Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 12:1—21

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Yuəs (1—3)

  • Yuəs məbədi təmir edir (4—16)

  • Aramilərin basqını (17, 18)

  • Yuəs öldürülür (19—21)

12  Yuəs+ Yəhunun+ hakimiyyətinin yeddinci ilində taxta çıxdı və qırx il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası biir-səbalı Sibyə idi.+  Nə qədər ki Yəhyaday Yuəsə öyüd-nəsihət verirdi, Yuəs Yehovanın bəyəndiyi işləri görürdü.  Lakin səcdəgahlar*+ yox edilmədi, xalq hələ də səcdəgahlarda qurban gətirir, qurban tüstüsü təqdim edirdi.  Yuəs kahinlərə dedi: «Müqəddəs təqdimələr üçün Yehovanın məbədinə gətirilən pulları,+ yəni can vergisini,+ insanın dəyərinə görə verilən pulu və hər kəsin ürəyinin sövqü ilə Yehovanın evinə gətirdiyi pulu+ götürün.  Qoy kahinlər tanıdıqları ianəçilərdən pulu şəxsən özləri götürsünlər və həmin pulla məbədin uçuq yerlərini təmir eləsinlər».+  Yuəs padşahın hakimiyyətinin iyirmi üçüncü ilində kahinlər hələ də məbədi təmir etməmişdilər.+  Yuəs padşah kahin Yəhyadayı+ və başqa kahinləri çağırıb dedi: «Nə üçün məbədin uçuqlarını təmir etmirsiniz? Pulu evin bərpası üçün xərcləmirsinizsə, ianəçilərdən pul götürməyin».+  Kahinlər razılaşdılar ki, daha xalqdan pul götürməsinlər və məbədin təmiri üçün məsuliyyət daşımasınlar.  Kahin Yəhyaday bir sandıq+ götürüb qapağında dəlik açdı və qurbangahın yanında, Yehovanın məbədinin girişinin sağ tərəfində qoydu. Qapıçı kahinlər Yehovanın evinə gətirilən pulları ora atırdılar.+ 10  Hər dəfə sandıqda pul çoxalanda padşahın katibi və baş kahin gəlib Yehovanın evinə gətirilən pulu yığır və sayırdı.+ 11  Sayılan pulu Yehovanın evində görülən işin nəzarətçilərinə təhvil verirdilər. Onlar da Yehovanın evində çalışan dülgərlərin, ustaların, 12  bənnaların, daşkəsənlərin haqqını ödəyir,+ Yehovanın məbədini təmir etmək üçün tirlər, yonulmuş daşlar alır, həmçinin pulu məbədin başqa təmir işlərinə xərcləyirdilər. 13  Yehovanın evinə gətirilən puldan Yehovanın evi üçün gümüş teşt, fitil maqqaşı, kasa, kərənay+, digər qızıl-gümüş əşyalar düzəltməyə istifadə edilmirdi.+ 14  Pulu işçilərə verirdilər, onlar da bu pulla Yehovanın evini təmir edirdilər. 15  Onlar işçilərə ödəmək üçün pulu təhvil verdikləri adamlardan hesabat tələb etmirdilər, çünki bu adamlar etibarlı idilər.+ 16  Təqsir qurbanı+ və günah qurbanı üçün olan pullar isə Yehovanın evinə gətirilmirdi, bu pullar kahinlərə məxsus idi.+ 17  Həmin vaxt Aram padşahı Həzail+ yürüş edib Catla+ döyüşdü və oranı zəbt etdi. Sonra Həzail Yerusəlimə üz tutdu.+ 18  Onda Yəhuda padşahı Yuəs ata-babaları, sələfləri Yəhuda padşahları Yəhuşafatın, Yəhuramın, Əhəzyanın, eləcə də özünün Allah üçün ayırdığı müqəddəs təqdimələri, Yehovanın məbədindəki və saraydakı xəzinənin bütün qızıllarını yığıb Aram padşahı Həzailə göndərdi,+ o da Yerusəlimdən çəkildi. 19  Yuəsin qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 20  Onun əyanları birləşib ona qarşı sui-qəsd qurdular+ və Sillaya enən yolda, Təpədəki+ qalada* onu öldürdülər. 21  Onu öldürən əyanlar Şimat oğlu Yüzqər və Somir oğlu Yəhuzabad idi.+ Onu Davud şəhərində dəfn etdilər. Oğlu Amisay onun yerinə taxta çıxdı.+

Haşiyələr

Hərfən: yüksəkliklər.
Yaxud Beyt-Millohda.