, günəşə, aya, bürclərə və bütün səma ordusuna+ qurban tüstüsü təqdim edən kahinləri qovdu.  O, Yehovanın məbədindəki Aşera bütünü+ də Yerusəlimdən çıxarıb Qidron vadisinə apardı və orada yandırdı.+ Onu əzib tozunu xalq qəbiristanlığına səpələdi.+  Həmçinin məbəd fahişəliyilə məşğul olan kişilərin Yehovanın məbədindəki evlərini dağıtdı.+ Orada qadınlar Aşera bütünə ibadət etmək üçün çadır toxuyardılar.  Sonra padşah Yəhuda şəhərlərindən bütün kahinləri topladı, Gibadan+ Biir-Səbaya+ kimi kahinlərin qurban tüstüsü təqdim etdiyi səcdəgahları murdarladı. Şəhər darvazasının girəcəyinin sol tərəfində yerləşən, şəhər darğası Yuşənin darvazası ağzındakı səcdəgahları dağıtdı.  Səcdəgah kahinləri Yehovanın Yerusəlimdəki qurbangahında xidmət etmirdilər,+ amma qardaşları ilə birlikdə mayasız çörəklərdən yeyirdilər. 10  O, Bəni-Hinnom vadisində*+ yerləşən Tofet səcdəgahını+ murdarladı ki, heç kim oğlunu və ya qızını odda yandırıb Molekə qurban verməsin.+ 11  O, Yəhuda padşahlarının günəşə həsr etdiyi atların Yehovanın evinə girməsinə qadağa qoydu. Belə ki, atları saray məmuru Natanməlikin eyvanda yerləşən otağından* məbədə salırdılar. O, günəşə+ həsr olunmuş arabaları yandırdı. 12  Padşah həmçinin Yəhuda padşahlarının Əhəzin yuxarı otağının damında qoyduğu qurbangahları,+ Mənəssənin Yehovanın məbədinin iki həyətində qoyduğu qurbangahları dağıtdı.+ Onları əzib tozunu Qidron vadisinə səpələdi. 13  Yuşiyyə İsrail padşahı Süleymanın sidonluların iyrənc ilahəsi Əşturət, Muabın iyrənc allahı Kəmuş, əmunilərin murdar allahı Milqam+ üçün Yerusəlimin qarşısında, Fəlakət dağının cənub tərəfində tikdiyi səcdəgahları murdar etdi.+ 14  Dik daşları parça-parça etdi, Aşera bütlərini kəsdi,+ onların yerini insan sümükləri ilə doldurdu. 15  O, Beyteldəki qurbangahı, Nəbat oğlu Ərubamın tikib İsraili günaha sürüklədiyi səcdəgahı dağıtdı.+ Qurbangahı və səcdəgahı dağıdandan sonra səcdəgahı yandırdı, əzib toza döndərdi, Aşera bütünü də yandırdı.+ 16  Yuşiyyə dönəndə dağda qəbirlər gördü. Yehovanın sözünü bəyan edən Allah adamının qabaqcadan dediyi kimi, o, qəbirlərdən sümükləri çıxardı, qurbangahın üstündə yandırıb oranı murdar etdi.+ 17  Sonra soruşdu: «Oradakı nə qəbir daşıdır?» Şəhər camaatı dedi: «Bu, yəhudalı Allah adamının+ qəbridir. O, sənin Beyteldəki qurbangaha bunları edəcəyini qabaqcadan demişdi». 18  Yuşiyyə dedi: «Onunla işiniz olmasın. Qoyun sümükləri qalsın». Nə onun, nə də Səməriyyədən gələn peyğəmbərin sümüklərinə dəymədilər.+ 19  Yuşiyyə Səməriyyənin şəhərlərindəki səcdəgahlarda tikilən ibadətxanaların hamısını dağıtdı.+ İsrail padşahları onları Allahı təhqir etmək üçün tikmişdilər. O, Beyteldəki səcdəgaha nə etmişdisə, onlara da onu etdi.