Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 14:1—29

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Amisay (1—6)

  • Ədum və İsraillə müharibə (7—14)

  • İsrail padşahı Yuəsin ölümü (15, 16)

  • Amisayın ölümü (17—22)

  • İsrail padşahı II Ərubam (23—29)

14  İsrail padşahı Yəhəz oğlu Yuəsin hakimiyyətinin ikinci ilində+ Yuəs oğlu Amisay Yəhudanın padşahı oldu.  O, iyirmi beş yaşında taxta çıxdı və iyirmi doqquz il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası yerusəlimli Yəhuəddin idi.+  Amisay Yehovanın bəyəndiyi işləri görürdü, amma əcdadı Davud kimi deyildi.+ O, atası Yuəsin yolu ilə getdi.+  Səcdəgahlar yox edilməmişdi,+ xalq hələ də səcdəgahlarda qurban gətirir, qurban tüstüsü təqdim edirdi.+  Hakimiyyət əlində möhkəmlənən kimi Amisay atası padşahı qətlə yetirən əyanları öldürdü.+  Amma qatillərin oğullarını öldürmədi. Çünki Musanın Tövratında* Yehova buyurmuşdu: «Ata övladına görə, övlad da atasına görə öldürülməməlidir. Hər kəs öz günahına görə öldürülməlidir».+  Amisay Duz vadisindəki döyüşdə 10 000 ədumini qırdı+ və Selanı alıb adını Yuqtil qoydu.+ Oranın adı bu günədək belədir.  Amisay İsrail padşahı Yəhu oğlu Yəhəzin oğlu Yuəsə qasidlər göndərib dedi: «Çıx meydana, döyüşək!»+  İsrail padşahı Yuəs Yəhuda padşahı Amisaya cavab verdi: «Livanda qanqal sidr ağacına xəbər göndərdi: “Qızını oğluma ver”. Amma bir çöl heyvanı qanqalı tapdalayıb keçdi. 10  Düzdür, sən Ədumu darmadağın etmisən.+ Ona görə də ürəyin qürurlanıb. Get otur evində qələbənə sevin. Sənə lazımdır ki, başına bəla açıb Yəhudanı da özünlə bərabər uçuruma sürükləyəsən?» 11  Amma Amisay qulaq asmadı.+ İsrail padşahı Yuəs gəldi və Yəhuda padşahı Amisayla Yəhudanın Beyt-Şəms+ şəhərində qarşılaşdı.+ 12  Yəhudalılar İsrailə məğlub oldular. Hər kəs öz evinə qaçdı. 13  İsrail padşahı Yuəs Beyt-Şəmsdə Yəhuda padşahı Əhəzya oğlu Yuəsin oğlu Amisayı əsir götürüb Yerusəlimə gəldi. Yuəs Əfraim darvazasından+ Künc darvazaya+ qədər Yerusəlim divarının 400 qulacını* uçurtdu. 14  O, Yehovanın məbədində və sarayın xəzinəsində olan bütün qızıl-gümüşü və əşyaları yığıb əsirlərlə birlikdə Səməriyyəyə apardı. 15  Yuəsin qalan işləri, bütün etdikləri, qüdrəti və Yəhuda padşahı Amisayla döyüşü İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 16  Yuəs ata-babalarına qovuşdu və Səməriyyədə İsrail padşahlarının yanında dəfn edildi.+ Oğlu Ərubam*+ onun yerinə taxta çıxdı. 17  Yəhuda padşahı Yuəs oğlu Amisay+ İsrail padşahı Yəhəz oğlu Yuəsin ölümündən sonra on beş il yaşadı.+ 18  Amisayın qalan işləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 19  Axırda Yerusəlimdə ona qarşı sui-qəsd qurdular.+ O, Lahişə qaçdı. Amma dalınca adamlar göndərib onu orada öldürdülər. 20  Cəsədini atların üstündə gətirib Yerusəlimdə, Davud şəhərində ata-babalarının yanında dəfn etdilər.+ 21  Yəhuda xalqı on altı yaşlı Əzriyanı*+ atası Amisayın yerinə taxta çıxartdı.+ 22  Padşah ata-babalarına qovuşandan sonra Əzriya Elatı+ Yəhudaya qaytardı və bərpa etdi.+ 23  Yəhuda padşahı Yuəs oğlu Amisayın hakimiyyətinin on beşinci ilində İsrail padşahı Yuəs oğlu Ərubam+ Səməriyyədə taxta çıxdı və qırx bir il hakimiyyət sürdü. 24  O, Yehovanın bəyənmədiyi pis işlər görür, Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan+ dönmürdü. 25  O, İsrailin Allahı Yehovanın öz qulu cat-həfərli+ Amitay oğlu Yunus peyğəmbər+ vasitəsilə dediyi kimi, Ləbu-Həməsdən+ Ərəbə dənizinədək*+ İsrailin sərhədlərini bərpa etdi. 26  Çünki Yehova İsrailin çəkdiyi ağır zülmü görmüşdü.+ İsrailin dadına yetişmək üçün bir kimsə, bir biçarə, bir zavallı belə, qalmamışdı. 27  Amma Yehova vəd etmişdi ki, İsrailin adı göylər altından silinməyəcək.+ Ona görə də O, Yuəs oğlu Ərubamın əli ilə İsraili qurtardı.+ 28  Ərubamın qalan işləri, bütün etdikləri, qüdrəti, necə döyüşməsi, Dəməşqi+ və Həməsi+ Yəhuda ilə İsrailin tabeliyinə salması İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 29  Ərubam ata-babalarına, İsrail padşahlarına qovuşdu. Oğlu Zəkəriyyə+ onun yerinə taxta çıxdı.

Haşiyələr

Təx. 178 m. 1 qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
II Ərubam.
Şor dəniz, yəni Ölü dəniz.