Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Korinflilərə 10:1—18

MÜNDƏRİCAT

  • Bulus xidmətini müdafiə edir (1—18)

    • Biz insan silahları ilə döyüşmürük (4, 5)

10  Deyilənlərə görə, aranızda olarkən gözə çarpmayan,+ uzaqda ikən sizinlə cəsarətli olan+ mən Bulus, Məsihin həlimliyi+ və xeyirxahlığı ilə sizə yalvarıram.  Rica edirəm, elə davranın ki, yanınıza gələndə adi insan kimi hərəkət etdiyimizi hesab edən bəzilərinə qarşı, fikirləşdiyim kimi, sərt ölçü götürməyim.  Biz bu dünyada yaşasaq da, bu dünyadakı insanlar kimi döyüşmürük.  Biz insan silahları+ ilə yox, Allahın verdiyi və güclü istehkamları yıxmağa qadir olan silahlarla+ döyüşürük.  Biz Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri və maneəni aradan qaldırırıq,+ hər cür fikri əsir alıb Məsihə tabe etdiririk.  Biz hazır durmuşuq ki, siz tamamilə itaət edəndə hər cür itaətsizliyi cəzalandıraq.+  Siz zahirə baxırsınız. Əgər kimsə Məsihə məxsus olduğuna əmindirsə, qoy bu barədə bir də fikirləşsin: onun kimi, biz də Məsihə məxsusuq.  Ağa bizə sizi yıxmaq yox, möhkəmləndirmək ixtiyarı verib.+ Bu ixtiyarla bir az çox öyünmüşəmsə, yenə də utanmıram.  Elə bilməyin ki, məktublarımla sizi qorxutmaq fikrindəyəm. 10  Bəziləri deyirlər: «Onun məktublarında zəhm və qüvvə var, di gəl görkəmi fağır, nitqi heçdir». 11  Bu cür fikirləşən qoy bilsin ki, göndərdiyimiz məktublarda nə deyiriksə, yanınıza gələndə onu da edəcəyik.+ 12  Biz özünü öyən bəziləri ilə eyni səviyyədə olmağa, yaxud özümüzü onlarla müqayisə etməyə cürət etmirik.+ Özlərinə öz meyarları ilə qiymət verən və özlərini bir-biri ilə müqayisə edən bu adamlar düşüncəsizdirlər.+ 13  Biz etmədiyimiz işlərlə yox, Allahdan aldığımız tapşırıqla öyünəcəyik. Siz də bu tapşırığa daxilsiniz.+ 14  Sizin yanınıza gələndə Allahdan aldığımız tapşırıqdan başqa bir iş görməmişdik. Amma sizə Məsih haqqında müjdəni çatdıran birinci biz olmuşuq.+ 15  Biz gördüyümüz işlərlə öyünürük, başqasının zəhməti ilə öyünmürük. Ümid edirik ki, imanınız gücləndikcə zəhmətimizi qiymətləndirəcəksiniz. Onda biz daha çox çalışacağıq ki, 16  müjdəni sizdən o tərəfdəki diyarlara da təbliğ edək və başqasının sahəsində görülmüş işlə öyünməyək. 17  «Öyünən qoy Yehova ilə öyünsün».+ 18  Yehovanın rəğbət bəslədiyi adam öz-özünü təqdim edən yox,+ Onun Özünün təqdim etdiyi adamdır.+

Haşiyələr