Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 16:1—20

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Əhəz (1—6)

  • Əhəz aşşurluları pulla ələ alır (7—9)

  • Əhəz bütpərəst qurbangahın surətini düzəldir (10—18)

  • Əhəzin ölümü (19—20)

16  Rəmali oğlu Fəqanın hakimiyyətinin on yeddinci ilində Yəhuda padşahı Yutəmin oğlu Əhəz+ padşah oldu.  Əhəz taxta çıxanda iyirmi yaşında idi və on altı il Yerusəlimdə hakimiyyət sürdü. O, əcdadı Davuddan fərqli olaraq, Allahı Yehovanın bəyəndiyi işləri görmədi,+  İsrail padşahlarının yolu ilə getdi,+ hətta Yehovanın israillilərin önündən qovduğu xalqların iyrənc əməllərini təkrarlayaraq oğlunu odda yandırdı.+  O, səcdəgahlarda+, təpələrdə, hər gur yarpaqlı ağacın altında qurban gətirib, qurban tüstüsü təqdim edirdi.+  Həmin vaxt Aram padşahı Rəsin və İsrail padşahı Rəmali oğlu Fəqa Yerusəlimə hücum etdilər.+ Onlar Əhəzi mühasirəyə aldılar, ancaq şəhəri ala bilmədilər.  Onda Aram padşahı Rəsin Elatı Əduma qaytardı+ və yəhudiləri oradan qovdu. Ədumilər Elata girib oranı tutdular. Bu, indiyədək belədir.  Əhəz Aşşur padşahı Tiqlatpalasara+ xəbər göndərib dedi: «Mən sənin nökərin və oğlunam. Gəl, məni üstümə hücum edən Aram padşahı ilə İsrail padşahının əlindən qurtar».  Əhəz Yehovanın məbədində və sarayın xəzinəsində olan qızıl-gümüşü yığıb Aşşur padşahına hədiyyə göndərdi.+  Aşşur padşahı onun xahişini qəbul etdi, yürüş edib Dəməşqi aldı, əhalisini Giraha sürgün etdi,+ Rəsini isə öldürdü.+ 10  Əhəz padşah Aşşur padşahı Tiqlatpalasarla görüşmək üçün Dəməşqə getdi. Əhəz padşah Dəməşqdəki qurbangahı görüb onun təsvirini, layihəsini və quruluşunu kahin Uryaha göndərdi.+ 11  Kahin Uryah+ Əhəz padşahın Dəməşqdən göndərdiyi göstərişlərə əsasən qurbangah tikdi.+ Əhəz padşah Dəməşqdən qayıdana qədər qurbangahı tikib qurtardı. 12  Padşah Dəməşqdən qayıdıb qurbangahı gördü və qurbangaha yaxınlaşıb orada qurban təqdim etdi.+ 13  O, həmin qurbangahın üstündə öz yandırma qurbanını, taxıl təqdiməsini yandırır, şərab təqdiməsini tökür və ünsiyyət qurbanının qanını onun üzərinə çiləyirdi. 14  Əhəz Yehovanın hüzurundakı mis qurbangahı+ yerindən, məbədin qabağından, öz qurbangahı ilə Yehovanın məbədi arasından götürüb öz qurbangahının şimal tərəfinə qoydu. 15  Əhəz padşah kahin Uryaha+ dedi: «Səhər yandırma qurbanını, axşam taxıl təqdiməsini+ böyük qurbangahın üstündə yandır.+ Padşahın yandırma qurbanını və taxıl təqdiməsini, həmçinin xalqın yandırma qurbanlarını, taxıl təqdimələrini və şərab təqdimələrini də orada təqdim et. Yandırma qurbanlarının və başqa qurbanların qanını onun üstünə çilə. Mis qurbangaha gəlincə, baxım görüm onunla nə edərəm». 16  Kahin Uryah Əhəz padşahın buyurduğu kimi etdi.+ 17  Əhəz padşah arabaların yan lövhələrini kəsdi,+ teştləri onların üstündən götürdü.+ Çəni onu saxlayan mis buğaların üstündən götürüb+ daş səkinin üstünə qoydu.+ 18  O, Aşşur padşahının qorxusundan məbəddə şənbə günü üçün tikilmiş örtülü yeri və padşahların Yehovanın məbədinə girdiyi qapını götürdü. 19  Əhəzin qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır.+ 20  Əhəz ata-babalarına qovuşdu. Onu Davud şəhərində ata-babalarının yanında dəfn etdilər. Oğlu Hizqiyyə*+ onun yerinə taxta çıxdı.

Haşiyələr

Mənası: Yehova gücləndirir.