Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Padşahlar 1:1—18

MÜNDƏRİCAT

  • İlyasın peyğəmbərliyi: Əhəzya öləcək (1—18)

1  Əhəbin ölümündən sonra Muab+ İsrailə qarşı üsyan etdi.  Həmin vaxt Əhəzya Səməriyyədə yuxarı otağın şəbəkəli pəncərəsindən yıxılıb yaralandı. O, qasidlər göndərib onlara tapşırdı: «Gedin, Ekron+ allahı Baal-Zəbubdan soruşun görün sağalacağam?»+  Yehovanın mələyi tişbehli İlyasa*+ dedi: «Dur, Səməriyyə padşahının qasidlərinin qabağına çıx, de: “Məgər İsraildə Allah yoxdur ki, siz Ekron allahı Baal-Zəbuba müraciət etməyə gedirsiniz?+  Ona görə də Yehova belə deyir: “Yatağından qalxmayacaqsan, öləcəksən!”» İlyas bunu deyib getdi.  Qasidlər geri qayıdanda padşah soruşdu: «Niyə qayıtdınız?»  Onlar cavab verdilər: «Yolda bir nəfər qabağımıza çıxıb dedi: “Sizi göndərən padşahın yanına qayıdıb ona söyləyin ki, Yehova belə deyir: “Məgər İsraildə Allah yoxdur ki, sən Ekron allahı Baal-Zəbuba müraciət etməyə adam göndərirsən? Buna görə də yatağından qalxmayacaqsan, öləcəksən!”»+  Onda padşah soruşdu: «Qabağınıza çıxıb bu sözləri deyən adam hansı qiyafədə idi?»  Onlar dedilər: «Əynində tüklü paltar+ var idi, belinə dəri qurşaq bağlamışdı».+ Onda padşah dedi: «O, tişbehli İlyasdır».  Padşah bir əllibaşını əlli adamı ilə onun dalınca göndərdi. Əllibaşı gələndə İlyas dağın təpəsində oturmuşdu. Əllibaşı ona dedi: «Ey Allah adamı,+ padşah əmr edir: “Aşağı düş!”» 10  İlyas əllibaşıya dedi: «Yaxşı, əgər mən Allah adamıyamsa, qoy göydən od yağıb+ səni də, əlli adamını da məhv etsin». Göydən od yağıb əllibaşını və yanındakı əlli adamı məhv etdi. 11  Padşah başqa bir əllibaşını əlli adamı ilə onun dalınca göndərdi. Əllibaşı gəlib ona dedi: «Ey Allah adamı, padşah əmr edir: “Tez aşağı düş!”» 12  İlyas onlara dedi: «İndi ki mən Allah adamıyam, qoy göydən od yağıb səni də, əlli adamını da məhv etsin». Allah göydən od yağdırıb əllibaşını və yanındakı əlli adamı məhv etdi. 13  Padşah üçüncü dəfə bir əllibaşını əlli adamı ilə onun dalınca göndərdi. Əllibaşı gəlib İlyasın önündə diz çökdü və ona yalvardı: «Ey Allah adamı, mənə və bu əlli quluna yazığın gəlsin. 14  Əvvəlki iki əllibaşını, onların hər birinin əlli adamını göydən yağan od məhv elədi. Mənə yazığın gəlsin». 15  Onda Yehovanın mələyi İlyasa dedi: «Qorxma, dur onunla get». O qalxıb onunla padşahın yanına getdi. 16  İlyas padşaha dedi: «Yehova belə deyir: “Sən Ekron+ allahı Baal-Zəbuba müraciət etmək üçün qasidlər göndərdin. Məgər İsraildə Allah yoxdur?+ Niyə Ona müraciət etmədin? Ona görə də yatağından qalxmayacaqsan, öləcəksən”». 17  Yehovanın İlyas vasitəsilə dediyi kimi, Əhəzya öldü. Oğlu olmadığından onun yerinə taxta Yəhuram*+ çıxdı. Bu, Yəhuda padşahı Yəhuşafat oğlu Yəhuramın hakimiyyətinin ikinci ilində baş verdi.+ 18  Əhəzyanın+ qalan işləri, bütün etdikləri İsrail padşahlarının tarixi kitabında yazılmışdır.

Haşiyələr

Mənası: Allahım Yehovadır.
Əhəzyanın qardaşı.