+ 20  Oradakı səcdəgah kahinlərini qurbangahlarda qurban gətirdi və insan sümüklərini qurbangahların üstündə yandırdı.+ Sonra Yerusəlimə qayıtdı. 21  Padşah bütün xalqa buyurdu: «Əhd kitabında yazıldığı kimi, Allahınız Yehova üçün Pasxa keçirin».+ 22  İsraildə hakimlər dövründən bu yana, nə İsrail padşahlarının, nə Yəhuda padşahlarının dövründə bu cür Pasxa bayramı keçirilməmişdi.+ 23  Yehovaya həsr olunmuş bu Pasxa bayramı Yerusəlimdə Yuşiyyə padşahın hakimiyyətinin on səkkizinci ilində keçirildi. 24  Kahin Xilqiyyənin Yehovanın məbədində tapdığı kitabda+ yazılan qanunları yerinə yetirmək üçün Yuşiyyə Yəhudanı və Yerusəlimi cindarlardan, baxıcılardan+, ev bütlərindən*+, iyrənc bütlərdən və bütün mənfur şeylərdən təmizlədi.+ 25  Nə ondan əvvəl, nə də ondan sonra Musanın Qanununda yazıldığı kimi, bütün qəlbi, bütün varlığı,+ var gücü ilə Yehovaya üz tutan padşah olmadı. 26  Amma Mənəssənin Yehovanı qəzəbləndirən əməllərinə görə Onun Yəhudaya qarşı alovlanan qəzəbi soyumadı.+ 27  Yehova dedi: «Yəhudanı da İsrail kimi+ önümdən rədd edəcəyəm.+ Seçdiyim şəhərdən, Yerusəlimdən, “adımı daşıyacaq” dediyim məbəddən+ üz döndərəcəyəm». 28  Yuşiyyənin qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 29  Onun dövründə Misir padşahı Neho Fərat çayı sahilində Aşşur padşahına kömək etməyə getdi. Yuşiyyə padşah onunla döyüşməyə çıxdı. Neho Megiddoda onunla qarşılaşıb onu öldürdü.+ 30  Yuşiyyənin adamları onun cəsədini arabaya qoyub Megiddodan Yerusəlimə gətirdilər və öz qəbrində dəfn etdilər. Ölkə sakinləri Yuşiyyənin oğlu Yəhəzi məsh edib atasının yerinə taxta çıxardı.+ 31  Yəhəz+ taxta çıxanda iyirmi üç yaşında idi və üç ay Yerusəlimdə hakimiyyət sürdü. Onun anası libnalı Ərəmyanın qızı Xamutal idi.+ 32  O, ata-babaları kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü.+ 33  Firon Neho+ onu Yerusəlimdə hakimiyyətdən uzaqlaşdıraraq Həməs məmləkətində, Riblahda+ zindana saldı. Sonra ölkənin üstünə yüz talant* gümüş və bir talant qızıl xərac qoydu.+ 34  Firon Neho Yuşiyyənin yerinə onun oğlu Əlyakimi taxta çıxardı və adını dəyişib Yəhyakim qoydu. Yəhəzi isə Misirə apardı+ və o, orada öldü.+ 35  Yəhyakim firona qızıl-gümüş xərac verdi. Fironun tələb etdiyi gümüşü ödəmək üçün ölkə üzərinə vergi qoymalı oldu. O, ölkənin adamlarının hər birindən torpaqdan qazandığı gəlirə görə qızıl-gümüş alıb firon Nehoya verdi. 36  Yəhyakim+ taxta çıxanda iyirmi beş yaşında idi və on bir il Yerusəlimdə hakimiyyət sürdü.+ Onun anası rumahlı Fədayın qızı Zəbidə idi. 37  O, ata-babaları kimi+ Yehovanın bəyənmədiyi pis işlər gördü.+

Haşiyələr

Yaxud yemək otağından.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.