Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 22:1—20

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Yuşiyyə (1, 2)

  • Məbədin təmiri üzrə göstərişlər (3—7)

  • Tövrat kitabının tapılması (8—13)

  • Hülda bəla barədə xəbər verir (14—20)

22  Yuşiyyə+ taxta çıxanda səkkiz yaşında idi və otuz bir il Yerusəlimdə hakimiyyət sürdü.+ Onun anası bozqatlı+ Adayın qızı Yədda idi.  O, Yehovanın bəyəndiyi işləri görüb əcdadı Davudun yolu ilə getdi,+ ondan sağa, sola dönmədi.  Yuşiyyə padşah hakimiyyətinin on səkkizinci ilində Məşullam oğlu Əzliyahın oğlu katib Şafanı Yehovanın məbədinə göndərib dedi:+  «Baş kahin Xilqiyyənin+ yanına gedin, qoy o, qapı keşikçilərinin xalqdan yığdığı, Yehovanın məbədinə gətirilən pulu toplasın.+  Pulu Yehovanın məbədindəki işlərə nəzarət edənlərə versinlər. Onlar da Yehovanın məbədinin uçuq-söküyünü təmir edən işçilərə,+  yəni sənətkarlara, ustalara, bənnalara versinlər. Onlar məbədi təmir etmək üçün tirlər və yonulmuş daşlar alsınlar.+  Lakin verdiyiniz pula görə onlardan hesabat istəməyin, çünki onlar etibarlı adamlardır».+  Baş kahin Xilqiyyə katib Şafana+ dedi: «Yehovanın məbədində Tövrat kitabını*+ tapmışam». Xilqiyyə kitabı Şafana verdi, o da oxumağa başladı.+  Katib Şafan padşahın yanına gəlib dedi: «Qulların məbəddəki sandığı boşaldıb pulları Yehovanın məbədindəki işlərə nəzarət edənlərə verdilər».+ 10  Ardınca dedi: «Kahin Xilqiyyə mənə bir kitab+ verdi». Şafan kitabı padşahın hüzurunda oxumağa başladı. 11  Padşah Tövratda yazılanları eşidəndə yaxasını cırdı.+ 12  Kahin Xilqiyyəyə, Şafan oğlu Əxiqəmə+, Mikay oğlu Ahbura, katib Şafana və öz qulluqçusu Əsyaha buyurdu: 13  «Gedin mənim üçün, xalq üçün, Yəhuda üçün Yehovaya müraciət edin, öyrənin görün tapılmış bu kitabda yazılan sözlər nə deməkdir. Ata-babalarımız bu kitabdakı sözlərə itaət etməyiblər, bizim üçün yazılanlara riayət etməyiblər, buna görə Yehova bizə çox qəzəblənib».+ 14  Kahin Xilqiyyə, Əxiqəm, Ahbur, Şafan, Əsyah qadın peyğəmbər+ Hüldanın yanına getdilər. O, Xarxas oğlu Tiqvanın oğlunun, paltarlara baxan Səllumun arvadı idi və Yerusəlimin ikinci məhəlləsində yaşayırdı. Onlar orada onunla danışdılar.+ 15  Qadın dedi: «İsrailin Allahı Yehova deyir: “Sizi Mənə müraciət etməyə göndərən adama söyləyin ki, 16  Yehova belə deyir: “Mən bu yerin, onun sakinlərinin başına bəla gətirəcəyəm. Yəhuda padşahının kitabda oxuduğu+ hər kəlmə gerçəkləşəcək. 17  Çünki onlar Məni tərk ediblər. Başqa allahlar+ üçün qurbanlar yandırır, əllərinin işi ilə Məni təhqir edirlər.+ Bu yerə qarşı qəzəbim alovlanacaq, sönməyəcək!”+ 18  Lakin sizi Yehovaya müraciət etməyə göndərən Yəhuda padşahına deyin ki, eşitdiyi sözlərə gəlincə, İsrailin Allahı Yehova belə deyir: 19  “Sən ki bu yerlə sakinlərinin bəla və lənət hədəfi olacaqlarını dediyimi eşidəndə ürəyin sızladı, özünü Mənim, Yehovanın önündə aşağı tutdun,+ yaxanı cırıb+ hüzurumda ağladın, Mən də səni eşitdim, — Yehova belə bəyan edir. — 20  Buna görə də səni əcdadlarına qovuşduracağam*, sülh içində qəbrə gedəcəksən, bu yerə gətirəcəyim bəlanı gözlərin görməyəcək”». Onlar gəlib bu cavabı padşaha bildirdilər.

Haşiyələr

İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.