Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Korinflilərə 3:1—18

MÜNDƏRİCAT

  • Zəmanət məktubları (1—3)

  • Yeni əhdin xidmətçiləri (4—6)

  • Yeni əhdin üstün calalı (7—18)

3  Özümüzü yenidən sizə tanıtmağa lüzum varmı? Yoxsa bəziləri kimi, sizə zəmanət məktubları yazmağa, yaxud sizdən zəmanət məktubları almağa ehtiyacımız var?  Siz özünüz ürəyimizdə həkk edilmiş, hamının tanıdığı və oxuduğu məktubumuzsunuz.+  Siz xidmətimiz vasitəsilə+ yazdığımız Məsihin məktubusunuz və bu, göz qabağındadır. Siz mürəkkəblə deyil, var olan Allahın ruhu ilə, daş kitabələrə+ yox, ətdən olan kitabələrə, ürəklərə yazılmış+ məktubsunuz.  Bəli, biz Məsih vasitəsilə Allahın qarşısında bunu qətiyyətlə deyə bilərik.  Biz demirik ki, bu işə öz-özümüzdən yararlıyıq, xeyr, bizi yararlı edən Allahdır.+  O, bizi yeni əhdin xidmətçiləri olmağa yararlı etdi.+ Biz yazılı qanunun+ yox, ruhun xidmətindəyik. Çünki yazılı qanunlar toplusu ölümə məhkum edir,+ ruh isə həyat verir.+  Ölüm hökmü gətirən, daş üzərində hərflərlə həkk edilmiş+ qanunlar toplusu calalla gəldi, elə bir calalla ki, İsrail oğulları Musanın çöhrəsindən yağan nura görə onun üzünə baxa bilmirdilər.+ Aradan qaldırılacaq bu calal belə möhtəşəm idisə,  məgər ruhun+ fəaliyyətindəki calal daha möhtəşəm olmamalıdır?+  Əgər məhkumiyyətə qulluq edən qanunlar toplusu+ şanlı idisə,+ görün salehliyə aparan xidmətdə nə qədər şan-şərafət var!+ 10  Vaxtilə calal sahibi olan qanunlar toplusu ondan qat-qat üstün calala görə öz calalını itirib.+ 11  Çünki keçib-gedən qanunlar toplusu calalla gəldisə,+ görün daim qalan əhddə nə qədər calal var!+ 12  İndi ki belə bir ümidimiz var,+ biz böyük cəsarətlə danışırıq. 13  Biz Musa kimi etmirik. İsrail oğulları aradan qaldırılacaq qanunlar toplusunun sonuna* baxmasınlar deyə, o, üzünü örtürdü.+ 14  Lakin onların zehni kütləşmişdi.+ Çünki köhnə əhd oxunanda o örtük bu günə kimi onların zehnini örtür,+ çünki onu ancaq Məsih vasitəsilə qaldırmaq mümkündür.+ 15  Bəli, bu gün də Musanın yazıları oxunanda+ onların ürəyi örtülüdür.+ 16  Ancaq ürək Yehovaya sarı dönəndə örtük qaldırılır.+ 17  Yehova ruhdur*.+ Yehovanın ruhu haradadırsa, orada azadlıq var.+ 18  Biz hamımız açıq üzlə Yehovanın calalını güzgü kimi əks etdiririk və get-gedə bu calalı daha çox əks etdirərək dəyişib Onun surətini alırıq. Beləcə, ruhani varlıq olan Yehovanın* düzəltdiyi şəklə düşürük.+

Haşiyələr

Yaxud nəticəsinə; məqsədinə.
Yəni ruhani varlıqdır.
Digər variant: Yehovanın ruhu vasitəsilə.