Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Korinflilərə 6:1—18

MÜNDƏRİCAT

  • Allahın xeyirxahlığından sui-istifadə etməyin (1, 2)

  • Bulus xidmətdəki çətinliklərini təsvir edir (3—13)

  • İmansızlarla eyni boyunduruğa girməyin (14—18)

6  Biz Onunla birlikdə çalışaraq+ həm də sizə yalvarırıq: Allahın lütfünü alandan sonra elə yaşayın ki, bu lütf hədər getməsin.+  Çünki O, belə deyir: «İltifat vaxtı səni eşitdim və xilas günü sənə kömək etdim».+ Məhz indi iltifat vaxtıdır! İndi xilas günüdür!  Xidmətimizdə qüsur tapılmasın deyə, biz iman yolunda kimisə büdrədən bir iş görmürük,+  özümüzü hər cəhətdən Allahın xidmətçiləri kimi göstəririk:+ çoxlu sınaqlara dözməkdə, əzab-əziyyətdə, ehtiyac içində olanda, çətinliklərlə üzləşəndə,+  döyüləndə, dustaqxanalarda+, iğtişaşlarda, zəhmətə qatlaşanda, yuxusuz gecələrdə, ac qalanda+,  paklıqla, biliklə, səbirlə+, xeyirxahlıqla+, müqəddəs ruhla, riyasız məhəbbətlə+,  doğru sözlərlə, Allahın gücü ilə+, sağ və sol əldə tutduğumuz salehlik yaraqları+ ilə*,  şərəfdə və hörmətsizlikdə, tənqiddə və tərifdə. Bizi fırıldaqçı sayırlar, amma biz dürüst adamlarıq;  sanki, naməlumuq, amma tanınırıq; sanki, ölürük, amma baxın, sağ-salamatıq+; sanki, cəza çəkirik, amma ölümə məhkum edilməmişik;+ 10  sanki, kədərliyik, amma həmişə sevinirik; sanki, yoxsuluq, amma çoxlarını varlandırırıq; sanki, heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.+ 11  Ey korinflilər! Biz sizinlə açıq danışırıq, ürəyimizi sizin üçün geniş açmışıq. 12  Bizim qəlbimizdə sizin yeriniz var.+ Bəs hanı sizin qəlbinizdə bizim yerimiz? 13  Bunun müqabilində (sizə bir övladım kimi müraciət edirəm) siz də ürəyinizi geniş açın.+ 14  İmansızlarla eyni boyunduruğa girməyin.+ Axı salehliklə qanunsuzluq arasında nə əlaqə ola bilər?+ Yaxud nurla zülmət arasında nə ortaqlıq ola bilər?+ 15  Məsihlə Belial*+ arasında nə uyğunluq ola bilər? Yaxud imanlı ilə imansızın şərikli nəyi ola bilər?+ 16  Bütlərin Allahın məbədində nə işi ola bilər?+ Biz var olan Allahın məbədiyik.+ Allah Özü belə deyib: «Mən onların arasında yaşayacağam+ və onlarla olacağam. Mən onların Allahı olacağam, onlar da Mənim xalqım olacaqlar».+ 17  «Yehova belə deyir: “Buna görə də onların arasından çıxın, ayrılın və bir də murdar şeylərə toxunmayın”»,+ «və Mən sizi qəbul edəcəyəm».+ 18  «Qadir Allah Yehova belə deyir: “Mən sizə Ata olacağam,+ siz isə Mənim oğullarım və qızlarım olacaqsınız”».+

Haşiyələr

Ehtimal ki, sağ əldəki hücum üçün, sol əldəki müdafiə üçün işlənirdi.
İbrani dilində yaramaz mənasını verən sözdən yaranıb. Şeytana aid işlənir.