Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Korinflilərə 9:1—15

MÜNDƏRİCAT

  • Yardım hansı niyyətlə edilməlidir (1—15)

    • Allah sevinclə verəni sevir (7)

9  O ki qaldı müqəddəslərə xidmət məsələsinə,+ məncə, bu haqda sizə yazmağa ehtiyac yoxdur.  Çünki hazır olduğunuzu bilirəm və artıq bir ildir ki, Axayyanın köməyə hazır olduğunu deyib makedoniyalıların qarşısında öyünürəm. Sizin şövqünüz onların əksəriyyətini həvəsləndirib.  Bununla belə, qardaşları yanınıza göndərirəm. Belə ki, sizinlə öyünməyimiz əbəs olmasın və siz, həqiqətən də, hazır olasınız, çünki sizin hazır olduğunuzu demişəm.  İşdir, makedoniyalılar mənimlə gəlib sizin hazır olmadığınızı görsələr, onda siz də, biz də bu arxayınlığımıza görə xəcalətli olarıq.  Ona görə də lazım bildim ki, qardaşları qabaqcadan yanınıza gəlməyə və daha əvvəl vəd etdiyiniz səxavətli bəxşişləri hazırlamağa təşviq edim. Bundan aydın olacaq ki, hazırladığınız bu bəxşişi məcburən yox, əliaçıqlıqla verirsiniz.  Bunu da deyim ki, simicliklə əkən az biçər, səxavətlə əkən isə bol-bol biçər.+  Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin,+ axı Allah gülərüzlə verəni sevir.+  Üstəlik, Allah Öz lütfünü sizə bol-bol verməyə qadirdir. Buna görə də korluq çəkməyəcəksiniz, hər yaxşı işi görmək üçün lazım olan şeyləriniz bol olacaq.+  (Axı yazılıb: «Səxavətlə paylayır, yoxsullara verir. Salehliyi əbədi durar».+ 10  Əkənə toxumu, yeyənə çörəyi bolluca verən Allah sizə də əkməyə bolluca toxum verəcək və sizdə salehlik bəhrəsini çoxaldacaq.) 11  Hər sahədə əliaçıq olmağınız üçün sizə hər şeydə bolluca bərəkət verilir. Bu səxavətiniz bizim vasitəmizlə Allaha şükran gətirir, 12  çünki bu xidmət müqəddəslərin ehtiyaclarını tam ödəməklə+ yanaşı, Allaha edilən şükürlərlə dolub-daşır. 13  Bu yardım xidmətinin verdiyi şəhadəti görənlər Allahı mədh edirlər. Çünki siz Məsih haqqında təbliğ etdiyiniz müjdəyə tabe olduğunuzu göstərir, onlara və hər kəsə səxavətlə bəxşiş verirsiniz.+ 14  Onlar Allahın sizə göstərdiyi hədsiz lütfə görə sizdən ötrü gecə-gündüz dua edir, sizi sevdiklərini bildirirlər. 15  Bu füsunkar ənam üçün Allaha şükürlər olsun!

Haşiyələr