Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 21:1—26

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Mənəssənin əməlləri (1—18)

    • Yerusəlim dağılacaq (12—15)

  • Yəhuda padşahı Amun 19—26)

21  Mənəssə+ taxta çıxanda on iki yaşında idi və əlli beş il Yerusəlimdə hakimiyyət sürdü.+ Anasının adı Həfsiba idi.  Mənəssə Yehovanın bəyənmədiyi pis işlər gördü, Yehovanın İsrail xalqının önündən qovduğu xalqların iyrənc işlərini təkrar etdi.+  O, atası Hizqiyyənin dağıtdığı+ səcdəgahları bərpa etdi, İsrail padşahı Əhəb kimi, Baal üçün qurbangahlar tikdi, Aşera bütləri düzəltdi,+ səma ordusuna səcdə qılıb qulluq etdi.+  Yehovanın «adımı Yerusəlimdə yaşadacağam» dediyi yerdə,+ Yehovanın məbədində qurbangahlar tikdi.+  O, Yehovanın məbədinin iki həyətində+ bütün səma ordusuna qurbangahlar tikdi.+  Oğlunu odda yandırdı, sehrbazlıq etdi, fala baxdı,+ cindarlar, baxıcılar təyin etdi.+ Yehovanın bəyənmədiyi mənfur işlər görüb Onu təhqir etdi.  Mənəssə düzəltdiyi Aşera oyma bütünü+ məbədə qoydu. O məbədə ki, onun haqqında Yehova Davuda və oğlu Süleymana demişdi: «Bu məbəd və İsrail qəbilələrinin şəhərləri arasından seçdiyim Yerusəlim həmişəlik adımı daşıyacaq.+  Əgər israillilər onlara verdiyim buyruqlara, qulum Musanın verdiyi Qanuna dəqiqliklə əməl etsələr,+ bir də onları əcdadlarına verdiyim ölkədən didərgin salmayacağam».+  Ancaq onlar qulaq asmadılar. Mənəssə onları yoldan çıxardı, onları Yehovanın israillilərin önündən yox etdiyi xalqlardan+ da betər işlərə sürüklədi. 10  Yehova peyğəmbərləri vasitəsilə deyirdi:+ 11  «Yəhuda padşahı Mənəssə bütün bu mənfur işləri gördüyü üçün, özündən qabaq yaşayan amorilərdən+ də beşbetər davrandığı üçün,+ iyrənc bütlərilə Yəhudanı günaha sürüklədiyi üçün 12  İsrailin Allahı Yehova belə deyir: “Yerusəlimlə Yəhudanın başına elə bəla gətirəcəyəm ki,+ eşidənlərin iki qulağı da cingildəyəcək.+ 13  Səməriyyəni+ ölçdüyüm ölçü ipi+ ilə Yerusəlimi də ölçəcəyəm, Əhəb evi üçün işlətdiyim tarazı* onun üçün də işlədəcəyəm,+ kasanı necə silib üzüstə qoyurlarsa, Yerusəlimi də elə siləcəyəm.+ 14  İrsimdən qalanları atacağam,+ onları düşmən əlinə verəcəyəm. Düşmənlər onları talan edib əsir aparacaq.+ 15  Çünki bəyənmədiyim pis işlər gördülər, əcdadları Misirdən çıxandan bu günədək Məni təhqir etdilər”».+ 16  Mənəssə Yehovanın bəyənmədiyi pis işlər görərək Yəhudanı günaha sürükləməkdən əlavə, çoxlu günahsız qan tökdü, Yerusəlimi qana qərq elədi.+ 17  Mənəssənin qalan işləri, bütün etdikləri, günahları Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 18  Mənəssə ata-babalarına qovuşdu, onu sarayındakı bağda, Üzza bağında dəfn etdilər.+ Oğlu Amun onun yerinə taxta çıxdı. 19  Amun+ taxta çıxanda iyirmi iki yaşında idi və iki il Yerusəlimdə hakimiyyət sürdü.+ Onun anası yütbəli Xəruzun qızı Məsəlimət idi. 20  Amun atası Mənəssə kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü,+ 21  atasının yolu ilə getdi, atasının ibadət etdiyi iyrənc bütlərə səcdə qılıb ibadət etdi.+ 22  O, ata-babalarının Allahı Yehovadan üz döndərdi, Yehovanın yolu ilə getmədi.+ 23  Amunun əyanları sui-qəsd qurub onu öz evində öldürdülər. 24  Amma xalq Amun padşaha sui-qəsd quranların hamısını öldürdü və oğlu Yuşiyyəni onun yerinə taxta çıxardı.+ 25  Amun padşahın qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 26  Onu Üzza bağındakı qəbrində dəfn etdilər.+ Oğlu Yuşiyyə+ onun yerinə taxta çıxdı.

Haşiyələr

Yaxud şaqulu.