Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 2:1—25

MÜNDƏRİCAT

  • İlyas göyə qaldırılır (1—18)

    • Əlyəsə İlyasın paltarını götürür (13, 14)

  • Əlyəsə Ərihanın suyunu saf edir (19—22)

  • Ayılar oğlan uşaqlarını parçalayır (23—25)

2  Yehovanın İlyası+ qasırğa içində göylərə qaldırmaq vaxtı çatanda+ İlyasla Əlyəsə+ Gilqaldan+ çıxdılar.  İlyas Əlyəsəyə dedi: «Sən burada qal, Yehova məni Beytelə göndərir». Amma Əlyəsə dedi: «Yehovaya and olsun, sənin canın üçün, səndən ayrılmayacağam». Onlar Beytelə+ getdilər.  Beyteldə peyğəmbər oğulları* Əlyəsənin yanına gəlib dedilər: «Bilirsən ki, bu gün Yehova ağanı aparacaq? O daha sənin ustadın olmayacaq».+ Əlyəsə dedi: «Bilirəm. Susun».  İlyas Əlyəsəyə dedi: «Əlyəsə, sən burada qal, Yehova məni Ərihaya+ göndərir». O dedi: «Yehovaya and olsun, sənin canın üçün, səndən ayrılmayacağam». Onlar Ərihaya getdilər.  Ərihada peyğəmbər oğulları Əlyəsənin yanına gəlib dedilər: «Bilirsən ki, bu gün Yehova ağanı aparacaq? O daha sənin ustadın olmayacaq». Əlyəsə dedi: «Bilirəm. Susun».  İlyas Əlyəsəyə dedi: «Sən burada qal, Yehova məni İordana göndərir». Əlyəsə cavab verdi: «Yehovaya and olsun, sənin canın üçün, səndən ayrılmayacağam». İkisi də bir yerdə getdi.  Gəlib İordanın yanında durdular. Peyğəmbər oğullarından əlli nəfər də arxalarınca gəlib uzaqdan onlara baxırdı.  İlyas paltarını+ çıxarıb bürmələdi və suya vurdu, sular ortadan ayrıldı. Onlar quru yerdən çayı keçdilər.+  Çayı keçən kimi İlyas Əlyəsəyə dedi: «Hələ ki, Allah məni aparmayıb, məndən nə diləyin var söylə». Əlyəsə dedi: «Qoy səndəki ruhdan iki pay+ alım».+ 10  O dedi: «Çətin şey istəyirsən. Əgər Allahın məni apardığını görsən, istəyinə çatacaqsan, əgər görməsən, yox». 11  Onlar söhbət edə-edə gedəndə birdən, sanki, alovdan bir araba və atlar+ peyda olub onları bir-birindən ayırdı. İlyas qasırğanın içində göyə qalxdı.+ 12  Əlyəsə buna baxa-baxa qışqırırdı: «Atam, atam! İsrailin arabası, süvariləri!»+ İlyas gözdən itəndə Əlyəsə paltarını ortadan cırdı,+ 13  İlyasın əynindən düşən paltarı+ götürüb dala qayıtdı və İordanın sahilində durdu. 14  Sonra İlyasın paltarını suya vurub dedi: «İlyasın Allahı Yehova haradadır?» Əlyəsə paltarı suya vuranda sular ortadan ayrıldı və o, çayın dibi ilə o tərəfə keçdi.+ 15  Ərihada olan peyğəmbər oğulları uzaqdan onu görüb dedilər: «İlyasın ruhu Əlyəsənin üzərindədir».+ Onlar onun qabağına gəlib yerə qədər təzim etdilər. 16  Ona dedilər: «Bu qullarının yanında əlli diribaş adam var. İzin ver, gedib ağanı axtarsınlar. Yəqin, Yehovanın ruhu onu aparıb dağların, ya da dərələrin birinə qoyub».+ Əlyəsə dedi: «Lazım deyil, göndərməyin». 17  Amma onlar o qədər üz vurdular ki, Əlyəsə naçar qalıb dedi: «Yaxşı, göndərin». Əlli nəfəri göndərdilər. Onlar üç gün İlyası axtardılar, amma heç yerdə tapmayıb 18  Əlyəsənin yanına, Ərihaya+ qayıtdılar. Əlyəsə dedi: «Sizə demədim getməyin?» 19  Şəhərin əhalisi Əlyəsəyə dedi: «Ağa, şəhər yaxşı yerdədir,+ amma ki, suyu pis, torpağı bəhərsizdir*». 20  O dedi: «Bir masquraya duz töküb mənə gətirin». Ona masqura gətirdilər. 21  Əlyəsə gedib duzu bulağa atdı+ və dedi: «Yehova belə deyir: “Mən bu suyu saf edirəm. Artıq su ölüm, sonsuzluq* gətirməyəcək”». 22  Əlyəsənin sözü ilə su saf oldu və bu, indiyə qədər belədir. 23  Əlyəsə oradan Beytelə getdi. Yolda şəhərdən çıxan oğlan uşaqları onu ələ saldılar:+ «Keçəl, get buradan! Keçəl, get buradan!» 24  O çevrilib onlara baxdı və Yehovanın adı ilə onları lənətlədi. Meşədən iki ayı+ çıxıb qırx iki uşağı parçaladı.+ 25  Əlyəsə oradan Karmel dağına+ getdi, oradan da Səməriyyəyə qayıtdı.

Haşiyələr

Görünür, peyğəmbər oğulları dedikdə peyğəmbərlərin təlim aldığı məktəb və ya peyğəmbərlər birliyi nəzərdə tutulur.
Digər variant: qadınların uşaq salmasına bais olur.
Digər variant: uşaqsalma.