Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 11:1—21

MÜNDƏRİCAT

  • Ətəlya taxt-tacı ələ keçirir (1—3)

  • Yuəs xəlvətcə padşah qoyulur (4—12)

  • Ətəlya öldürülür (13—16)

  • Yəhyadayın apardığı islahatlar (17—21)

11  Əhəzyanın anası Ətəlya+ oğlunun öldüyünü+ görəndə qalxıb bütün şah nəslini qırdı.+  Ancaq Yəhuram padşahın qızı, Əhəzyanın bacısı Yəhusəba ölüm hökmü verilmiş şahzadələrin içindən Əhəzyanın oğlu Yuəsi+ xəlvətcə qaçırtdı və onu dayəsi ilə birgə içəridəki yataq otağında saxladı. Yuəsi Ətəlyadan gizlətdilər və o sağ qaldı.  O, altı il dayəsinin yanında Yehovanın məbədində gizləndi. Bütün bu vaxt ərzində Ətəlya ölkədə hökmranlıq edirdi.  Yeddinci ildə Yəhyaday karyalı mühafizəçilərin və saray keşikçilərinin yüzbaşılarını+ çağırtdırıb onları Yehovanın evində öz yanına topladı. Yehovanın evində onlarla saziş bağlayıb onlara and içdirdi. Sonra şahzadəni onlara göstərib+  tapşırıq verdi: «Belə edəcəksiniz: üçdə biriniz şənbə günü növbətçi olub sarayı qoruyacaq,+  üçdə biriniz Təməl darvazasının yanında olacaq, üçdə biriniz də saray keşikçilərinin arxasındakı darvazada duracaq. Növbə ilə sarayın keşiyini çəkəcəksiniz.  Şənbə günü növbədə olmayan iki bölüyünüz padşahı qorumaq üçün Yehovanın evinin keşiyini çəkəcək.  Hər kəs əlində silah padşahı əhatəyə alsın. Səflərinizə girən öldürülsün. Padşah hara getsə, onun yanında olun».  Yüzbaşılar+ hər şeyi kahin Yəhyadayın dediyi kimi etdilər. Hər biri şənbə günü növbədə olan və növbədə olmayan adamlarını götürdü və kahin Yəhyadayın yanına gəldi.+ 10  Kahin yüzbaşılara Davud padşahın Yehovanın evindəki nizələrini və dəyirmi qalxanlarını payladı. 11  Saray keşikçiləri+ əllərində silah sarayın sağ tərəfindən sol tərəfinə qədər hər yanda, qurbangahın+ yanında, məbədin yanında, padşahın dövrəsində öz yerlərini tutdular. 12  Yəhyaday şahzadəni+ bayıra çıxardı, tacı və Şəhadəti*+ onun başına qoydu. Onu padşahlığa məsh etdilər. Əl çalıb: «Yaşasın padşah!» — dedilər.+ 13  Ətəlya qaçan adamların ayaq səsini eşidəndə dərhal Yehovanın evindəki camaatın yanına gəldi.+ 14  Gördü ki, adətə uyğun olaraq, padşah sütunun yanında durub,+ başçılar və kərənayçılar+ padşahın yanındadır. Ölkənin bütün xalqı sevinib kərənay çalırdı. Onda Ətəlya yaxasını cırıb çığırdı: «Xəyanət! Xəyanət!» 15  Kahin Yəhyaday qoşuna başçılıq edən yüzbaşılara+ əmr etdi: «Onu səflərin arasından çıxarın. Kim onun dalınca getsə, qılıncdan keçirin!» Çünki kahin demişdi: «Onu Yehovanın evində öldürməyin». 16  Ətəlyanı tutdular və atların saraya+ girdiyi yerə gətirib öldürdülər. 17  Yəhyaday Yehova ilə padşah və xalq arasında əhd kəsdi+ ki, onlar bundan sonra da Yehovanın xalqı olsunlar. O həmçinin padşahla xalq arasında da əhd bağladı.+ 18  Bundan sonra bütün ölkə camaatı Baal bütxanasına getdi. Onun qurbangahlarını dağıtdılar,+ bütlərini parça-parça etdilər+ və Baal kahini Mattanı qurbangahların qarşısında öldürdülər.+ Kahin Yehovanın evinə nəzarətçilər təyin etdi.+ 19  Yehovanın evindən çıxan padşahı müşayiət etmək üçün kahin yüzbaşıları+, karyalı mühafizəçiləri, saray keşikçilərini+ və bütün ölkə camaatını topladı. Onlar saray keşikçilərinin darvazası yolu ilə saraya gəldilər. Yuəs padşah taxtına oturdu.+ 20  Ölkənin bütün xalqı sevinib-şadlanırdı. Şəhərdə dinclik bərqərar oldu, çünki Ətəlyanı sarayda qılıncdan keçirib öldürmüşdülər. 21  Yuəs+ taxta çıxanda yeddi yaşında idi.+

Haşiyələr

Ehtimal ki, bu, Allahın qanunları yazılmış tumar idi.