Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 20:1—21

MÜNDƏRİCAT

  • Hizqiyyənin xəstəlikdən sağalması (1—11)

  • Babil elçiləri (12—19)

  • Hizqiyyənin ölümü (20, 21)

20  O vaxt Hizqiyyə xəstələnib ölüm yatağına düşdü.+ Amuz oğlu Əşiya peyğəmbər onun yanına gəlib dedi: «Yehova belə deyir: “Ev əhlinə vəsiyyətini elə, çünki sağalmayacaqsan, öləcəksən”».+  O, üzünü divara çevirib Yehovaya dua etdi:  «Yehova, yalvarıram, nə olar, yadına sal, mən necə önündə sidqi-ürəklə, sədaqətlə yerimişəm, Sənə məqbul işlər görmüşəm».+ Hizqiyyə acı-acı ağladı.  Əşiya sarayın orta həyətinə çatmamış Yehovanın sözü ona nazil oldu:+  «Qayıt, xalqımın hökmdarı Hizqiyyəyə de ki, əcdadın Davudun Allahı Yehova belə deyir: “Duanı eşitdim. Göz yaşlarını gördüm.+ Sənə şəfa verəcəyəm.+ Üçüncü gün Yehovanın məbədinə gedəcəksən.+  Ömrünü on beş il artıracağam. Səni də, bu şəhəri də Aşşur padşahının əlindən qurtaracağam.+ Öz adım naminə və qulum Davudun xatirinə bu şəhəri qoruyacağam”».+  Əşiya dedi: «Əncir lavaşanası gətirin». Lavaşananı gətirib çibanın üstünə qoydular. Hizqiyyə yavaş-yavaş sağaldı.+  Hizqiyyə Əşiyadan soruşmuşdu: «Yehovanın məni sağaldacağına, üçüncü gün Yehovanın məbədinə gedəcəyimə əlamət+ nə olacaq?»  Əşiya demişdi: «Yehova dediyi sözü yerinə yetirəcək. Yehova sənə bu əlaməti verir: necə istəyirsən, kölgə pilləkənin* üstü ilə on pillə qabağa getsin, yoxsa on pillə dala?»+ 10  Hizqiyyə dedi: «Kölgənin on pillə qabağa gəlməsi on pillə dala getməsindən asandır». 11  Əşiya peyğəmbər Yehovaya dua etdi. Allah Əhəz pilləkəninin pillələrinə düşmüş kölgəni on pillə dala apardı.+ 12  Babil padşahı Baladan oğlu Bərdax-Baladan Hizqiyyənin xəstələndiyini eşidib ona məktublar və hədiyyələr göndərdi.+ 13  Hizqiyyə elçilərə xoşgəldin elədi, bütün xəzinəsini+ — qızıl-gümüşü, balzamı, başqa bahalı yağları, cəbbəxanasını və xəzinəsində olan hər şeyi onlara göstərdi. Evində və bütün səltənətində elə şey qalmadı ki, onlara göstərməsin. 14  Əşiya peyğəmbər Hizqiyyə padşahın yanına gəlib soruşdu: «Bu adamlar haradan gəlmişdilər? Nə dedilər?» Hizqiyyə dedi: «Uzaq diyardan, Babildən gəlmişdilər».+ 15  Əşiya soruşdu: «Sarayında nələri gördülər?» Hizqiyyə dedi: «Hər şeyi. Xəzinəmdə onlara göstərmədiyim şey qalmadı». 16  Əşiya dedi: «Yehovanın sözünü dinlə.+ 17  “Elə gün gələcək ki, sarayındakı hər şeyi, ata-babalarının bu günə qədər yığdığı nə varsa, hamısını Babilə aparacaqlar.+ Heç nə qalmayacaq, — deyir Yehova. — 18  Səndən törəyəcək oğullarının da bəzilərini aparacaqlar.+ Onlar Babil padşahının sarayında saray məmuru olacaqlar”».+ 19  Hizqiyyə Əşiyaya dedi: «Yehovanın dediyi bu söz haqdır».+ Sonra əlavə etdi: «Təki mənim dövrümdə sülh, əmin-amanlıq olsun».+ 20  Hizqiyyənin qalan işləri, bütün qüdrətli işləri, çarhovuz+, su kəməri tikib şəhərə su çəkməsi+ Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 21  Hizqiyyə ata-babalarına qovuşdu.+ Oğlu Mənəssə+ onun yerinə taxta çıxdı.+

Haşiyələr

Ehtimal ki, bu pilləkəndən günəş saatı kimi istifadə olunurdu.